100-ün və 3 rəngli Üzün mübarək, Azərbaycan!

 

Avropa Şurasının “EURIMAGES” Fondunuyn ayırdığı qrant sayəsində ərsəyə gələn “Qafqaz üçlüyü”nə sözardı

Orta məktəbi bitirəndə mənim də arzum vardı - ali məktəbdə oxumaq  istəyirdim. Bir çox gənclər kimi. Alaqapının aşağısındakı boşluqdan hər gün poçtalyonun gətirəcəyi qəzetləri gözləyə-gözləyə nə vaxtsa jurnalist olacağımla bağlı xəyallarımı qururdum. Evdə arzuma qarşı çıxan da yox idi.

Elmi fantastika janrının atası, ölməz yazıçı Jül Vernin “Kapitan Qrantın uşaqları” əsəri dünya macəra ədəbiyyatının şah əsərlərindən sayılır. Bu əsəri oxumayan çətin tapılar. 

Yaşadığımız müasir dünya qeyri-sabit və təhlükəli olması ilə əvvəlki illərdən xeyli fərqlənir. Beynəlxalq aləmdə hökm sürən iqtisadi və mənəvi-əxlaqi böhran getdikcə dərinləşərək idarəolunmaz və qorxunc hala düşür. Gözlənilməz hadisələr, qeyri-adi olaylar və tez-tez ortaya atılan sürprizlər ilə zəngin dünyada yaşamaq və bütün bu baş verənlər haqda düşünməmək, onları məntiq çərçivəsinə salmağa cəhd etməmək ciddi səhv olardı. Odur ki, Kainatın bir parçası olaraq bizim hər birimiz nəinki planetimizdə baş verənlərlə bağlıyıq, həm də onlara görə müəyyən insani məsuliyyət daşıyır, eyni zamanda ümumi sabit inkişaf naminə əlimizdən gələni etməyə borcluyuq. 

Prezident seçkiləri ilə bağlı radikal müxalifətin ölkədə ardıcıl mitinqlər sistemi yaratmaq cəhdlərinə ictimai dəstək gəlmədi. Prezident seçkiləri elan olunan kimi, “5-ci kolon” Qərbdən verilən tapşırıq üzrə hərəkətə gəldi və seçkini boykot edəcəyini açıqladı, xalqı da bu boykota qoşulmağa çağırdı. 

2016-cı ildə Dünya azərbaycanlılarının IV qurultayında Azərbaycan diasporunun qarşısında duran vəzifələrə yenidən baxıldı, erməni lobbisinə və xaricdə Azərbaycana qarşı olan qüvvələrə effektiv əks-hücumun təşkil olunması üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təlimatlar da verildi. İki il əvvəl verilmiş bu təlimatlarda ölkə başçısı əsasən xarici media orqanlarında Azərbaycana qarşı qarayaxma kampaniyalarının təşkil olunduğunu bildirir, bu əsassız ittihamlara qarşı diaspor təşkilatlarının görməli olduğu əsas vəzifələri də xatırladırdı.

 

Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli təşəbbüs irəli sürdü, prezident Recep Tayyip Erdoğan da onu dəyərləndirdi. Qardaş Türkiyə 24 iyunda növbədənkənar seçkiyə gedir. Həm parlament, həm də prezident seçkisinə.

Ondan başlamaq istəməzdim ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda daha əvvəl keçirilmiş seçkilərlə bağlı rəyləri indikindən fərqlənmirdi. Az qala eyni preambula, eyni davamlılıq, eyni ton, eyni ittihamlar. Yalnız bir-iki cümlənin fərqli quruluşu. Bəs indi fərqlilik nədədir?

