AZADİNFORM. Sentyabrın 23-24-ü tarixlərində Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə beynəlxalq tədbir keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Bu gündən etibarən TürkPA Katibliyinin koordinatorluğu ilə Qırğızıstan parlamentinin bir qrup əməkdaşı Türkiyə Böyük Millət Məclisində mübadilə proqramında iştirak edəcək.

Mübariz Aslanov/AZADİNFORM. “İstər “ərəb baharı”, istərsə də İran- Azərbaycan münasibətlərindəki problemlərə baxmayaraq bu gün Türkiyə-İran münasibətləri normal inkişafdadır, demək olar ki, iki ölkə arasında ciddi problemli məsələ yoxdur”. Bunları “Azadinform”a müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların Bakı BPİ-nin, həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin paytaxtda yerləşmiş orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

AZADİNFORM. “Dağlıq Qarabağda hər hansı qanuni seçki keçirilə bilməz. Qarabağ Azərbaycanın ərazisidir və orada seçkilər yalnız Azərbaycanın qanunları ilə baş tuta bilər”.

AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviç bu gün baş nazir Artur Rasizadə ilə görüşüb. “Azadinform” xəbər verir ki, ali qonağı ölkəmizdə görməkdən məmnun olduğunu deyən baş nazir dövlətlərimiz arasında əlaqələrin bu səfərdən sonra daha da genişlənəcəyinə, eləcə də Azərbaycan-Monteneqro münasibətlərinin yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin deputatı Rüfət Quliyev sabahdan Ukraynanın paytaxtı Kiyevdə səfərdə olacaq. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Bu gün Prezident İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

AZADİNFORM. Bu gün Prezident İlham Əliyevin və Prezident Filip Vuyanoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Monteneqro sənədlərinin imzalanması mərasimi olub.

Aytən İmanova/AZADİNFORM. Qarabağ Azadlıq Təşkilatı BMT Baş Assambleyasında Dağlıq Qarabağ məsələsinin gözlənilən müzakirəsi ilə bağlı BMT baş katibi və Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinə müraciət edib.

AZADİNFORM. ABŞ-ın paytaxtı Vaşinqtonun nüfuzlu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində “Cənubi Qafqazın 20 illik müstəqilliyi: Nailiyyətlər və çətinliklər” mövzusunda konfrans keçirilib.

 

AZADİNFORM. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin elmi işçisi Zaur Şiriyev sentyabr-dekabr aylarında Corc Marşal adına Avropa Təhlükəsizlik Araşdırmalar Mərkəzi tərəfindən Ali Təhlükəsizlik Proqramında iştirakla bağlı dəvət alıb.

AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviçin rəsmi qarşılanma mərasimi olub. “Azadinform” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidenti İlham Əliyevə raport verib.

Mübariz Aslanov/AZADİNFORM. “Türkiyə-İsrail gərginliyində Azərbaycan müəyyən mənada balanslı siyasət həyata keçirməlidir”. Bunları “Azadinform”a müsahibəsində siyasi ekspert Rasim Ağayev bildirib.

AZADİNFORM. Bu gün Bilik günündə Bakının Səbail rayonundakı 6 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib. “Azadinform” xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib.

AZADİNFORM. AVRONEST Parlament Assambleyasının növbəti sessiyası 2012-ci ilin mayında Bakıda keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanov verib.

Atif Eyvazov/AZADİNFORM. Belarusun paytaxtı Minsk şəhərində MDB-yə üzv ölkələrin prokurorlarının Koordinasiya Şurasının iclası keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. “Fransa Prezidenti Nikolo Sarkozinin Azərbaycan səfərinə heç də adi yanaşmaq olmaz. Nəzərə alsaq ki, uzun fasilədən sonra Fransa prezidenti məhz Dağlıq Qarabağla bağlı danışıqların mürəkkəbləşdiyi bir dövrdə regiona səfər edir, o zaman şübhəsiz ki, bunun hansısa nəticələri özünü göstərəcək”.

Mübariz Aslanov/AZADİNFORM. “Bəzi mütəxəssislərin iddialarına baxmayaraq düşünmürəm ki, Türkiyə və İsrail öz münasibətlərində Azərbaycandan hansısa konkret mövqe tələb etsinlər”. Bunları “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında sərəncam imzalayıb.

 
642 səhifə 685-dən (dan) << < 638 639 640 641 642 643 644 645 646 > >>
 Xəbər lenti
19.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo