Mübariz Aslanov/AZADİNFORM. “Bu gün İranın Azərbaycana olan təzyiqlərinin əsasında o dayanır ki, Tehran çalışır dünya birliyinin onunla gözlənən müharibəsi üçüncü bir ölkədə olsun”. Bunları “Azadinform”a açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün dünyanı şəxsi prinsiplər yox, həqiqətən tarix maraqlandırsaydı, ən azı Xocalı soyqırımına görə ən çox Azərbaycanın halına acıyan olardı”. Bunları “Azadinform”a açıqlamasında tarixçi alim, millət vəkili Musa Qasımlı bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımımın 20-ci ildönümünə həsr edilən tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə bir sıra millət vəkilləri, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. 

AZADİNFORM. “İranın Azərbaycana verdiyi notanın heç bir əsası yoxdur”. “Azadinform” xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

AZADİNFORM. VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün Türkiyə Cümhuriyyətinə yola düşüb. VHP-dən “Azadinform”a verilən məlumata görə, millət vəkili İstanbul Həsənyurd Bələdiyyəsinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə, daha sonra isə soyqırımın ildönümü ilə bağlı fevralın 26-da Taksim meydanında “Həpimiz Xocalıyız” şüarı ilə keçiriləcək yürüşdə iştirak edəcək.

Mübariz Aslanov/AZADİNFORM. Fevralın 22-25-i tarixlərində TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın Vyana şəhərində keçiriləcək qış sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər.


Mübariz Aslanov/AZADİNFORM. “Bu gün ermənilər bütün arenalarda Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündəki prosesləri ört-basdır etməklə məşğuldurlar”.


Mübariz Aslanov/AZADİNFORM. “İran bilir ki, Azərbaycana xaricdən hərbi müdaxilə edən deyil. Ona görə də bu ölkə Azərbaycanı daxildən partlatmaq istəyir”. Bunları “Azadinform”a açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə məlumatı “Azadinform”a XİN-in mətbuat xidmətindən veriblər.


Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin  deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistana səfər edəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.


Mübariz Aslanov/AZADİNFORM. “Müdafiə naziri Səfər Əbiyevin rəhbərliyi ilə keçirilən təlimlər Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi ənənəvi təlimlər sırasına daxildir və əsas etibarilə üç məqsəd güdür”. Bunları “Azadinform”a açıqlamasında hərbi ekspert Cəsur Sümərinli bildirib.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev və deputat Mübariz Qurbanlı qurumun Daimi Komitəsinin 38-ci iclasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Bakının “Böyük 20-lik” ölkələrinin xarici işlər nazirlərinin sammitinə dəvət olunması Qərbin maraqlarını təmsil edən bu qurumun işinə Azərbaycanı da cəlb etmək məqsədi daşıyır”.

Mübariz Aslanov/AZADİNFORM. “Artıq 20 ildir ki, çözülə bilməyən Dağlıq Qarabağ münaqişəsinin səbəbkarlarından biri elə ATƏT-in Minsk qrupudur”. Bunları “Azadinform”a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.


Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycan Qərb ölkələri və İsrail ilə münasibətlərə malikdir. Lakin Azərbaycan heç vaxt öz ərazisində hər hansı formada qonşu ölkəyə qarşı istifadə olunmasına imkan verməyib və bundan sonra da verməyəcək”.

Mübariz Aslanov/AZADİNFORM. “İran tərəfindən Azərbaycanla münasibətlərə ziyan vuracaq hərəkətləri İranın bir sıra din xadimləri və bəzi dairələri edir”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri Bahar Muradova bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan İranla münasibətlərdə yaxın qonşuluq prinsipini üstün tutur. Bu daim bizim diqqət mərkəzimizdədir”.

AZADİNFORM. Azərbaycanın ABŞ-dakı səfiri, Azərbaycanın Amerika Dövlətləri Təşkilatı (ADT) yanında Daimi Müşahidəçisi Elin Süleymanov təşkilatın Baş katibi Xose Migel İnsulza ilə görüşüb.

 

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Tehrandakı müəyyən dairələrin Azərbaycana qarşı aparılan kampaniyada məqsədi diqqəti İranın daxili problemlərindən yayındırmaqdır”. Bunları “Azadinform”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şuranın üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Almaniya Bundestaqının üzvü Mixail Fuksu partiyanın mənzil-qərargahında qəbul edib. Bu barədə məlumatı “Azadinform”a YAP-dan veriblər.

 
1 səhifə 50-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
22.02.2012
 Arxiv
«Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo