Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Baltik Assambleyasındakı Latviya nümayəndə heyətinin üzvləri ilə görüşüblər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

İyunun 29-da Bakının 7-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin növbəti - “Dərnəgül” stansiyasının açılışı olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

AZADİNFORM. İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Tennis Akademiyasının mərkəzi kortunun açılışında iştirak ediblər. Prezident İlham Əliyev mərkəzi kortun açılışını bildirən rəmzi lenti kəsib.
Azərbaycan Tennis Akademiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədov dövlət başçısına məlumat verib ki, tikintisinə ötən ilin fevralında başlanılan və 5500 kvadratmetr ərazini əhatə edən mərkəzi kortda tennislə yanaşı, voleybol, həndbol, mini futbol yarışlarının keçirilməsi, eləcə də konsert proqramlarının təşkil edilməsi üçün hər cür imkan var.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Paşa İsfəndiyar oğlu Paşayev Gəncə şəhəri Nizami rayonu icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. “Azadinform” xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Məharət Mustafa oğlu Mustafayev Gəncə şəhəri Nizami rayonu icra hakimiyyətinin başçısı təyin edilib.

AZADİNFORM. Prezident İlham Əliyev iyunun 29-da Binəqədi rayonunda Heydər Əliyev adına Parkda aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Gəncə şəhəri Kəpəz rayonu icra hakimiyyətinin başçısı Çingiz Yadulla oğlu Muxtarov vəzifəsindən azad edilib. “Azadinform” xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Eldəniz Əmir oğlu Xudiyev Gəncə şəhəri Kəpəz rayonu icra hakimiyyətinin başçısı təyin edilib.

 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. “Azadinform” xəbər verir ki, mərasimdə Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas da iştirak edib. 
Fələstin Dövlətinin başçısı səfirliyin rəmzi açılışını bildirən lenti kəsib.

Mübariz Aslanov/AZADİNFORM. Sabah axşam Azərbaycana səfər edəcək İran parlamentinin sədri Əli Laricaninin səfərinin proqramı açıqlanıb. Bu barədə məlumatı “Azadinform”a İran səfirliyindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Hələ də dünyada davam edən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan dinamik inkişaf edir. Biz Avropa ölkələri, o cümlədən Latviya ilə yaxşı münasibətlər qurmağa çalışırıq.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisdə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkəmizdə səfərdə olan Baltik Assambleyası nümayəndə heyətinin üzvləri ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Fələstin dövlətinin Prezidenti Mahmud Abbas bu gün Heydər Əliyev Fondunda olub. “Azadinform” xəbər verir ki, Fələstin Dövlətinin başçısını Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıb.

AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan Fələstin Dövlətinin prezidenti Mahmud Abbas bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “Azadinform” xəbər verir ki, sonra Mahmud Abbas Şəhidlər Xiyabanını ziyarət edib.

Mübariz Aslanov/AZADİNFORM. Sabah Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Baş katibinin müavini Bektemir Ziyadinovun başçılığı altında nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə gedəcək. Bu barədə məlumatı “Azadinform”a TürkPA-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Mübariz Qurbanlı, Musa Quliyev, Jalə Əliyeva, Ayaz Orucov qurumun Baş Assambleyasının 37-ci plenar sessiyasında iştirak etmək üçün Ukraynanın paytaxtı Kiyev şəhərinə yola düşürlər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. İyulun 5-i və 6-da NATO və ABŞ ekspertləri Azərbaycana səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Fələstin lideri Mahmud Abbas Bakı səfərində cəhd edir ki, Azərbaycan Fələstin-İsrail danışıqlarında bir vasitəçi olsun. Çünki Azərbaycanın mövqeyi və imici hər iki tərəf üçün əlverişlidir”.

AZADİNFORM. İyunun 28-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas mətbuata bəyanatlarla çıxış ediblər.

 


 

AZADİNFORM. Prezident İlham Əliyev 2010/2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

AZADİNFORM. Prezident İlham Əliyev 2010/2011-ci tədris ilində keçirilmiş Ən yaxşı müəllim müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

AZADİNFORM. Prezident İlham Əliyev Nisə Qasımovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Nisə Qasımova Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 

 
658 səhifə 684-dən (dan) << < 654 655 656 657 658 659 660 661 662 > >>
 Xəbər lenti
15.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo