Atif Eyvazov/AZADİNFORM. Bu gün Demokratik İslahatlar Partiyasında (DİP) Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolu mövzusunda dəyirmi masa keçirilib. Azadinform xəbər verir ki, tədbirdə DİP sədri Asim Mollazadə qadınların Azərbaycanın ictimai-siyasi proseslərindəki rolu, həmçinin onların təhsil və elm müəssisələrdəki fəaliyyətləri barədə məlumat verib.

Elvin Xəzər/AZADİNFORM. “Həmsədrlərin bölgəyə intensiv səfərləri müsbət haldır. Onların yaxın vaxtlarda yenidən bölgəyə səfər edəcəyi gözlənilir. Bu, ümumilikdə, diplomatik baxımdan müsbət qiymətləndirilə bilər.

Bayram Niftəliyev/AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonun etimadnaməsini qəbul edib. “Azadinform” xəbər verir ki, səfir Aleksandr Mişenko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

AZADINFORM. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib ki, hazırda Dağlıq Qarabağda müharibə davam edir. Bunun əyani sübutu kimi isə azərbaycanlı Fariz Bədəlovun öldürülməsini göstərmək olar.

Elvin Xəzər/AZADİNFORM. Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri başa çatıb.

AZADINFORM. Qarsdakı erməni-türk “dostluq abidəsi”nin söküntüsü üzrə keçirilən tenderin qalib olan firma abidəni 18 hissəyə bölərək uçurmağı planlaşdırır.

Elvin Xəzər/AZADİNFORM. Litvanın daxili işlər naziri Raymundas Palaytis Bakıda səfərdədir.

Mübariz Aslanov/AZADİNFORM. “Dağlıq Qarabağ məsələsinin tezliklə həll olunmasında daha aktiv rol oynamaq Rusiyanın borcudur. Çünki bu problemi Azərbaycan üçün qoyub gedən Rusiyanın hüquqi varisi olduğu SSRİ olub”. Bunları “Azadinform”a müsahibəsində Milli Məclisin vitse-spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.

Elvin Xəzər/AZADİNFORM. “”Freedom House” təşkilatının hesabatı reallığı əks etdirmir. Bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir”.

Bayram Niftəliyev/AZADİNFORM. Prezidentlər İlham Əliyev və Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimi olub.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə spiker Oqtay Əsədov ölkəmizdə səfərdə olan Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponu qəbul edib. “Azadinform” xəbər verir ki, görüşdə O.Əsədov Azərbaycanın xarici siyasətində əsas məqsədin Avroatlantik məkana inteqrasiya olduğunu və bu səbəbdən də Fransa ilə əlaqələrin inkişafının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
O qeyd edib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe nümayiş etdirməlidir.

Elvin Xəzər/AZADİNFORM. Bakıda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Elvin Xəzər/AZADİNFORM. Bu gün Rumıniya Prezidenti Trayan Basesku Azərbaycana rəsmi səfərə gəlir. “Azadinform” Rumıniya Prezidentinin saytına istinadən xəbər verir ki, səfər Azərbaycan Prezidentinin dəvəti ilə həyata keçirilir.

Elvin Xəzər/AZADİNFORM. “Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr heç vaxt məqsədlərinə çatmayacaq. Çünki xalqımız həmin qüvvələri çoxdan tarixin arxivinə göndərib”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Mübariz Aslanov/AZADİNFORM. “Lap əvvəldən NATO və Rusiya arasında Dağlıq Qarabağla bağlı gizli sövdələşmə var. Məhz buna görə BMT-nin məlum qətnamələri DQ üçün keçərsiz, digər bölgələr üçün isə hətta qəti formada keçərli olur”. Bu barədə “Azadinfom”a müsahibəsində politoloq Qabil Hüseynli bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Stratfor Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanı qəbul edib. Dövlət başçısı George Fridmanın ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı senator Ambruaz Düponun ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.

AZADİNFORM. «Radikal müxalifət partiyaları indiki fəaliyyətləri ilə Azərbaycanı 1990-cı illərin əvvəlinə qaytarmaq istəyirlər. Ancaq biz bu mərhələni çoxdan keçmişik». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan parlamenti bu gün yeni parlamentlərarası işçi qrupunu təyin edib. Bu, Azərbaycan-Malta arasında parlamentlərarası işçi qrupudur.

 
730 səhifə 732-dən (dan) << < 726 727 728 729 730 731 732 > >>
 Xəbər lenti
24.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo