AZADİNFORM. Xarici işlər nazirinin müavini Araz Əzimov ABŞ tərəfi ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsi üçün Dövlət Departamentinin dəvəti ilə dekabrın 20-22-də Vaşinqtonda işçi səfərdə olub.

AZADINFORM. Prezident İlham Əliyev yeni gətirilmiş hərbi helikopterlərə baxış keçirib. Dövlət başçısı yeni gətirilmiş hərbi helikopterlərlə yaxından tanış olmaq üçün hava limanına gəldi. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi helikopterlər barədə məruzə etdi.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün  Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Can Yanyanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AZADİNFORM. Yeni Azərbaycan Partiyası ilə Monteneqro Sosialistlərinin Demokratik Partiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

AZADİNFORM. İraqın xarici işlər naziri Hoşyar Zebari  bu gün Azərbaycana rəsmi səfər edəcək.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın sədr müavini, millət vəkili Əli Əhmədov Çin Kommunist Partiyasının mərkəzi komitəsinin xarici əlaqələr şöbəsi müdirinin müavini Çen Fensyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) Serbiyanın Demokrat Partiyası (SDP) ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

Mübariz Aslanov/AZADİNFORM. “Fransa prezidenti Nikolo Sarkozi növbəti prezident seçkilərində qalib gəlmək naminə çox təhlükəli bir oyuna girib ki, bunun da mərkəzində Türkiyə kimi ciddi bir dövlət dayanır”. Bunları “Azadinform”a politoloq Rasim Ağayev açıqlayıb.

AZADİNFORM. Prezident İlham Əliyev Gürcüstan prezidenti Mixeil Saakaşviliyə zəng edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı Mixeil Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Mübariz Aslanov/AZADİNFORM. “Mən düşünürəm ki, Azərbaycan zamanında beynəlxalq məhkəmələrə müraciət etmə hüququndan istifadə edərək Ermənistanın bu hərəkətlərinə və təcavüz aktına hüquqi qiymət verilməsinə nail olacaq”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Qondarma “erməni soyqırımı” siyasi deyil, elmi məsələdir. Bunları jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanı avtoritar rejimlər siyahısına salan təşkilatlar qərəzli mövqedədirlər”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. “Azadinform” xəbər verir ki, konfransın açılışında Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov müstəqillik əldə etdikdən sonra Azərbaycanın öz inkişafında böyük nailiyyətlər əldə etdiyini bildirib. 

Mübariz Aslanov/AZADİNFORM. Dekabrın 17-də Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın Ağcabədi rayon təşkilatının VIII konfransında iştirak edib. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Həbibə/AZADİNFORM. Türkiyənin paytaxtı Ankara şəhərində Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri Daimi Komissiyasının iclası keçirilir. İclasda iştirak edən Azərbaycan parlamentinin deputatı Çingiz Qənizadənin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, günün ilk yarısında türkdilli dövlətlərin parlamentlərinin konstitusion dövlət quruculuğunda yeri və fəaliyyəti ilə bağlı məruzələr dinlənilib.

Mübariz Aslanov/AZADİNFORM. Ayrı-ayrı ölkələrin parlamentində Dağlıq Qarabağla bağlı qərarların qəbul edilməsi vacib məsələdir və Azərbaycanın Milli Məclisi bu istiqamətdə işini davam etdirəcək. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirib.

Həbibə/AZADİNFORM. Azərbaycanda Belçikanın sabiq baş naziri Uilfrid Martensin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabının təqdimatı keçirilib. “Azadinform” xəbər verir ki, YAP-ın təşkilatçılığı ilə “Hyatt Regency” otelində keçirilən təqdimat mərasimində hakim partiyanın rəhbər şəxsləri, parlament rəhbərliyi, millət vəkilləri iştirak edib.

AZADİNFORM. “Azərbaycan müxalifəti xalq tərəfindən dəstəklənmir və heç bir nüfuzu yoxdur”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Azərbaycan müxalifətinin Rusiyadakı müxalif qüvvələrin başladığı hərəkatdan ilham alması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, yerli müxalifətin xalq arasında dayağı yoxdur:

Mübariz Aslanov/AZADİNFORM. Avropa İttifaqı Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanacaq. "Azadinform" xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev bu gün Sumqayıta səfəri çərçivəsində azot gübrəsi – karbamid istehsalı zavodunun təməlinin qoyulması mərasimində iştirak edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı zavodun sxemini, texniki göstəricilərini və hazır olduqdan sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.

 
589 səhifə 653-dən (dan) << < 585 586 587 588 589 590 591 592 593 > >>
 Xəbər lenti
27.05.2018
26.05.2018
 Arxiv
May.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo