Mübariz Aslanov/AZADİNFORM. Bir neçə müddət bundan əvvəl ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının qeyri-obyektiv bəyanatı, mayın 12-də Avropa Parlamentinin insan haqları ilə bağlı Azərbaycan haqqında qərəzli qətnaməsi və s. artıq Qərbin Azərbaycana olan münasibətlərində şübhəli məqamları qabartmağa başlayıb.

AZADİNFORM. Prezident İlham Əliyev Balakən rayonuna yeni icra başçısı təyin edib. Sərəncama əsasən, İslam Vahid oğlu Rzayev Balakən rayonu İcra hakimiyyətinin başçısı təyin olunub.

Aytən İmanova/AZADİNFOPRM. Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. “Azadinform” xəbər verir ki, iclasda respublika üzrə seçicilərin daimi siyahısının tərtibi müzakirə olunub. 

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olub. “Azadinform” xəbər verir ki, prezident İlham Əliyev 2010-cu il noyabrın 9-da Azərbaycanda ilk dəfə qeyd edilən Dövlət Bayrağı Günü münasibətilə təşkil edilən mərasimdə Dövlət Bayrağı Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını vermişdi.

Aytən İmanova/AZADİNFORM. Azərbaycanda 4 mln. 873 min 642 nəfər seçici var. “Azadinform” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov ölkə üzrə vahid seçici siyahısının yenidən tərtib edilməsinin yekununa həsr olunmuş konfransda deyib.

Bayram Niftəliyev/AZADİNFORM. Prezident İlham Əliyev bu gün Avstriyanın OMV şirkəti İdarə Heyətinin sədri Gerhard Roissi qəbul edib.

AZADİNFORM. Moskvada Kreml Dövlət Sarayında Azərbaycan gecəsi çərçivəsində "Azərbaycan" kitabının təqdimatı, Azərbaycan xalçalarının sərgisi, eləcə də respublikanın incəsənət ustalarının konserti keçirilib. “Azadinform” xəbər verir ki, tədbir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə təşkil edilib. Rusiyanın birinci xanımı Svetlana Medvedeva mərasimdə iştirak edib.

Günel Əbilova/AZADİNFORM. Avropa Parlamentinin prezidenti Eji Buzekin Cənubi Qafqaza rəsmi səfəri başlayıb. Bu barədə məlumatı “Azadinform”a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən veriblər.

Atif Eyvazov/AZADİNFORM. Avropa İttifaqı dünyanın bütün ölkələrinə onların ərazilərindəki münaqişələrin həll edilməsinə kömək etməyə hazırdır.

Günel Əbilova/AZADİNFORM. “Şeyxin etirazı yerindədir, amma çox gecikib”. “Azadinform” xəbər verir ki, bu sözləri son zamanlar Borçalıda yaradılmış dini etiqad problemlərinə həsr olunmuş mətbuat konfransında Əməkdar incəsənət xadimi Eyvaz Borçalı deyib.

Atif Eyvazov/AZADİNFORM. “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində bir sıra problemlər mövcuddur və bunlardan biri Azərbaycanla azad ticarət zonaları ilə bağlı danışıqların başlanmamasıdır.

Mübariz Aslanov/AZADİNFORM. “ABŞ başda olmaqla Qərb dünyasının manevrləri son dövrlər Azərbaycan üçün yaradılan təhdidlərin riskini artırır. Bu riskin formalaşmasında İran mühüm rol oynayır”.

Elvin Xəzər/AZADİNFORM. Mayın 20-də İtaliyanın Boltzano şəhərində “Milli azlıqların qorunması: Boltzano tövsiyələri və ATƏT-in siyasəti” mövzusunda seminar keçiriləcək.

Elvin Xəzər/AZADİNFORM. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) nümayəndə heyəti Rumıniyanın hakim Demokrat Liberal Partiyası Gənclər Təşkilatının dəvəti ilə bu ölkədə səfərdədir.

Atif Eyvazov/AZADİNFORM. Yaxın gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayacaq. 

Aytən İmanova/AZADİNFORM. Bu gün “Şərq Tərəfdaşlığı” proqramı iki il sonra – nailiyyətlər və cağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib. “Azadinform” xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramlı tədbirin mahiyyəti və “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edib.

Həbibə/AZADİNFORM. “Son yeddi ildə Azərbaycanda ümumi daxili məhsul təxminən 3 dəfə artıb. Sənaye də təxminən 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 5 dəfə aşağı düşüb.

Həbibə/AZADİNFORM. “Turizm sektoruna çoxlu sərmayə qoyulur. Biz turistlərin cəlb edilməsi üçün coğrafiyamızdan və təbii şəraitimizdən istifadə etmək niyyətindəyik və artıq istifadə edirik”.

Elvin Xəzər/AZADİNFORM. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin Azərbaycana səfəri başlayıb.

Mübariz Aslanov/AZADİNFORM. “Mənə elə gəlir ki, beynəlxalq aləmdə Azərbaycanın əleyhinə işləyənlərin qarşısını almaq üçün ciddi addımlar atmağın vaxtıdır”. Bu barədə “Azadinform”a müsahibəsində “Ümid” partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.
İ.Ağazadə deyir ki, bu gün beynəlxalq miqyasda dövlətimizin əleyhinə işləyən kifayət qədər fakt var.

 
492 səhifə 505-dən (dan) << < 488 489 490 491 492 493 494 495 496 > >>
 Xəbər lenti
19.02.2017
18.02.2017
 Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo