Adəm Abbaslı/AZADİNFORM. “Rəy” Monitorinq Mərkəzi yaşı 18-dən yuxarı 1500 nəfər arasında yeni il “Omnibus” tipli ictimai rəy sorğusu keçirib. Mərkəz ictimai rəy sorğusunun nəticələrini “Azadinform”a təqdim edib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu il ali məktəblərə qəbul imtahanları zamanı oğlanlara nisbətən qızların ən zəif iştirak etdiyi bölgə cənub rayonlarıdır. Xüsusilə Lənkəran, Cəlilabad, Masallı və Yardımlı rayonlarında ümumilikdə sənəd verənlərin 80 faizdən çoxu oğlanlar olub”. “Azadinform” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Həbibə/AZADİNFORM. Milli Aviasiya Akademiyasında Kosmik Məsələlər üzrə Şuranın növbəti ikinci iclası keçirilib.

Həbibə/AZADİNFORM. Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Fərmanının icrası vəziyyətini öyrənmək məqsədilə həyata keçirilən ilkin monitorinqin nəticələri açıqlanıb.

Mübariz Aslanov/AZADİNFORM. “Səhiyyə Nazirliyi bir çox dövlət qurumu kimi son dövrlərdə görülən çoxsaylı işlərin üzərinə kölgə salmaq niyyətində olan bəzi “qəzet”lərin hədəfinə çevrilib”. Bunlar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumatda deyilir.

AZADİNFORM. Ombudsmanın Milli Preventiv Mexanizm Qrupunun üzvləri bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) təkrar uzunmüddətli başçəkmə həyata keçiriblər. Məlumatı “Azadinform”a Ombudsman Aparatından veriblər. 

Adəm Abbaslı/AZADİNFORM. Ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılıb.

Həbibə/AZADİNFORM. “Ericsson” şirkətinin proqnozlarına görə, 2020-ci ildə 50 milyarda yaxın işlək elektron qurğu mobil operator və ya internet provayderlərin şəbəkələri vasitəsilə internetlə qarşılıqlı əlaqə yaradacaq.

AZADİNFORM. Meksikanın tanınmış “Mundo İnternacional” jurnalının 2011-ci il dekabr buraxılışında Azərbaycanın dövlətçilik tarixi, habelə ölkəmizin müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində keçirilən tədbirlər haqqında geniş məqalə dərc edilib. Bu barədə məlumatı “Azadinform”a Meksikadakı səfirliyimizdən veriblər.

AZADİNFORM. İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinə (CÇM) təkrar başçəkmə həyata keçiriblər. Bu barədə məlumatı “Azadinform”a Ombudsman Aparatının mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. “Sony” şirkəti maye-kristal displeylərin buraxılması üzrə “S-LCD” birgə müəssisəsindəki payını “Samsung”a satır. “Azadinform” xəbər verir ki, bağlanması artıq gələn ilin yanvarda planlaşdırılan razılaşmanın dəyəri 940 milyon dollara yaxın olacaq.


AZADİNFORM. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin www.azersu.az internet saytı Azərbaycan İnternet Forumu Milli İnternet Mükafatı – “Milli Net-2011” müsabiqəsində “Dövlət və bələdiyyə saytları” nominasiyasında 2-ci yerə layiq görülüb. Qurumdan “Azadinform”a verilən məlumata görə, müsabiqənin nəticələri qiymətləndirilərkən münsiflər heyəti  “Azərsu” ASC-nin internet səhifəsinin dizaynını və məzmununu yüksək qiymətləndirib.

Adəm Abbaslı/AZADİNFORM. Ölkə ərazisində havaların buludlu keçməsi davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Azadinform”a verilən məlumata görə, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılıb.

 

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 55-90, Böyük Qafqaz çaylarında 105-215, Kiçik Qafqaz çaylarında 135-140, Naxçıvan MR çaylarında isə 30-40 faizini təşkil edir. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Müəllif Hüquqları Agentliyinin nəzdində “Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi” yaradılıb. Bu barədə məlumatı “Azadinform”a  Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xufayat Həsənli məlumat verib.

Həbibə/AZADİNFORM. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda səfərdə olan İraqın xarici işlər naziri Hoşyar Zebarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Azadinform” Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən işlər barədə geniş məlumat verilib, İKT sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. “Azadinform” xəbər verir ki, layihə barədə Milli Məclisin birinci vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

Adəm Abbaslı/AZADİNFORM. Sabahdan etibarən ölkə ərazisində yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Azadinform”a verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq, gecəyə doğru az yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyinin əsəcəyi mərkəz ərazisində havanın temperaturunda gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacağı proqnozu verilib.

AZADİNFORM. Bir neçə gün əvvəl Masallıda özünü Ziyalılar Birliyinin sədri kimi təqdim edən Məmmədağa Eynullayevin guya aclıq etməsi ilə bağlı məlumat yayılmışdı.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu “Azadinform”a deyib ki, iclasda 2011-ci ildə AMEA-nın İctimai və Humanitar Elmlər Bölməsi  üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul məsələsinə baxılıb.

 
33 səhifə 56-dən (dan) << < 29 30 31 32 33 34 35 36 37 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo