AZADİNFORM. Prezident İlham Əliyev bu gün Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Ambruaz Düponun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı senator Ambruaz Düponun ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu ifadə edib.

AZADİNFORM. «Radikal müxalifət partiyaları indiki fəaliyyətləri ilə Azərbaycanı 1990-cı illərin əvvəlinə qaytarmaq istəyirlər. Ancaq biz bu mərhələni çoxdan keçmişik». Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan parlamenti bu gün yeni parlamentlərarası işçi qrupunu təyin edib. Bu, Azərbaycan-Malta arasında parlamentlərarası işçi qrupudur.

Mübariz Aslanov/AZADİNFORM. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri aprelin 17-də müxalif İctimai Palatanın  “Sahil” bağında planlaşdırdığı qanunsuz aksiyanı müşahidə edəcək.

Mübariz Aslanov/AZADİNFORM. “Müxalifətin son zamanlar sabitliyi pozmaq cəhdləri milli maraqlarla üst-üstə düşmür”. “Azadinform” xəbər verir ki, bu sözləri Milli Məclisin hakim partiyadan olan üzvü Mübariz Qurbanlı bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda heç kim çox az sayda tərəfdarı olan qüvvələrin mitinq keçirmək cəhdindən narahatçılıq keçirmir”. “Azadinform” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deyib.

Elvin Xəzər/AZADİNFORM. Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin sabah Urmiyada keçiriləcək üçtərəfli görüşündə üç ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında memorandum imzalanacaq. “Azadinform” İranın IRNA agentliyinə istinadən xəbər verir ki, bu, ölkələr arasında ticarət əlaqələrinin daha da inkişaf etməsinə təkan verəcək.

Mübariz Aslanov/AZADİNFORM. “Radikal müxalifət təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə yox, parlamentdə təmsil olunan müxalifətin digər nümayəndələrinə belə düşmənçilik hissləri bəsləyir”.

Elvin Xəzər/AZADİNFORM. “Həmsədrlərin cəbhə bölgəsində erməni hərbçiləri tərəfindən qətlə yetirilmiş azyaşlı uşağın ailəsinə baş çəkməsi müsbət addımdır. Amma həmsədrlər bununla kifayətlənməməli, Ermənistan tərəfinin bu vəhşiliyini dünya ictimaiyyətinə çatdırmalıdırlar”. “Azadinform” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “Azadinform” xəbər verir ki, iclasda ilk növbədə cari məsələlər müzakirə olunub.

Elvin Xəzər/AZADİNFORM Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra ölkələrdə keçirilən tədbirlərdə iştirak edəcək.

Elvin Xəzər/AZADİNFORM. Aprelin 27-də Bakıda Azərbaycan-ABŞ ikitərəfli planlaşdırma üzrə əməkdaşlıq konfransı keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. “İran öz niyyəti üçün Ermənistanla dostluq etmək istəyirsə, bu kartında heç vaxt Azərbaycan-İsrail münasibətlərindən istifadə etməməlidir”. Bu barədə AZADİNFORM-a müsahibəsində Milli Məclisin yəhudi mənşəli deputatı Yevda Abramov bildirib.

Elvin Xəzər/AZADİNFORM. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) sədri  Orxan Əkbərov ABŞ səfirliyinin Siyasi Məsələlər üzrə Müşaviri Ceyni Smiti (Jaimy Smith) qəbul edib. ASAİF-dən AZADİNFORM-a bildiriblər ki, görüşdə  təşkilat barədə, onun fəaliyyəti və tərkibi haqqında qonaqlara geniş məlumat verilib.

Elvin Xəzər/AZADİNFORM. “Radikalların icazəsiz mitinq cəhdləri etiraz aksiyasından daha çox sabitliyi pozmaq məqsədi güdür. Çünki Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik ümummilli maraqlara xidmət etdiyi halda öz siyasi ambisiyalarını daha üstün tutan müxalifətin radikal qanadının istəklərinə, görünür, cavab vermir. Əslində, sabitlik müxalifətin özünə də faydalıdır. Lakin siyasi fəaliyyəti yalnız mitinqçilikdə görən müxalifət sabitlikdə maraqlı deyil və istər-istəməz ictimai-siyasi proseslərdə gərginlik elementlərinin artırılmasına meyil göstərir. Son illər ərzində müxalifətin bu yöndə cəhdləri nəticəsiz qalıb, səbəbi isə Azərbaycan cəmiyyətinin sabitliyə və dincliyə üstün dəyər verməsindədir. İnsanlar sabitliyin faydasını görüblər və bu gün də görməkdədirlər”.

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) dəvəti ilə 15-18 aprel tarixlərində “Rusiya Qlobal siyasətdə” jurnalının baş redaktoru Fyodor Lukyanov Azərbaycanda səfərdə olacaq.

Atif Eyvazov/AZADİNFORM.  Bu gün  Almaniyanın Humbolt-Berlin Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Mariya Aux Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva ilə görüşüb.

Atif Eyvazov/AZADİNFORM. Ombudsman Aparatında Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin siyasi məsələlər üzrə mütəxəssisi Lyudas Kolesinskasla görüş keçirilib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin müəllifi olduğu “İnkişafın Azərbaycan modeli” kitabının ictimai müzakirəsi keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. “BMT və böyük dövlətlərin uzaq Şimali Afrikadakı olaylara müdaxilələrinə seyrçi qalan rəsmi Moskva eyni müdaxilənin Cənubi Qafqazda reallaşmasına imkan verməz”.

 
666 səhifə 667-dən (dan) << < 662 663 664 665 666 667 > >>
 Xəbər lenti
23.07.2018
22.07.2018
 Arxiv
Iyul.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo