Çinarə Nurməmmədova/AZADİNFORM. Qazaxıstanın baş naziri Kərim Məsimov və xarici işlər naziri Erjan Kazıxanov Azərbaycana səfər edəcək. “Azadinform”un məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında məlumat verib.

Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Rusiya islam adı ilə yaradılan müxtəlif təriqətlərdən istifadə edərək Cənubi Qafqazda, xüsusilə Azərbaycana qarşı onlardan təsir vasitəsi kimi istifadə edir”.

AZADİNFORM. “Son illərdə dünya azərbaycanlılarının bir araya gəlməsində Dünya Azərbaycanlıları Konqresinin (DAK) gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gəlməsinə güclü təkan verib”.

Mübariz Aslanov/AZADİNFORM. Martın 31- aprelin 5-də Uqandanın paytaxtı Kampala şəhərində Beynəlxalq Parlamentlər İttifaqının (IPU) 126-cı sessiyası keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Sabah Milli Məclisin deputatı Məlahət İbrahimqızı Fransanın Marsel şəhərində səfər edəcək. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.


Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq müxtəlif sahələrdə inkişaf edir və bu əməkdaşlığın parlamentlərarası tərəfi çox böyük əhəmiyyət daşıyır”.

AZADİNFORM. Bu gün Sankt-Peterburqda MDB PA-nın Sosial məsələlər  və insan hüquqları  komissiyasının iclası başlayıb. Parlamentdən “Azadinform”a verilən məlumata görə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə tədbirdə iştirak edir.

Adəm Abbaslı/AZADİNFORM. “Cənab Hovhanisyanın Azərbaycan Respublikasının Prezidentinin çıxışından sonra guya bizim millət vəkillərinin erməni deputatlarına yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi “məlumat” məndə təəssüf və təəccüb hissi doğurdu.

AZADİNFORM. Azərbaycanın NATO yanındakı daimi nümayəndəsi, səfir Xəzər İbrahim Brüsseldə yerləşən Amerika klubunun dəvəti ilə klubun üzvləri üçün “Azərbaycan: Qərblə Şərqin Arasında Körpü” mövzusunda təqdimat verib. Bu barədə məlumatı “Azadinform”a NATO yanındakı nümayəndəliyimizdən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Qüdrət Həsənquliyev Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarına toxunub.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Fuad Muradov və Ceyhun Osmanlı Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola düşürlər. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.

AZADİNFORM. Bu gün YAP-ın Qəbələ rayon təşkilatının VIII konfransı keçirilib. Partiyadan “Azadinform”a verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Konfransda YAP Qəbələ rayon təşkilatının sədri Qüdrət Səmədov hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın hesabat dövrü ərzində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən bəhs edib.


AZADİNFORM. Azərbaycanlıların 31 mart soyqırımı İsveçdə və Rusiyada geniş tədbirlərlə qeyd edilib. Tədbirlərdə millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı iştirak edib.


Mübariz Aslanov/AZADİNFORM. TÜRKPA baş katibi Ramil Həsənov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu’’nun (ASAIF) 6-7 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək növbəti forumunda iştirak edəcək. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər. 


Mübariz Aslanov/AZADİNFORM. Bu gün TÜRKPA baş katibi Ramil Həsənov Avronest Parlament Assambleyasının II sessiyasında iştirak etmək üçün Bakıda olan Avropa Parlamenti Parlament Demokratiyasının İnkişafı Ofisinin (OPPD) direktoru Dik Toornstra ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Avronest PA-nın Bakıda keçirilən ikinci sessiyası bu gün işini başa çatdırıb. “Azadinform” xəbər verir ki, sessiyanın yekunları ilə bağlı qurumun həmsədrləri bu gün Milli Məclisdə mətbuat konfransı keçiriblər.

Mübariz Aslanov/AZADİNFORM. Avronest PA-nın növbəti III sessiyası 2013-cü ilin 28-29 may tarixlərində Brüsseldə keçiriləcək. “Azadinform” xəbər verir ki, bu barədə qərar qurumun bu gün Bakıda keçirilən II sessiyasında qəbul olunub. Eyni zamanda qərara alınıb ki, Avronestin daimi komitələrinin iclasları 2013-cü ilin plenar sessiyasından əvvəl keçirilsin.

Mübariz Aslanov/AZADİNFORM. “Ermənistan nümayəndə heyətinin Avronest PA-nın Bakıda keçirilən iclaslarında tam heyətdə iştirakını alqışlayıram və bu bizim üçün böyük işdir”. “Azadinform” xəbər verir ki, bunları qurumun Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib.

Mübariz Aslanov/AZADİNFORM. “Avronestin Bakıda keçirilən sessiyası çərçivəsində qəbul olunan “Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrində müstəqil və azad KİV məsələləri də daxil olmaqla, demokratiyanın gələcək problemləri” adlı hesabat ideal olmasa da, yüksək başlanğıcdır”. “Azadinform” xəbər verir ki, bunları qurumun Bakıda keçirilən plenar iclasında Siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin hesabat üzrə həmməruzəçisi, Azərbaycandan olan deputat Əli Hüseynli bildirib.

Atif Eyvazov/AZADİNFORM. “ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın dəyişdirilməsindən söhbət gedə bilməz. Avropa Birliyi ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir”.

 
5 səhifə 60-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo