AZADİNFORM. İllərin üzünüzdə qoyduğu izlər, zamansız qırışlar və sizi aynalara düşmən edən yaşla bağlı bir çox problemin həlli sadəcə plastik əməliyyatlardan keçmir.
|
AZADİNFORM. Qadın olmağın üstünlüklərini və yaratdığı imkanların xoşbəxtliyini təəssüf ki, hamımız görmürük. Elə işin əsas tərəfi də bu üstünlükləri görüb, ondan yararlanmaqdır.
|
AZADİNFORM. Beautifulpeople.com saytı britaniyalıları ayağa qaldırıb. Yalnız xarici görünüşü zərif və cəlbedici olan insanları üzvlüyə qəbul edən sayt britaniyalı ərizəçiləri pis vəziyyətdə qoyub.
|
AZADİNFORM. Türkiyədə məhkəmənin qərarı ilə Xeyrəddin Çətintaş adlı şəxs altı ay ərzində hər gün öz birinci xanımına gül verməli, eləcə də oğluna kitab oxumalıdır.
|
AZADİNFORM. Fransada polis Paris ev heyvanları qəbiristanlığında dəfn olunmuş itin brilyant xaltasını oğurlayanları axtarır.
|
AZADİNFORM. Sevgililərə və romantik vaxt keçirməyə xərclənən pulun miqdarı ilə bağlı bir neçə Avropa ölkəsində aparılan sorğunun nəticələrinə görə ingilislərdə romantika anlayışı demək olar ki qalmayıb.
|
AZADİNFORM. Kişilər və qadınlar əslində, emosional və rasional anlamda bir münasibətdən nə gözlədiklərini bilirlər. Hər bir insan başladığı münasibətdəki təbii tələbat və mərhələləri əvvəlcədən müəyyənləşdirə bilir. Lakin bütün bu davranışların hisslər, yoxsa hüceyrə və hormonlar vasitəsilə idarə olunması hələ ki naməlumdur.
|
AZADİNFORM. Artıq çəkidən xilas olmaq sadəcə yaxşı bir xarici görünüşün yox, eləcə də güclü hafizənin açarıdır. Alman alimlər “Sağlam baş sağlam bədənindir” ifadəsinin elmi olaraq da doğru olduğunu təsdiqləyərək, araşdırmanın nəticələrini “İSA”-ya (Beynəlxalq Elmi Araşdırmalar Akademiyası) təqdim ediblər.
|
AZADİNFORM. İnsanın doğum tarixi onun xarakterinə təsir etdiyi kimi, xarakter rənginə də təsir edir. “Azadinform” “Psychology”yə istinadən xəbər verir ki, doğum gününüzə uyğun rəngi tapmaqla həmin rəngin xarakterinizə nə kimi töhfələr verdiyini müəyyənləşdirə bilərsiniz. Məsələn, əgər sizin doğum tarixiniz 25 iyun – 4 yanvar tarixləri aralığına düşürsə, xarakter rənginiz qırmızıdır.
|
AZADİNFORM. Avstraliyalı tibb bacısı Bronni Veyerin kitabı zəlzələ effekti yaradıb. O, fəaliyyəti dövründə xidmət etdiyi xəstələrin həyatlarını, çarəsizlik və ağrılarını həkk etdiyi xatirələrindən yola çıxaraq sarsıdıcı bir kitab yazıb. “The Top Five Regrets of the Dying – A Life Transformed by the Dearly Departing” adlı kitabda ölüm ayağında insanların ən çox peşman olduqları məsələlər toplanıb. Təqaüdə çıxmış keçmiş tibb işçisi və bu il ən çox satılacağı düşünülən kitablar siyahısındakı əsərin müəllifi yazır ki, xilası olmayan xəstəlik həqiqəti ilə üz-üzə qalan xəstələr beş əsas mərhələdən keçir.
|
AZADİNFORM. Beynəlxalq İqtisadi Büro tərəfindən 200 mindən çox qadın arasında aparılan araşdırmanın nəticələrinə görə qadınlar kişilərlə müqayisədə xoşbəxtliyə çox gec və çətin sahib olur, çox az zamanlarda özlərini xoşbəxt hiss edirlər. “Azadinform” “Psychology”yə istinadən xəbər verir ki, “Life Manager” psixoloq Kiki Veynqarten qadınların xoşbəxt olmaq və hiss etmək üçün heç bir şey etmədiklərini söyləyir və çox vaxt ümidsiz və yalnız hiss etməklərini 3 əsas məsələyə bağlayır.
|
AZADİNFORM. Sevginin yaşının olmadığı və sevgidə yaş fərqinin əhəmiyyət daşımadığı fikrinə inananlar Virciniya Universitetinin araşdırmaçıları tərəfindən haqsız çıxarılıb. Belə ki, mütəxəssislər əslində, sevgidə yaş fərqinin böyük əhəmiyyət daşıdığını iddia edirlər.
|
Ümidə Həsənli/AZADİNFORM. Rusiyanın populyar “ÌÅÒÅËÈÖÀ” qrupu Bakı səhnəsinə çıxacaq. Yaradıcı heyət martın 24-də və 25-də Heydər Əliyev Sarayında “Buz revyusu” adlı roliklər üzərində şou-baleti təqdim edəcək. Saraydan “Azadinform”a verilən məlumata görə, proqramda müasir və klassik rəqslər, solo nömrələr, sirk elementləri olan nömrələr, orijinal janrda çıxışlar və tryuklar yer alıb. Öz qeyri-adiliyi və rəngarəngliyi ilə seçilən şou balet uşaqlar və böyüklər üçün nəzərdə tutulub.
|
AZADİNFORM. Qazaxıstanın Karakanda şəhərindəki zooparkın rəhbərliyi heyvanları soyuqdan donmamasının əlacını tapıb.
|
AZADİNFORM. Alimlər insan beynində sinir impulslarını ötürən və generasiya edən 100 milyarddan çox hüceyrənin mövcudluğunu müəyyən ediblər.
|
Adəm Abbaslı/AZADİNFORM. Dünyanın ən bahalı kitabı satılıb.
|
AZADİNFORM. Madrid Universitetinin alimləri süni intellektdən istifadə edərək hər cür məsələlərin planlarının tərtib edilməsini avtomatlaşdırmaq imkanına malik olan yeni alqoritm təklif ediblər. “Azadinform” xəbər verir ki, məlumatı AMEA İnformasiya Texnologiyaları İnstitutu www.onliner.by saytına istinadən yayıb.
|
AZADİNFORM. Hər il dünyanın dörd bir yanında iki dəfə moda həftəsi olur. Bir dəb sezonuna aid ipuclarını və məlumatları altı ay əvvəldən alırıq. Buna uyğun moda trendlərini incələyir, deşifrə eləyirik – rənglər, dizaynlar, parçalar, kəsimlər və s. Mövsümi bazarlığa başlamadan bəzi qeydlər götürürük. Məlumdur ki, bütün mövsüm kolleksiyalarında “ətək boyu trendi” xanımların xüsusi diqqətində olan detaldır. Bəzən qısa boylar trend olur, bəzən maksilər. Amma artıq bir neçə ildir ki, qış kolleksiyalarında midi ətəklər qarderobların ən sevimlisi olaraq təklif edilir. Yəni bu qış da ətək və donlarımızın ətəkləri dizimizdən aşağı düşəcək.
|
AZADİNFORM. Artıq ətrafımızda boşanan yaxınlarımızın sayı artdıqca jurnal və qəzetlərdən məşhurların boşanma xəbərləri oxunaqlılığını itirib. Dəvət edildiyimiz toyların sayı gözümüzə çox görünsə də, bir o qədər də boşanma xəbəri alırıq. Amma bu, ümidinizi itirməyə əsas vermir, çünki dünyada xoşbəxt və uğurlu nikahların sayı da çoxdur.
|
AZADİNFORM. Sosial şəbəkələr və internet evlilik saytları gününün çox hissəsini aktiv və yorucu iş həyatının şərtlərinə uyğun keçirmək məcburiyyətində qalan və metropol yaşamında özünə uyğun partnyor ilə tanış olmaq fürsəti olmayanların çoxu üçün alternativsiz vasitədir. Üstəlik, bu cür evliliklərin say göstəricisi son iki ildə daha sürətlə artıb.
|
|
|