AZADİNFORM. Prezident İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Mursiyə təbrik məktubu ünvanlayıb.


Mübariz Aslanov/AZADİNFORM. “İran saxladığı azərbaycanlı gənc şairlərlə bağlı bizim sorğumuza hələ ki cavab verməyib”. “Azadinform” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Atif Eyvazov/AZADİNFORM. Bu gün Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi tərəfindən 25-26 iyun tarixlərində “Yeni vizyon axtarışı: ölkə perspektivləri” mövzusunda forumda iştirak etmək üçün İstanbula rəsmi səfərə gedib.

AZADİNFORM. Argentina Milli Konqresinin Deputatlar Palatasının ardından Senatda da Azərbaycanla fəaliyyət göstərən Dostluq Qrupunun yeni tərkibi təsdiq olunub. 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Milli Məclisinin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev qurumun tədbirlərində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edir. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycanda urologiya elminin inkişaf etdirilməsi işinə böyük töhfələr vermiş görkəmli alim, akademik Mirməmməd Cavad oğlu Cavadzadənin xatirəsini əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb .

AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Bakının Səbail rayonunun Badamdar qəsəbəsində Heydər Əliyev parkının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. “Azadinform” xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədə görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Bakının Yasamal rayonu ərazisində Müdafiə Nazirliyinin yeni yaşayış kompleksinin açılış mərasimində iştirak edib. “Azadinform” xəbər verir ki, müdafiə naziri general-polkovnik Səfər Əbiyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Mübariz Aslanov/AZADİNFORM. “Son 6 ay ərzində TÜRKPA-nın fəaliyyəti çox uğurlu olub”. “Azadinform” xəbər verir ki, bu barədə qurumun baş katibi Ramil Həsənov son altı ayın yekunları ilə bağlı keçirdi mətbuat konfransında bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Fakt ondan ibarətdir ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və işğal olunmuş ərazidə hansısa bir seçkinin keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir”.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (İnternational Conference of Asian Political Parties - İCAPP) 17-ci iclası işə başlayıb.

AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Paskal Monini qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. İyunun 25-dən 29-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası keçiriləcək. 


AZADİNFORM. Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasının noyabr ayında Bakıda keçirilməsinə dair qərar verib.

Mübariz Aslanov/AZADİNFORM. “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli il’ bağlı son bəyanatı əvvəlkilərdən heç nə ilə fərqlənmir”. Bunları “Azadinform”a açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Musa Qasımlı bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununun təsdiqlənməsi haqqında sərəncam imzalayıb. “Azadinform” xəbər verir ki, bu qanun əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir.

Akademik Ramiz Mehdiyevin çapa hazırlanan kitabından bir fəsli oxuculara təqdim edirik

 

XX yüzilliyin sonunda Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazanmışdır. Azərbaycan xalqı öz taleyini müstəqil müəyyən etmək, müstəqil dövlətçilik ideyalarını həyata keçirmək, özünün müstəqil gələcəyi barədə amallarla yaşamaq imkanı əldə etmişdir. 

AZADİNFORM. Prezident İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

AZADİNFORM. Prezident İlham Əliyev 2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.

 
590 səhifə 684-dən (dan) << < 586 587 588 589 590 591 592 593 594 > >>
 Xəbər lenti
18.10.2018
17.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo