Mübariz Aslanov/AZADİNFORM. İyulun 24-dən avqustun 1-ə qədər Latın Amerikası ölkələrində səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onu müşayiət edən nümayəndə heyətinin Argentina və Uruqvaya səfərləri bu ölkələrin, habelə qonşu ölkələrin kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub və səfərlərlə əlaqədar çoxsaylı şərhlər dərc olunub. Bu barədə məlumatı “Azadinform”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Əvvəlki illərdən fərqli olaraq indi Avropa İttifaqı Azərbaycanla münasibətlərə daha çox xüsusi önəm verir”. “Azadinform” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AZADİNFORM. Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olub. 

Mübariz Aslanov/AZADİNFORM. “Faktiki olaraq Azərbaycan siyasi müstəvisində qarşıdan gələn seçkilərdə prezident İlham Əliyevə ciddi alternativ ola biləcək siyasətçi yoxdur”. Bunları “Azadinform”a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib.

AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərararası avtomobil yolunun açılışında iştirak etmişdir. 

AZADINFORM. Bu gün Prezident İlham Əliyev yenidənqurmadan sonra istifadəyə verilmiş “Cəlilabad Broyler” ASC-nin quş əti istehsalı müəssisəsi ilə tanış olub. 

AZADİNFORM. Bu gün  Prezident İlham Əliyev Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkında həyata keçirilən yenidənqurma işləri ilə tanış olub. 

AZADİNFORM. Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. “Azadinform” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. 

 


AZADİNFORM. Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

AZADİNFORM. Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. 

AZADİNFORM. Bu gün Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib. “Azadinform” xəbər verir ki, dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Mübariz Aslanov/AZADİNFORM. “Hesab edirəm Azərbaycanın daxilindəki siyasi mübarizə qarşıdan gələn prezident seçkilərində də özünü göstərə bilər”. Bunları “Azadinform”a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

 


AZADİNFORM. Prezident İlham Əliyev Hindistan prezidenti Pranab Mukherciyə Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik məktubu göndərib. “Azadinform” xəbər verir ki, məktubda deyilir:

Həbibə/AZADİNFORM. “Biz hesab etmirik ki, Azərbaycan artıq silah əldə edir”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT baş katibi Ban ki Munun adından yayılan Azərbaycanın sürətlə silahlandığı qeyd olunmuş hesabata münasibət bildirərkən deyib. 

AZADİNFORM. Argentina prezidenti Kristina Fernandez de Kirçner bu ölkədə rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “Azadinform”a XİN-in mətbuat xidmətindən veriblər.
Argentina Prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Həm Argentina, həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən prezident Kirçner iki ölkə arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əmin olduğunu söyləyib.

Mübariz Aslanov/AZADİNFORM. “İsveçrə Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

AZADİNFORM. Bu gün  Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu Buenos-Ayres şəhərindəki San Martin Sarayında qəbul edəcək. Bu barədə məlumatı “Azadinform”a XİN-dən veriblər.
Bu səfər iki ölkə arasında əlaqələrin gücləndirilməsi prosesinin tərkib hissəsidir və xarici işlər naziri Hektor Timeramanın 200 argentinalı iş adamı ilə birgə cari ilin iyul ayının əvvəllərində Azərbaycana etdiyi səfərindən dərhal sonra baş verir.
Nümayəndə heyətləri San Martin Sarayında Argentina-Azərbaycan Biznes Forumunda iştirak edəcək, günün ikinci yarısı isə iş adamlarının iştirakı ilə ikitərəfli işgüzar görüşlər keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı bir qrup müxalif partiyasının ortaya atdığı “vahid namizəd” termininin özü yanlışdır. Çünki vahid namizəddən əvvəl bu məsələdə daha çox şanslı namizəd üzərində düşünmək lazımdır”. Bunları “Azadinform”a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib.

 
583 səhifə 685-dən (dan) << < 579 580 581 582 583 584 585 586 587 > >>
 Xəbər lenti
19.10.2018
 Arxiv
Okt.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo