AZADİNFORM. Prezident İlham Əiyev Ramiz Fətəliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Ramiz Fətəliyev Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

AZADİNFORM. Prezident İlham Əliyev iyunun 7-də ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Brüsselə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, NATO baş katibinin dəvəti ilə baş tutan səfərin məqsədi NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etməkdir.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZADİNFORM. Bakı şəhərində taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Avropa standartlarına cavab verən müasir avtomobillərin növbəti hissəsi paytaxta gətirilib.
İyunun 6-da prezident İlham Əliyev yeni avtomobillərə baxış keçirib.

AZADİNFORM. Prezident İlham Əliyev iyunun 6-da Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AZADİNFORM. Prezident İlham Əliyev iyunun 6-da Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlət başçısına çatdırdı.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

İyunun 2-də Romada İtaliyanın birləşməsinin 150 illiyinə və Respublika Gününə həsr olunmuş parad keçirilib. Prezident İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanonun dəvəti ilə bayram mərasimində iştirak edib.
Mərasimin iyunun 2-də keçirilməsi isə 65 il əvvəl -1946-cı il iyunun 2-də referendum yolu ilə monarxiyanın ləğvi və İtaliyanın respublika elan olunması ilə bağlıdır.

Prezident İlham Əliyev iyunun 1-də Romada onun üçün ayrılmış iqamətgahda Moldova prezidentinin vəzifəsini icra edən Marian Lupu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanaraq bu potensialın reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

İyunun 1-də prezident İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün paytaxt Romaya gedib.

 

AZADİNFORM.  Nazirlər Kabineti “Yeyinti məhsullarının dövlət gigiyena qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə qərar qəbul edib. Bu barədə məlumatı “Azadinform”a Nazirlər Kabinetindən veriblər.

AZADİNFORM. Prezident İlham Əliyev Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron və Ağcabədi rayonlarında Olimpiya idman komplekslərinin tikintisinə başlamaq üçün Gənclər və İdman Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat (hər kompleks üçün 1,0 milyon manat) vəsait ayrılıb.

AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə fərman imzalayıb. Fərmana əsasən, ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanın təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədi ilə Azərbaycanda 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil ediləcək.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.

Bayram Niftəliyev/AZADİNFORM. Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu qəbul edib. “Azadinform” xəbər verir ki, A.Jukov Rusiya prezidenti Dmitri Medvedevin və baş nazir Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

AZADİNFORM. Prezident İlham Əliyev mayın 26-da Britaniya-Azərbaycan parlament qrupunun sədri, Konservativ Partiyasının, “Cities of London and Westminster” ərazisindən Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin üzvü Mark Fieldin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Britaniya-Azərbaycan parlament qrupunun sədri Mark Field bildirib ki, başçılıq etdiyi qrupun fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan haqqında məlumatların Böyük Britaniya parlamentinin üzvlərinə çatdırmaqdan ibarətdir.

 

AZADİNFORM. Prezident İlham Əliyev Qalib Malik oğlu İsrafilovun Azərbaycanın BMT-nin Vyana səhərindəki bölməsində, ATƏT, Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.

AZADİNFORM. Mayın 26-da metronun “Nizami” stansiyasının qarşısındakı Zivər bəy Əhmədbəyov parkı açılıb. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

 
24 səhifə 29-dən (dan) << < 20 21 22 23 24 25 26 27 28 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo