Liberallaşma (hələ ki, bu sözün tam izahını verən olmayıb) adlandırılan anlayış və hər şeyə qadir qloballaşma təcrübədə mal-mülk sahiblərinə, zəngin adamlara, bank və birjalara xidmət göstərir. Onlar xəlvəti şəkildə geniş kütlənin şüuruna nüfuz edərək cəmiyyətin əksər hissəsini yalnız bir istiqamətə - çirkli pul axınının hərəkət etdiyi yola yönəldir. 

Coğrafiyaçıyıq.Ən müqəddəs siyasi və ya mənəvi dəyərlərimizi belə çayın,yolun,suyun içində axtarırıq.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu ən böyük amalına - müstəqilliyə qovuşdu. Qəbul edilən Müstəqillik Aktı suveren və demokratik Azərbaycanın dünya arenasına inteqrasiyasının vizit kartına çevrildi. Bununla da yeni və gənc respublika təlatümlər və inqilablarla müşayiət olunan 20-ci əsrin sınaqlarından qalibiyyətlə çıxaraq adını dünya tarixinə yazdı.

Dünyanın xəritəsi XX əsrin sonunun geosiyasi reallıqlarına uyğun olaraq, yeni müstəqil dövlətlər hesabına xeyli zənginləşmişdir. Bu müstəqil dövlətlərdən biri də Azərbaycan Respublikasıdır.

Tarixinin ən yaxşı startını alan yığmamıza maraq xeyli artıb. Əvvəllər milliyə barmaqarası, çox vaxt komandayla və yığma üzvləriylə mırt tutan futbolsevərlər indi ciddi-ciddi ümidlənib. Komanda əllər üstündə gəzir. Norveç üzərindəki qələbədən sonra artan ümidlər Çexiya heç-heçəsiylə daha da çoxaldı. İndi hamımız “niyə də yox” sualı ətrafında ciddi şəkildə fikirləşirik. Yavaş-yavaş 2-ci yeri tutmaq arzusu xəyaldan gerçəkliyə doğru addımlayır. Nəticə öz yerində. Bəs yığma Ostravada necə təsir bağışladı? Bu suala cavab tapmağa çalışaq.

“Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!”

Tarixi şəxsiyyətlərin həyatının bədii təsviri müasir qəhrəmanların ədəbiyyatda əksindən daha çətin prosesdir. 

Bir neçə gün öncə Bakıda səfərdə olan Roma Papası Fransiskin Roma şəhərinə döndükdən dərhal sonra operativ surətdə mətbuat konfransı keçirməsini və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi mühüm açıqlamanı yəqinki hamınız yaxşı xatırlayırsınız.

Görəsən, bu, həqiqətən belədirmi?

Həyatdan zövq almaq üçün qarşıda məqsəd olmalıdır. Səmimi və aydın məqsəd... Səmimiyyət olmasa, həyatdan istədiyimiz həzzi ala bimərik. Bu isə onsuz da çətin olan həyatı bir qədər də ağırlaşdıracaq. Əgər siz həyatda zövq almadan yaşayırsınızsa, deməli, siz özünüzə qarşı çıxır, özünüzə zidd gedirsiniz. Siz özünüzə ziyan edir və təbii ki, daha tez qocalırsınız. 

Sən nə qədər böyük olursan ol, xəyallarının təməli ilk addımını atdığın o sinifdə qoyulur. Evindən çıxdığın ilk yer, müəllimin və ya müəllimən, valideynin əlindən sonra əlini ilk tutan o şəxs əslində gələcəyin gətirdiyi ilk töhfədir. 

Oğlum balaca olanda, kəndə, atamın yaxın qohumlarından birinin evinə qonaq getmişdik. Evə qayıdanda oğlumdan soruşdum ki, uşaqlarla oynaya bildinmi, kənddəki tay-tuşların xoşuna gəldilərmi? Dedi, ata, yaxşı uşaqlardırlar, amma balaca qızlar qəribədirlər.

Hər şey insandan asılı ola bilər

Buna ehtiyac varmı?!