Azərbaycanda Sovet dönəminin sonlarında hamı özünü azadlıq mücahidi, demokratiya aşiqi kimi görür və ya belə görünməyə çalışırdı. “Demokrat” görünmək və ya hesab etmək üçün o vaxt mövcud olan ağlı-qaralı mətbuatı, broşurları oxumaq, demokratiya nağıldanışanlarının sözlərinə qulaq asmaq və mitinqlərdə “azadlıq” qışqırmaq yetərli idi. Əlavə xüsusi istedad da tələb olunmurdu. Oxuyurduq - qulaq asırdıq-inanırdıq və nifrət edirdik, vəssallam. Sonradan “demokratlar” hakmiyyətə gələndən sonra bu metodika əvvəl gülünc göründü, sonra ikrah oyatdı. “Biz gör nələrə inanmışıq, nələrə”-deyən dost-tanışımız çoxdur. Zəmanə, dövr, ictimai-siyasi mühit, formasiya, daha nə bilim nə dəyişib, lakin həmin metodika hələ də qüvvədədir. İndi hələ də İsgəndər Həmidov əlində “bozqurd” konfiqurasiyası tutub, Şəhidlər Xiyabanını ziyarət edir, halbuki o dövr keçib. “Demokratlar” 25 ildir eyni nağılı danışır, söyüş çağırışlı mitinq təşkilatçıları eyni səhvi təkrarlayırlar. Yalnız bizim oxuduğumuz ağ-qaralı medianı internet media əvəzləyib. Bir də o vaxt mitinqə yalvarıb iştirakçı çağırmırdılar. Və bir fərq ondadır ki, o vaxt ağlı-qaralı qəzet buraxanların əxlaqı, abırı, tərbiyəsi var idi, namus, ana-bacı qədri bilirdilər. İndikiləri qınamaq da olmur. Söyüşün ikibaşlı olduğunu bilməmiş deyillər. Yəqin ki, gündə bir sevgili dəyişən kral çəyirtkə qanı ilə mayalanıblar.

Qəbul olunmayan təşəkkür

 

   ATƏT-in nə qədər obyektiv olduğu onun nəzarətindəki Minsk Qrupunun fəaliyyətindən bəllidir. Bir misal: İşğal olunmuş Azərbaycan əraziləri ilə sərhəddə monitorinq aparırlar, erməni silahlıları atəşkəsi pozaraq həmin an onların gəzişdiyi sahəni gülləbaran edirlər, həmsədrlər başlarını tutub qaçırlar, amma bu faktı hesabatlarına daxil etmirlər. 

Özünü müxalifət adlandıran, əslində isə Qərb Azərbaycandakı agenturası olan bəzi siyasi firqələr  son 25 ildə ardıcıl olaraq 6-cı dəfə xalqın seçimi qarşısında məğlub vəziyyətə düşdülər.

 

Səhər açıldı. Böyük siyasi hadisə dünən yaşanıb bitdi. Yeni dövrdə ölkə Prezidentinin kimliyi məlum oldu. Seçkinin sakit məcrada keçməsinə, hər kəsin sərbəst şəkildə səs verə bilməsinə görə xalqa təbrik düşür. Bu gündən ən böyük siyasi hadisə baş verəcək.

Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də dəyişməyib. Onlar multikulturalizmin alternativi olan xarici islamofob, ksenofob siyasi dairələr və onaların qulbeçələri olan antimilli ünsürlərdır.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür. Bu tarix dünyada yaşayan bütün azərbaycanlılar üçün şərəfli tarixdir. Hər bir soydaşımız qürur duyur ki, müsəlman Şərqində məhz ilk müstəqillik əldə edən ölkə onun Vətənidir – doğma Azərbaycan!

Vaxtilə yazdığım “Azadlıq” romanının birinci fəsli 80-ci illərin sonlarından, həmin dövrlər Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrdən, hakimiyyəti ələ keçirsə də, onunla davranış qaydalarını bilməyən və bu səbəbdən ölkəni uçuruma sürükləyən tragikomik olaylar törədən oyuncaq hökumətin macəralarından bəhs edir.

2.04.2018
Nə etməli?

Azərbaycanda keçiriləcək prezident seçkiləri siyasi palitraya bir sıra yeni çalarlar gətirib. Ölkədaxili demokratik mühit və sabitlik şəraitində seçkiqabağı vəziyyəti gərginləşdirmək iqtidarında olmadığını anlayan antiazərbaycançı şəbəkə mübarizəni ölkə hüdudlarından kənara, daha doğrusu, Avropa məkanına daşımaqdadır.

“Qürbətin odu da Vətənin tüstüsü qədər parlaq deyil”. (Alman atalar sözü)

“Vətənini rüsvay etmək – ona xəyanət etmək deməkdir”. (V.Hüqo)

“İnsanların ən qüvvətlisi qeyzli vaxtında özünü saxlayandır”. (M.T.Sidqi)

Biz azad olmaq üçün ilk növbədə qanunun qulu olmalıyıq – Siseron

 

 
2 səhifə 49-dən (dan) << < 1 2 3 4 5 6 > >>
 Xəbər lenti
17.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo