Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Çin və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Xun Tsuini və Şerzod Fayziyevi qəbul edib. Bu barədə məlumatı “Azadinform”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

 

Mübariz Aslanov/AZADİNFORM. “NATO-ya qarşı olmaq istəyən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əhatəsində ən sadə vəziyyətlərdə belə kollektiv hərəkət etmək qabiliyyətini ortaya qoya bilmir. Ümumiyyətlə NATO ilə müqayisədə KTMT çox zəif hərbi qurumdur”.

Prezident İlham Əliyev Bakının Binə qəsəbəsində yerləşən "Azərsun Holdinq" Şirkətlər Qrupuna məxsus "Green Tech" Məhdud Məsuliyyətli Cəmiyyətin müasir istixana kompleksi ilə tanış olub.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

AZADİNFORM. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Polşa Xarici İşlər Nazirliyinin dəvəti ilə ingilisdilli “Varşava Şərqi Avropa konfransı”nın 9-cu illik sessiyasında iştirak etmək üçün Varşavaya gedib. 

Mübariz Aslanov/AZADİNFORM. “Tanzaniyanın Daxili İşlər Nazirliyinin (DİN) saytında Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərilməsi ilə bağlı məlumat araşdırılır”.

AZADİNFORM. Prezident İlham Əliyev Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. 


Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin üzvü Qənirə Paşayeva Bosniya və Hersoqovinada 17-ci ili tamam olan Srebrenitsa soyqırımını qınama və qurbanlarını anma tədbirləri çərçivəsində Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ ilə görüşüb.

AZADİNFORM. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən Diabet məktəbində 2012-ci il 16-20 iyul tarixlərində şəkərli diabet xəstələri üçün və 23-27 iyul  tarixlərində isə risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçiriləcək.

AZADİNFORM. Prezident İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Faruk Çelik Türkiyə Prezidenti Abdulla Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırdı. 

AZADİNFORM. Prezident İlham Əliyev iyulun 12-də İran İslam Respublikasının təhsil və təlim naziri Həmidrza Hacıbabayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Mübariz Aslanov/AZADNFORM. Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Meksika Senatı sədrinin müavini Fransisko Arroyo Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Bu gün Azərbaycan və Tacikistan prezidentləri Bakıda mətbuata bəyanatlarla çıxış ediblər. “Azadinform” xəbər verir ki, ali ordenlərlə təltif olunma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər. 


 

AZADİNFORM. Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon bu gün Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

 

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Tacikistan sənədlərinin imzalanma mərasimi olub. “Azadinform” xəbər verir ki, “Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon imzalayıblar.

Mübariz Aslanov/AZADİNFORM. “ABŞ Riçard Morninqstarı Azərbaycana səfir təyin etməklə doru seçib edib, çünki bu şəxs Cənubi Qafqaz regionuna kifayət bələd bir insandır”. 

AZADİNFORM. Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfərə gəlib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatları Senatının sədr müavini Fransisko Arroya Vieyranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Azadinform” xəbər verir ki, Meksikanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayan Fransisko Arroya Vieyra ölkələrimiz arasında 20 ildən artıq mövcud olan diplomatik əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə edib.

Adəm Abbaslı/AZADİNFORM. Almaniyanın Haydelberq şəhərində Urmiya gölünün İran dövləti tərəfindən qurudulması əleyhinə etiraz aksiyası keçirilib. Dünya Azərbaycanlıları Konqresindən (DAK) “Azadinform”a verilən məlumata görə, DAK sədri Mirəşrəf Fətiyev, təşkilatın İdarə Heyətinin üzvü Fəraməz Quluzadə və Haydelberq şəhərində yaşayan fəal azərbaycanlıların təşkil etdikləri tədbirə Avropanın bir neçə ölkəsindən soydaşlarımız qatılıb. Tədbirin ilk günü aksiya iştirakçıları Haydelberq şəhərinin Leym gölü ətrafında çadırlar quraraq Urmiya gölünün qurudulmasına ictimaiyyətin fikrini cəlb etməyə cəhd göstəriblər. 

Adəm Abbaslı/AZADİNFORM. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabahdan etibarən Avstriyada səfərdə olacaq. 

 
586 səhifə 685-dən (dan) << < 582 583 584 585 586 587 588 589 590 > >>
 Xəbər lenti
19.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo