C.Əsgərov/AZADİNFORM. "ABŞ-da qarşıdan gələn prezident seçkilərinin təbliğat və təşviqat kampaniyası tarixdə ən çirkini ola bilər". Hər prezident seçkisi öncəsi səsləndirilən bu fikir yenidən gündəmə gəlib.
|
C.Əsgərov/AZADİNFORM. İxtisasca həkim olan Qurbanqulu Berdıməhəmmədov birinci prezidentlik müddətində vətəndaşların “etibar”ını elə qazandı ki, bu dəfə 97% səs toplayaraq yenidən Türkmənistanın prezidenti seçildi. Əslində, Orta Asiya respublikalarında bu cür hallar hər seçkidə baş verir. Sadəcə, heç bir təbii sərvəti olmayan Tacikistan kimi ölkədə İmaməli Rahmonun hər seçkilərdə az qala 100% səs toplaması heç kimə maraqlı deyil.
|
C.Əsgərov/AZADİNFORM. "Ərəb baharı" Tunis prezidenti Ben Alinin devrilməsindən başlasa da, bunu qansız və qısa zamanda baş verməsi inqilablar dalğasının bugünkü simasını məhz Hüsnü Mübarəkin devrilməsi formalaşdırdı. Bu günlərdə bütün dünya, ələlxüsus da misirlilər Mübarəkin “taxt”dan salınmasının bir ilini qeyd edir.
|
C.Əsgərov/AZADİNFORM. Rusiyada prezident seçkiləri yaxınlaşdıqca, parlament seçkilərindən sonra yaranan etiraz dalğası güclənir. Kənardan bu etiraz dalğası kütləvi və idarə olunan görsənsə də, reallıq bir qədər fərqlidir. Əsasən intellektual və orta təbəqənin qatıldığı bu etirazın başında duran yoxdur.
|
C.Əsgərov/AZADİNFORM. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında əsəb gərginliyi pik nöqtəsinə yaxınlaşır. Hazırda TŞ-də masanın üzərində iki qətnamə var ki, onlardan birini ABŞ və Ərəb Dövlətləri Liqası başda olmaqla Qərb təqdim edib. Bu qətnamə Bəşər Əsəd rejiminin hakimiyyətdən getməsini tələb edir. İkinci qətnamə isə Rusiya, Çin və Hindistan tərəfindən dəstəklənir. Bu qətnamə isə Suriyada zorakılığın dayandırılmasını və vəziyyətin dialoq vasitəsi ilə həllini tələb edir.
|
C.Əsgərov/AZADİNFORM. ABŞ prezidenti Barak Obama prezidentlik müddətinin sonuna yaxın sələfi Corc Buşun dostu Mixail Saakaşvili ilə göruşdü. Bu, balaca Gürcüstan üçün böyük bir jest oldu. Obama hakimiyyətə gələndən və Rusiya ilə münasibətlərdə "yenidənyükləmə"yə başlayandan sonra bu prosesdə rəsmi Tiflisin, xüsusilə Saakaşvilinin arada əriyib gedəcəyi söylənilirdi. Çünki Buşdan fərqli olaraq Obamanın Rusiya ilə açıq konfrontasiyaya getməyəcəyi əvvəlcədən məlum idi. Hətta rəsmi Tiflis açıq bəyanatlar verməklə Obamaya əvvəlki administrasiyanın himayəçiliyini xatırladırdı.
|
C.Əsgərov/AZADİNFORM. Bu həftə Avropa Birliyi İrana qarşı iflicedici sanksiyalar tətbiq etdi. Avropa İran neftinin Çindən sonra ikinci ən böyük alıcısıdır. Bundan istifadə edən Avropa rəsmi Tehrana nüvə proqramından imtina etməsi üçün təzyiq edir. Onsuz da 2011-in sonunda Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalar artıq İslam dövlətinə təsir göstərib.
|
C.Əsgərov/AZADİNFORM. 2014-cü ildə Soçidə keçiriləcək qış olimpiya oyunlarına gedən hazırlıq demək olar ki, bütünlüklə gözümüzün qabağında aparılıb. Artıq neçənci dəfədir ki, Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü məhz Soçidə keçirilir. Bəs budəfəki görüşdən nə isə gözləməyə dəyərmi?
|
C.Əsgərov/AZADİNFORM. Ermənistan Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirak etməyə nəhayət ki, razılıq verdi. Əvvəlcədən də məlum idi ki, ermənilər Azərbaycana gələcək, sadəcə olaraq, onlar növbəti dəfə şou göstərərək yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etmək istədilər. Lakin bu, baş tutmadı.
|
C.Əsgərov/AZADİNFORM. İrəvandan İrana gedən yolda menyusunda halal yeməkləri olan və üzərində adı farsca yazılmış bir restoran açılıb. İrəvanın özündə isə İran lavaşı bişirən çörək sexləri, balaca-balaca və şərq üslubunda bəzədilmiş otellər işləyir. Ramazan, Qurban və Novruz bayramları zamanı isə İrəvən küçələrində İran dövlət nömrəli avtomobillər şütüyür.
|
C.Əsgərov/AZADİNFORM. Bir çox prezidentin şəkillərini yandırıblar, cırıblar və hətta onlara tüpürüblər. Corc Buşa hətta ayaqqabı da atıblar. Səddam Hüseynin tapşırığı ilə böyük Buşun şəkli Bağdad otellərindən birinin foyesinin döşəməsinə çəkilmişdi ki, gəlib-gedən onun sifətini ayaqlasın. Lakin heç bir prezidentin adi tualet kağızına, uşaq bezinə və zibil torbalarına verilməmişdi. Sarkozi ilk oldu.
|
C.Əsgərov/AZADİNFORM. Azərbaycan gözlədi-gözlədi, gözlədi-gözlədi, gördü alınmadı. Avropa ağız dolusu "Nabucco"dan danışsa da, ortalıqda illərdir ki, danışıqdan başqa heç nə yox idi. Azərbaycan isə məcburən "Şahdəniz" layihəsinin ikinci fazasını gecikdirirdi. Bu isə milyardlarla ölçülən gəlirin gecikdirilməsi deməkdir.
|
C.Əsgərov/AZADİNFORM. İsrailin “Maariv” qəzeti yazır ki, rəsmi Kreml Suriya prezidenti Bəşir Əl Əsədə və onun ailəsinə sığınacaq və təhlükəsizlik təminatı verib. Qəzetə görə, bir neçə gün öncə Suriyanın vitse-prezidenti Faruk aş-Şaraa Moskvaya gizli səfər edib. Səfər zamanı Əsədə sığınacağın verilməsi və Şaraanın hakimiyyətə gəlməsi müzakirə olunub.
|
C.Əsgərov/AZADİNFORM. Əminliklə demək olar ki, İran üçün geriyəsayma başladı. Sələfindən fərqli olaraq daha az danışan ABŞ-ın müdafiə naziri Leon Panetta CBS kanalına müsahibəsində "ABŞ İranda nüvə silahının hazırlanmasının qarşısını almaq üçün əlindən gələni edəcək" deyib.
|
C.Əsgərov/AZADİNFORM. Şimali Koreyanın əbədi və dönməz lideri Kim Çen İr artıq yoxdur. Dünyanın Şimali Koreya problem hələ də qalmaqdadır. Düzdür, Şimali Koreya xalqı liderinin vaxtsız dünyasını dəyişdiyini desə də, İr tam vaxtında ölüb. Çünki ağır sosial-iqtisadi şəraitdə yaşayan ölkənin rəhbərliyi vətəndaşlarına 2012-ci ilə kimi firavan həyat söz vermişdi. Odur ki, firavanlığa çatmayan koreyalılara “İr ölüb siz nə haydasız” cavabı veriləcək.
|
C.Əsgərov/AZADİNFORM. Rusiyada dekabrın 4-də keçirilən parlament seçkiləri və bu seçkilərdən sonra yaranan vəziyyəti analiz etməyin əsl vaxtıdır. Maraqlıdır ki, hakim “Vahid Rusiya” partiyasının topladığı səs bütün sosioloji sorğulara və proqnozlara baxmayaraq 50 faizi keçməyib.
|
C.Əsgərov/AZADİNFORM. Vilnüsdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısı başa çatıb. İclasın yekunlarına əsasən təşkilatda sədrlik edən Litvanın adından sənəd yayılıb.
|
Həbibə/AZADİNFORM. 2012-ci ildə Şərqi Asiyada iqtisadi artım orta səviyyədə olacaq. Asiya İnkişaf Bankının Bakı nümayəndəliyindən “Azadinform”a verilən məlumata görə, Avropadakı suveren borc problemləri və ABŞ-dakı zəif iqtisadi artım qlobal iqtisadi geriləmə təhlükəsi yaradıb.
|
C.Əsgərov/AZADİNFORM. 2003-cü il noyabrın 2-də Gürcüstanda keçirilən prezident seçkilərindən dərhal sonra başlayan “Qızılgül inqilabı”nın ildönümü məhz noyabrın 23-də qeyd edilir. Düz 8 il əvvəl noyabrın 22-də inqilabçılar parlamentin binasını zəbt etdi və səhərisi günü Eduard Şevardnadze Gürcüstanı tərk etdi. Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinin nəticələrini ləğv etməsi və yanvarın 4-nə yeni seçkiləri təyin etməsi “Qızılgül inqilabı”nın qələbə qazanması demək idi. Kasıb, parçalanmış, torpaqları işğal altında qalan və hələ də Rusiyanın sözü ilə oturub duran Gürcüstanın xalqı dəyişiklik istəyirdi.
|
C.Əsgərov/AZADİNFORM. ABŞ-ın İraqa guya kütləvi qırğın silahını məhv etmək üçün girməsindən və “Ərəb baharı”ndan sonra el arasında yeni bir lətifə yaranıb: «ABŞ yeni qaz və neft yataqları aşkarlayıb.
|
|
|