Atif Eyvazov/AZADİNFORM. Son günlərdə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib, onlardan ümumilikdə 213 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə məlumatı “Azadinform”a Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən veriblər.
|
Həbibə/AZADİNFORM. Avrozonada baş verənlər Avropanın vahid valyutası üçün müsbət gələcək vəd etmir.
|
Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan və İran arasında qədim tarixi mədəni əlaqələr mövcuddur, iki ölkə arasında qədim tarixi mahiyyətə malik olan münasibətlər var”. “Azadinform” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son Moskva toplantısında qurumun yaydığı bəyannamədə Dağlıq Qarabağ məsələsi ilə bağlı Helsinki yekun aktının məlum üç prinsipi olduğu kimi göstərilir. Bu da onu göstərir ki, qurumu himayə edən Rusiya münaqişənin həllində ciddi maraqlıdır”.
|
Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycanda “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun mətbuat azadlığına tam təminat verir. Eyni zamanda bu gün Azərbaycanda mətbuat ƏDV-dən azad olunub, mətbuat üçün ölkəyə gətirilən kağıza gömrük rüsumu tətbiq olunmur, nəşriyyatın dövlətə olan 450 min manatlıq borcu silinib, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün bina tikilir və sair”.
|
AZADİNFORM. Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Mərkəzi Seçki Komissiyasına rəsmən müraciət edərək deputat mandatından imtina etdiyini bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Gürcüstanın Batumi şəhərində ATƏT PA-nın tədbiri çərçivəsində Belarus nümayəndə heyətinin rəhbəri Antonina Morova ilə görüşüb. Bu barədə məlumatı “Azadinform”a parlamentdən veriblər.
|
Atif Eyvazov/AZADİNFORM. “Son vaxtlar İran İslam Respublikasının media məkanında siyasi əxlaq və milli-mənəvi dəyərlərə uyuşmayan, dövlətlərimiz arasında dost-qonşuluq münasibətlərinə kölgə salan təbliğat və təşviqat ünsürlərinə rast gəlinir.
|
Həbibə/AZADİNFORM. Bakı şəhəri və Abşeron yarımadasında 54 kənd və qəsəbə var ki, bu gün onların 40-a qədərində içməli su təchizatı sistemi ya yoxdur, ya da qismən mövcuddur. “Azadinform” xəbər verir ki, bunu yap.org.az saytına müsahibəsində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
|
A.EYVAZOV/AZADİNFORM. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci ildə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. “Azadinform”um məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib ki, iyunun 2-də Bakı şəhəri üzrə 11-ci sinif , iyunun 3-də 9-cu sinif şagirdləri imtahan verəcəklər.
|
Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan hökumətinin neft və təbii resurslar hesabına idman infrastrukturuna yatırdığı 1 milyarda yaxın vəsaitin nəticəsi olaraq Bakı 2020 Yay Olimpiya oyunları mübarizəsində gözlənilməz dönüşlərə baxmayaraq, öz mövqeyini gücləndirir”. Gənclər və İdman Nazirliyindən “Azadinform”a verilən məlumata görə, bunları nazir Azad Rəhimov Yunanıstana səfəri zamanı xarici mətbuata müsahibəsində bildirib.
|
AZADİNFORM. Mayın 10-da “Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqini “BBB” investisiya səviyyəsində bir daha təsdiqləyib.
|
AZADİNFORM. Müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda hansısa dəyişiklik olmayacaq. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib.
|
Nüfuzlu “Business-year” jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın müsahibəsi dərc olunmuşdur. AzərTAc həmin müsahibəni təqdim edir.
|
Mübariz Aslanov/AZADİNFORM. Son günlər Zaqatalada baş verən zəlzələ ilə bağlı yaradılan Komissiya həmin bölgədə öz işini görür və zərər çəkmiş əhali çadırlar, ərzaq və geyim vasitələri ilə tamamilə təmin olunub. “Azadinform” xəbər verir ki, bu məlumatı jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov verib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Son zamanlar istirahət günləri mitinq keçirmək istəyənlərə üzümü tutub demək istəyirəm ki, bununla nə əldə etmək istəyirlər?!” “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “İnanmıram ki, Ermənistanda keçirilən parlament seçkilərinin Dağlıq Qarabağ münaqişəsinə hansısa bir təsiri olsun. Bu seçkilərin Dağlıq Qarabağ probleminə heç bir təsiri ola bilməz”. “Azadinform” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
|
AZADİNFORM Rusiya Dövlət Dumasının növbədənkənar plenar iclasında Dmitri Medvedyevin baş nazir postuna namizədliyi təsdiq edilib. 299 deputat onu lehinə, 144 əleyhinə səs verib.
|
AZADİNFORM. Azərbaycanda daha böyük nominalda əsginasların buraxılması gözlənilir. “Azadinform” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Bu yaxınlarda Cenevrədə dünyanın bəzi QHT-ləri, mətbuat orqanları yığışıb ciddi cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışıblar ki, Azərbaycanda “Eurovision” keçirilməsin. Onlar iki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərə vurmağa çalışırlar”. “Azadinform” xəbər verir ki, bunları Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
|
|
|