Bəzi Qərb liderlərinin xroniki bronxitindən əziyyət çəkən rusiyafobiya hazırda məhv olmaq üzrədir. Buna baxmayaraq, bütün dünya, ilk növbədə Avropa, xüsusilə də ABŞ Rusiyanın və prezident V.V.Putinin təsirindən kənarda qala bilmir. Hətta kapitalizmin istehkamına çevrilmiş Amerikada prezident seçkilərini də birbaşa Rusiya ilə əlaqələndirirlər. Guya gündən-günə dünyada nüfuzu yüksələn V.V.Putin prezidentliyə namizədlərin hər ikisinin taleyini birdən həll edə bilər – birini taxta çıxaracaq, digərini isə oyundan uzaqlaşdıracaq. Bax buna deyirlər bir güllə ilə iki quş vurmaq. Seçilmiş şəxsin Donald Tramp, yoxa Hillari Klinton olacağı isə açıqlanmır. Zənnimcə, heç V.V.Putin də hələ öz seçimi ilə bağlı yekun qərarı verməyib. 

Son zamanlar bir para ziyalı qılınclarını çəkib düşüblər şiəliyin üstünə. Əslində əsas hədəf Şah İsmayıldı, bu barədə yaxın nömrələrin birində fikrimi bildirəcəm.

Çox qəribə və təzadlı bir mənzərə yaranıb. Azərbaycanda mövcud olmuş bəlli şəbəkənin – “Gülən camaatı”nın “səxavətindən” və “dəstəyindən” geninə-boluna istifadə edən və bəhrələnən şəxslər indi birdən-birə, qəflətən Ərdoğandan artıq ərdoğançı, Türkiyədən artıq türkiyəçi olmağa başlayıblar. Sanki vaxtilə Gülənin “ay çöhrəsinin” Gün görməyən“tərəfinin” də “nurlu” olduğunu iddia edən bunlar deyilmiş; sanki gülənçilərin məhkəmə təzyiqlərindən illərlə əziyyət çəkən bunlarmış; sanki illərlə gülənçilərin mənəvi təxribatlarının hədəfi olublarmış...

 

Biri digərini tamamlaya bilərmi?!

İctimai və fərdi həyatımızın mühüm aspektlərindən olan bu mövzu müasir şəraitdə hər birimiz üçün olduqca böyük əhəmiyyət kəsb edir. Şəxsən mənim fikrimcə, Allahın yaratdığı hər bir insan övladının qəlbində iman var. Odur ki, dinin şərtlərinə əməl edib-etməməsindən asılı olmayaraq, hər kəsi iman sahibi kimi qəbul etmək olar və bu, vacibdir. 

Cəmiyyəti məhz siyasət inkişaf etdirir. Ədəbiyyat, mədəniyyət, idman və başqa sahələr siyasi inkişafın dəstəkçiləri, daha dəqiqi, inikasıdır. Siyəsətçi birincidir, sonra gəlir ədəbiyyatçı, idmançı, mədəniyyət xadimi…Yol siyasətdən və onu yönəldən siyasətçidən başlayır.

Qərbin Suriya və Türkiyə meydanında qarşılaşdığı ardıcıl məğlubiyyətlərdən sonra eyforiyaya qapılması və nəzərə çarpan isterik gedişi təbiidir. Ayrıca, gəldiyi yalnış qənaətlər ucbatından bəlli bir strategiyanı fiaskoya uğradan “beyin institutları”nın qlobal arenada yeni həmlələr haqda durmadan baş sındırması da başa düşüləndir. Necə deyərlər, estafet davam edir…

 

Öncə "xaricdə təhsil” sözləri haqqında kiçik açıqlama vermək istəyirəm. Əgər daha öncələr "xaricdə təhsil” deyəndə ağlımıza xarici dil bilən və illərini oxumağa verən insanlar gəlirdisə, indi vəziyyət dəyişib. İnsanların zəhmət çəkməkdən diplom almaq sevdası və bu sahənin də kommersiyalaşması nəticəsində Rusiya və ya Ukraynada "təhsil” alan insanlar rusca danışa bilmirlər və ya İngiltərənin bəzi universitetlərində oxuyanlar bir neçə il orada yaşamaqlarına baxmayaraq, nə dilə hakim olurlar, nə də biliklərə. Ona görə də təklif edirəm ki, bu sualda olan "xarici təhsil” sözlərini "xaricdə keyfiyyətli təhsil” olaraq qəbul edək.

“Namaz möminin Allaha təqdim etdiyi bir qurbandır”

                                                      Hz. Peyğəmbər (s)

 

 
4 səhifə 44-dən (dan) << < 1 2 3 4 5 6 7 8 > >>
 Xəbər lenti
23.06.2017
22.06.2017
 Arxiv
Iyun.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
2627282930  
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo