AZADİNFORM. Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Şuşanın işğalının 20-ci ildönümü ərəfəsində AUGAF - Milli, Xeyriyyəçilik və İslam Məsələləri üzrə nazirliyin məsul əməkdaşı Məhəmməd Matar Əl-Zahiri ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər.
|
Adəm Abbaslı/AZADİNFORM. Mayın 5-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Caz Mərkəzində karaoke-konsert keçiriləcək.
|
AZADİNFORM. Son vaxtlar bir sıra mətbuat orqanlarında Füzuli rayon ərazisində ağacların kəsilməsi barədə materiallar dərc olunub. Bu barədə məlumatı “Azadinform”a Füzuli Rayon İcra Hakimiyyətindən veriblər.
|
Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsi üçün “Bakı Kristal Zalı”nda aparılan hazırlıqlar zamanı “Brainpool” şirkətinin səhnədə işləyən işçisi xəsarət alıb.
|
AZADİNFORM. Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində abadlıq işlərinin aparılması adı altında Göyçay şəhərində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi mühafizə edilən çinar ağaclarının kəsilməsi ilə bağlı həqiqətə uyğun olmayan iftira xarakterli məlumatlar verilir. Bu barədə məlumatı “Azadinform”a Göyçay Rayon İcra Hakimiyyətindən veriblər.
|
Adəm Abbaslı/AZADİNFORM. Sabah ölkə ərazisində qeyri-sabit hava şəraiti keçəcək, yağış yağacaq, mülayim cənub küləyi əsəcək.
|
Adəm Abbaslı/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “VEKTOR” Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin təqdimat mərasimi keçirilib.
|
Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. “Azadinform” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
|
AZADİNFORM. San Luis şəhərinin Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib.
|
AZADİNFORM. Bakı şəhəri, Səbail rayonu, Mərdanov Qardaşları küçəsi, 8 ünvanında Vladimir Mixaylova məxsus mağazada müəllif və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan istehsal edilmiş, habelə üzərində istehsalçının adı, ünvanı, müəllif və ya əlaqəli hüquqlar barədə məlumatlar göstərilməmiş pirat audiovizual məhsulların satılması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
|
Adəm Abbaslı/AZADİNFORM. “Rəy” Monitorinq Mərkəzi “Eurovision–2012” ilə bağlı ümummilli ictimai rəy sorğusu keçirib.
|
Həbibə/AZADİNFORM. “J’son & Partners Consulting” analitik şirkətinin məlumatına əsasən, ötən il dünya onlayn oyunlar bazarının həcmi 23 faiz artaraq 20 milyard dollara çatıb. “Azadinform” “ICTnews”a istinadən xəbər verir ki, bir il əvvəl göstərici 16,4 milyard dollar olub, 2013-cü ilədək isə proqnozlaşdırıldığına görə, 26,7 milyard dollaradək artacaq.
|
Adəm Abbaslı/AZADİNFORM. Korrupsiyaya qarşı Mübarizə Fondu “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsini həyata keçirməyə başlayıb. Fonddan “Azadinform”a verilən məlumata görə, layihə Qusar, Şəmkir, Ağstafa, Cəlilabad və Sumqayıtda həyata keçiriləcək.
|
Adəm Abbaslı/AZADİNFORM. “Bu gündən etibarən Rusiya istehsalı olan avtomobillərin Azərbaycana idxalına qadağa birmənalı olaraq qüvvəyə minir.”
|
Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. “Azadinform” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rəfael Cəbrayılov məlumat verib.
|
AZADİNFORM. Təmir işləri ilə əlaqədar olaraq 1 may 2012-ci il tarixdə saat 10.00-dan 18.00-dək “Şimal DRES” Qazpaylayıcı Stansiyasından, “Ağstafa” Avtomatik Qazpaylayıcı Stansiyasından, həmçinin “Müşviqabad” Qazpaylayıcı Stansiyasından qidalanan “Sulutəpə-Xırdalan”, “Xırdalan” Qazpaylayıcı Stansiyasından qidalanan “Mexkalon” və “Xırdalan”, “Buzovna 1-97” Qaztənzimləyici Məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərlərində təbii qaz təchizatı dayandırılacaq.
|
Adəm Abbaslı/AZADİNFORM. Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək.
|
AZADİNFORM. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq təlimlərdə iştirak edəcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, hərbçilərimiz Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, 7-11 mayda Almaniyada maddi texniki təminat üzrə planlaşdırma təlimində iştirak edəcəklər.
|
Adəm Abbaslı/AZADİNFORM. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “ATM–2012” Beynəlxalq Turizm Sərgisi davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “Azadinform”a verilən məlumata görə, sərgidə ölkəmizi nazirliyin Turizm şöbəsinin müdiri A.İsmiyevin başçılığı altında nümayəndə heyəti xüsusi qurulmuş lövhə ilə təmsil edir. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ildə iştirak etdiyi sayca on dördüncü beynəlxalq turizm sərgisidir.
|
Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycanda səfərdə olan Almaniya Azad Demokrat Partiyasının federal sədri, Bundestaqın deputatı xanım Birqit Homburqerlə görüşüb.
|
|
|