Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 nömrəli uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. “Azadinform” xəbər verir ki, məlumat verilib ki, 27 nömrəli uşaq bağçası ötən əsrin əvvəllərində tikilib və tamamilə yararsız vəziyyətdə olub.

AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun tətbiqi barədə Fərman imzalayıb.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə birinci vitse-spiker Ziyafət Əsgərov Bakıda səfərdə olan İspaniya xarici  işlər və əməkdaşlıq nazirinin xarici işlər üzrə dövlət katibi Qonzalo de-benito Sekadesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında iştirak edib. 

AZADİNFORM. Prezident İlham Əliyev İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul edib.

AZADİNFORM. Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Vinod Kumar etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.

AZADİNFORM. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Gürcüstan baş nazirinin müavini, Avropa və Avroatlantik strukturlara inteqrasiya üzrə dövlət naziri Georgi Baramidzenin dəvəti ilə Batumiyə gedib. 

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün ATƏT-in baş katibi Lamberto Zannieri qəbul edib. 

AZADİNFORM. Prezident İlham Əliyev Bəhruz Nəzərova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Bəhruz Nəzərova Azərbaycanda mətbuat sahəsində səmərəli fəaliyyətinə görə “Əməkdar jurnalist” fəxri adı verilib.


Mübariz Aslanov/AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. “Azadinform” xəbər verir ki, sərəncama əsasən Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

AZADİNFORM. Prezident İlham Əliyev Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AZADİNFORM. Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Türkiyə Respublikası Hərb Akademiyalarının qərargah rəisi Mete Saltı qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda Azərbaycan Milli Məclisini Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsi ilə Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlər ilə əlaqələr komitəsinin birgə iclası keçirilib. 


Mübariz Aslanov/AZADİNFORM. “Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması onun üzərinə öhdəlik qoyurdu ki, Qarabağ münaqişəsində Ermənistanın yanında olsun. Bu da Özbəkistan-Azərbaycan, eləcədə Özbəkistanın Türkdilli ölkələr arasındakı nüfuzuna sarsıdıcı zərbə olardı. Ona görə də Özbəkistanın KTMT-ni tərk etməsi başadüşüləndir”. Bunları “Azadinform”a açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə vitse-spiker Ziyafət Əsgərov Bakıda səfərdə olan NATO baş katibinin Avropa və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Azərbaycan prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Enrike Penya Nietoya təbrik məktubu göndərib. 


Atif Eyvazov/AZADİNFORM. “Bir  vaxtlar Azərbaycan diasporunun təşkilatlanmasından söhbət gedirdisə, indi bu prosesi başa çatıb və Azərbaycan diasporu artıq formalaşıb. İndi diasporun elmi və akademik əsaslar üzərində qurulmasından danışırıq. Bu məsələdə Azərbaycan alimləri bizə yaxından kömək edir”.


Mübariz Aslanov/AZADİNFORM. Bakıda səfərdə olan Avropa Birliyinin prezidenti Herman Van Rompey bu gün Milli Məclisdə spiker Oqtay Əsədovla görüşüb. “Azadinform” xəbər verir ki, görüşdən əvvəl qonaq Milli Məclisin iclas zalı ilə tanış olub, deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib.

 

AZADİNFORM. Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompey mətbuata bəyanatlarla çıxış ediblər.


 

 
601 səhifə 699-dən (dan) << < 597 598 599 600 601 602 603 604 605 > >>
 Xəbər lenti
16.12.2018
15.12.2018
 Arxiv
Dek.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo