Mübariz Aslanov/AZADİNFORM. “Prezidentlərin görüşü ərəfəsində ən həlledici məqam o olardı ki, Rusiya və ABŞ arasında Qarabağla bağlı razılıq əldə olunsun. Əgər bu baş veribsə, deməli, ruslardan nəsə gözləmək olar”.

AZADINFORM. AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, prezident İlham Əliyev iyunun 21-də Belçika Krallığına işgüzar səfərə gəlib.

 

AZADİNFORM. «Ermənistan və Türkiyənin gələcəkdə insanların, xalqların, dövlətlərin iztirab çəkmələrinin qarşısını almaq üçün birgə işləmək şansları var”. «Azadinform» «Anadolu» agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin dövlət naziri Egemen Bağış Ermənistan, Türkiyə və ABŞ-dan olan jurnalistlərlə görüşündə bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin deputatları Fuad Muradov və Qüdrət Həsənquliyev sabah Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və xalqların öz müqəddəratlarını təyin etmə hüququnu dəstəkləyir”. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan Aİ-Azərbaycan Parlament Əməkdaşlığı komitəsinin rəhbəri Milan Kabrnox jurnalistlərə açıqlamasında bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev Rusiyalı həmkarı Dmitri Medvedyevə başsağlığı verib. “Azadinform” xəbər verir ki, başsağlığında deyilir: “Hörmətli Dmitri Anatoliyeviç!

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanın Avropa İttifaqına üz qəbul olunması hələ müzakirə mövzusu deyil. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Avropa İttifaqı- Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri Valeh Ələsgərov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası başa çatıb.

 

Mübariz Aslanov/AZADİNFORM. İyunun 27-dən iyulun 1-ə qədər Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a TürkPA-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Qarabağ azərbaycanlıları Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünə böyük ümid bəsləyir və ciddi nəticə gözləyir. “Azadinform” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. “Azadinform” xəbər verir ki, tədbirdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu gün dünyada 49 mln. yaşayış yerini itirmiş insan - onlardan 26 mln. məcburi köçkün, 10 mln. qaçqın, 12 mln. vətəndaşlığı olmayan insan var.

AZADİNFORM. “Özünü İctimai Palata adlandıran qurumda toplaşmış bəzi müxalifət partiyaları artıq neçənci dəfədir ki, qanunsuz aksiya keçirməyə cəhd göstərirlər. Amma hər dəfə onların heç bir ictimai dəstəyə malik olmadığı sübut olunur.” “Azadinform” xəbər verir ki, bunu yap.org.az saytına açıqlamasında deputat Mübariz Qurbanlı bildirib.

AZADİNFORM. Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bürosunun iclasında iştirak etmək üçün iyunun 20-dən 21-dək Belçikanın Brüssel şəhərində səfərdə olacaq. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. “Artıq dəfələrlə sübut olunub ki, Azərbaycanda İctimai Palata deyilən qurumun arxasınca heç kim getmir, çünki bu təşkilatın rəhbərliyində duranlar özləri ictimaiyyətdə tamamilə iflasa uğratmış adamlardır”. Bunları “Azadinform”a müsahibəsində Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc deyib.

AZADİNFORM. İyunun 20-22-si tarixlərində Türkiyənin İstanbul şəhərində  ABŞ-ın Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə “21-ci əsrdə müharibələrin yeni aspektləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. “Birdəfəlik əmin olmaq lazımdır ki, Azərbaycan torpaqlarını ermənilər yox, nüvə dövləti olan Rusiya işğal edib”. Bunları “Azadinform”a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.

AZADİNFORM. Prezident İlham Əliyev sərəncamları ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir sıra şəxslər fəxri adlar və “Tərəqqi” medalı ilə təltif edilib. Təltif olunan şəxslər aşağıdakılardır: 

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarovun İspaniyaya rəsmi səfəri başlayıb. XİN-nin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, İspaniyanın aparıcı qəzetlərindən olan “El Mundo” qəzetinə Azərbaycan ilə İspaniya arasında mövcud olan əlaqələr və onların inkişaf perspektivləri barədə E.Məmmədyarovun verdiyi müsahibədən başlayan səfər Azərbaycan müstəqilliyinin bərpa olunması günündən iki ölkə arasında həyata keçirilən ilk rəsmi səfərdir.

AZADİNFORM. Ermənistanın baş naziri Tiqran Sarkisyan «CNN» telekompaniyasına müsahibəsində bildirib ki, rəsmi Yerevan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində kifayət qədər siyasi iradəyə malikdir.


Mübariz Aslanov/AZADİNFORM. “Qaz bazarında Azərbaycan özünü bir az rahat hiss edir, çünki özünün potensial qaz alıcısı kimi yenə də Avropanı nəzərdə tutur. Amma Avropanın Azərbaycandan gözləntiləri, artıq deyildiyi kimi, təkcə bu deyil”. Bunları “Azadinform”a müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib.

 
566 səhifə 589-dən (dan) << < 562 563 564 565 566 567 568 569 570 > >>
 Xəbər lenti
23.11.2017
 Arxiv
Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo