AZADİNFORM. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Qlobal təhlükəsizlik üçün dəyişən təhdidlər” mövzusunda görüş keçirilib. “Azadinform” xəbər verir ki, görüşdə Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, keçmiş müdafiə naziri Liam Foks məruzə ilə çıxış edib.

Adəm Abbaslı/AZADİNFORM. “Ermənistan işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma seçkilərlə BMT tərəfindən qəbul edilən qərarlara zidd davranışını ortaya qoyub. Bununla da Ermənistan beynəlxalq hüquqa qarşı çıxmasını özünə bir növ adət etdirdiyini açıq şəkildə sübut edib”. “Azadinform” xəbər verir ki, bu fikirləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının İğdırdan olan millət vəkili Sinan Oğan bəyan edib. 

 

 

AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.


AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a XİN-in mətbuat xidmətindən veriblər.
Elmar Məmmədyarov meksikalı qonaqları ölkəmizdə salamlayıb və Azərbaycanla Meksika arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnunluq ifadə edib.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a XİN-in mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ ordusunun Avropa Komandanlığının Quru Qoşunları Komandanı general-leytenant Mark Fillip Hertlinqi qəbul edib.

 

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanın işğal olunmuş əraziləri üzərindən istənilən uçuşların keçirilməsi qanunsuzdur. Bu, beynəlxalq qanunvericiliklə də təsbit olunub”. Bunu “Azadinform”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam verib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Polşanın xarici işlər naziri Radoslav Sikorskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, Azərbaycan ilə Polşa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə inkişafının razılıq doğurduğunu qeyd edən dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu deyib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin son illər uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edən prezident İlham Əliyev bu sahədə əməkdaşlığı fəal şəkildə genişləndirməyin vacibliyini vurğulayıb. Dövlət başçısı iqtisadi sahədə də qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əlavə imkanların araşdırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Latın Amerikası ölkələrindən ilk dəfə olaraq Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının önəmini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlət başçısı Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Siyasi elmi mühazirələr” layihəsi çərçivəsində “Siyasi münaqişə, münaqişələrin həlli yolları: münaqişəyə sistemli və elmi yanaşmalar” mövzusunda elmi-praktiki seminar keçirilib.

AZADİNFORM. Sabah Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov Türkiyəyə səfər edəcək. “Azadinform” xəbər verir ki, səfər zamanı Əlaqələndirmə Şurasının sədri Türkiyənin bir sıra nüfuzlu televiziya kanallarında, o cümlədən radio və qəzetlərində qonaq olacaq.

AZADİNFORM. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ölkəmizdə rəsmi səfərdə olan İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Biacio Abrate ilə görüşüb.

AZADİNFORM. Yeni Azərbaycan Partiyası (YAP) xarici əlaqələrini iki istiqamətdə qurur. Bir istiqamət Avropa, digər istiqamət isə Asiyadır. “Azadinform” xəbər verir ki, bunu yap.org.az saytına YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev deyib.

 

 

AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Prezident hava limanlarında mühüm şəxslər və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı Sərəncam verib. “Azadinform” xəbər verir ki,  Sərəncamda deyilir:

 

AZADİNFORM. Preziden İlham Əliyev Tokay Həbib oğlu Məmmədov “Şərəf” ordeni ilə təltif edib.

Mübariz Aslanov/AZADİNFORM. “Biz bütün beynəlxalq təşkilatlarla, xüsusilə ATƏT, Avropa Şurası ilə işləməkdə, əlaqələri təkmilləşdirməkdə maraqlıyıq”. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

AZADİNFORM. “Həm Bakıda, həm bölgələrdə müasir standartlara cavab verən yeni su xətləri insanların sağlamlığına da böyük dəstək olacaqdır. Azərbaycan əhalisinə verilən və veriləcək su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır”. “Azadinform” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev  Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində çıxışı zamanı deyib.

AZADİNFORM. “Ölkəmizdə qazlaşdırma layihələri icra edilir. Gələn ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatacaq. 


 
618 səhifə 718-dən (dan) << < 614 615 616 617 618 619 620 621 622 > >>
 Xəbər lenti
19.03.2019
 Arxiv
Mart.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo