Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarovun Meksikaya həyata keçirilmiş səfərinə dair ölkədə yeganə ingilis dilində çap edilən “The News” qəzetində geniş məqalə dərc edilib.

Mübariz Aslanov/AZADİNFORM. Hazırda Azərbaycanda “Siyasi partiyalar haqqında” qanuna yenidən baxılması zərurəti var və bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində iş gedir. Bu barədə “Azadinform”a müsahibəsində komitə üzvü Çingiz Qənizadə bildirib.

AZADİNFORM. Milli Məclisin deputatı Azay Quliyev sabah Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.

Mübariz Aslanov/AZADİNFORM. “Hesab edirəm Azərbaycan Avroatlantik məkana inteqrasiya prosesini çoxdan başlayıb və bu prosesi davam etdirir. Ancaq bu da o demək deyil ki, Bakı NATO və ya hansısa təşkilatın üzvü olmaq istəyir”. Bu barədə “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.

 

Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanın NATO ilə münasibətdə “Qoşulmamaq hərəkatı”na qoşulması Bakının qurum ilə əlaqələri kəsməsi demək deyil”. Bunları “Azadinform”a müsahibəsində politoloq Mübariz Əhmədoğlu bildirib.

AZADINFORM. “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin səmərəli yolla həll olunmasının tərəfdarıdır”. “Azadinform” xəbər verir ki, bu sözləri Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında Avropa Parlamentinin sədri Yerji Buzek deyib.

Günel Əbilova/AZADİNFORM. “Azərbaycanın müstəqilliyi və suverenliyi Avropa İttifaqı üçün çox vacibdir”. “Azadinform” xəbər verir ki, bu sözləri Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında Avropa Parlamentinin sədri Yerji Buzek deyib. Onun sözlərinə görə, Bakıya bir günlük səfəri çərçivəsində səmərəli görüşlər keçirib.

Mübariz Aslanov/AZADİNFORM. Son günlər bir sıra siyasi dairələr və media orqanları Azərbaycanda insan haqlarının qorunması ilə bağlı sürəkli detallar axtarışındadırlar. Hətta iş o yerə çatıb ki, tamamilə başqa motiv üzündən həbs edilən hansısa bir şəxsi siyasi məhbus adlandırmaqdan belə çəkinmirlər.

Mübariz Aslanov/AZADİNFORM. Gələn ay Bakıda Avropa Parlamenti-Azərbaycan Milli Məclisi Əməkdaşlıq Komitəsinin növbəti iclası keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bildirib.

Atif Eyvazov/AZADİNFORM. Mayın 21-i Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) gənclərin “Xaricdə təhsil alan tələbələr və azərbaycançılıq (“Soruşma: “Dövlət mənə nə edib?”, “Sən ölkən üçün nə etmisən?”) mövzusunda debatları keçiriləcək.

Elvin Xəzər/AZADİNFORM. Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası YAP-ın üzvü olan alim, yazıçı, şair qadınlar arasında elmi, bədii, publisistik əsərlərin müsabiqəsini elan edir.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Qafqazda qəribə bir siyasi mənzərə yaranıb: bir tərəfdə Rusiya-Ermənistan hərbi tandemi, digər tərəfdə Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilməyən İran, o biri tərəfdə öz gücünə istinad edən neytral Azərbaycan var”. Bunları “Azadinform”a müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, siyasi mövqeyi göstərir ki, Azərbaycan heç bir hərbi-siyasi blokda yer almaq istəmir.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Avropa Parlamentinin prezidenti Yerji Buzekin Azərbaycana səfəri başlayıb. “Azadinform xəbər verir ki, səfər çərçivəsində Y.Buzek Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, vətəndaş cəmiyyətinin və müxalifət partiyalarının nümayəndələri ilə görüşəcək.

Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin sədri Oqtay Əsədovun Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşü olub.

Elvin Xəzər/AZADİNFORM. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreşin başçılıq etdiyin nümayəndə heyətini qəbul edib.

Mübariz Aslanov/AZADİNFORM. Gürcüstanın paytaxtında ayrıca Müsəlman İdarəsinin yaradılması məsələsini bu formada gündəmə gətirənlər şübhəsiz ki, Azərbaycan və Gürcüstan arasında münasibətləri sıfıra endirmək istəyirlər. Bunları “Azadinform”a müsahibəsində millət vəkili, siyasi ekspert Musa Qasımlı bildirib.

Elvin Xəzər/AZADİNFORM. Estoniyada fəaliyyət göstərən “CSC Telecom” şirkətinin internet səhifəsində “tariflər EEK” bölməsində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi qeyd olunması haqqında dərc olunmuş məlumat aradan qaldırılıb.

Həbibə/AZADİNFORM. 80 saylı İmişli-Beyləqan dairəsindən millət vəkili seçilmiş Çingiz Qənzadə seçiciləri ilə silsilə görüşlərə başlayıb.

Elvin Xəzər/AZADİNFORM. Sabah Qarsda ümummilli lider Heydər Əliyevin adını daşıyacaq liseyin təməlqoyma mərasimi keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Bir neçə müddət bundan əvvəl ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının qeyri-obyektiv bəyanatı, mayın 12-də Avropa Parlamentinin insan haqları ilə bağlı Azərbaycan haqqında qərəzli qətnaməsi və s. artıq Qərbin Azərbaycana olan münasibətlərində şübhəli məqamları qabartmağa başlayıb.

 
50 səhifə 60-dən (dan) << < 46 47 48 49 50 51 52 53 54 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo