AZADİNFORM. Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında (STP) polimer məhsulları istehsal zavodunun genişləndirilməsi işləri ilə tanış olub, ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarının açılışında iştirak edib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıtda inşa olunmuş Azgüntex zavodunun açılışında iştirak edib. “Azadinform” xəbər verir ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Akim Bədəlov prezident İlham Əliyevə məlumat verib ki, Azgüntex zavodunda iki istehsal xətti - Günəş modulları və LED lampaları xətləri fəaliyyət göstərəcək. İnşasına ötən ilin yanvarından başlanılan və Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılan Günəş modulları xətti istifadəyə tam hazırdır.
|
AZADİNFORM. Prezident İlham Əliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
|
AZADİNFORM. Prezident İlham Əliyev İsrail Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Rusiya Federasiyasının Kurqan vilayətinin qubernatoru Oleq Boqomolovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən Oleq Boqomolov ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak edib, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olub. “Azadinform” xəbər verir ki, dövlət başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendə baxıb.
|
AZADİNFORM. Bu gün Bakıda “Hilton Baku” otelində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransı işə başlayıb. “Azadinform” xəbər verir ki, prezident İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.
|
AZADİNFORM. Prezident İlham Əliyev bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirən dövlət başçısı təşkilatın Avropa üzrə 28-ci regional konfransının Bakıda keçirilməsinin bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev konfransın uğurlu keçəcəyinə və nümayəndə heyətinin Azərbaycanı yaxından tanıması üçün tədbirin yaxşı fürsət yaradacağına əminliyini ifadə edib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
|
AZADİNFORM. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında sərəncam imzalayıb.
|
AZADİNFORM. Prezident İlham Əliyev bu gün bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul edib. “Azadinform” xəbər verir ki, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər həyata keçirilən uğurlu əməkdaşlıq məmnunluqla qeyd olunub.
|
AZADİNFORM. Prezident İlham Əliyev aprelin 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Hindistanın ticarət və sənaye naziri, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindianı qəbul edib. “Azadinform”um məlumatına görə, Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlığa dair Birgə Hökumətlərarası Komissiyanın həmsədri Cyotiraditya Sindia Hindistan prezidenti Pratibha Patilin və Baş nazir Manmohan Sinqxin salamlarını dövlət başçısına çatdırıb. Ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən hindistanlı nazir iqtisadi və mədəni sahələrdə əlaqələrimizin qədim tarixə malik olduğunu vurğulayıb.
|
AZADİNFORM. Prezident İlham Əliyev bu gün Bakı Sərgi Mərkəzində “AİTF-2012” XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub.
|
AZADİNFORM. Prezident İlham Əliyev bu gün Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. “Azadinform” xəbər verir ki, Azərbaycanın Dünya Gömrük Təşkilatının çox fəal üzvü olduğunu vurğulayan prezident İlham Əliyev Dünya Gömrük Təşkilatı Avropa regionu gömrük xidmətləri rəhbərlərinin növbəti 2012-ci il konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib.
|
AZADİNFORM. Prezident İlham Əliyev bu gün Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib. “Azadinform” xəbər verir ki, Parkda Xalq Şairi Səməd Vurğunun büstü qoyulub. Büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm “Kitab abidəsi” kompleksi tikilib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
|
AZADİNFORM. Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib. “Azadinform” xəbər verir ki, dövlət başçısı Ağstafa şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev prezident İlham Əliyevə abidənin ətrafında aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verib.
|
|
|