C.Əsgərov/AZADİNFORM. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar barədə danışmaq çox asandır. Çünki bu danışıqlar uzun illərdir davam edir və Ermənistanın «səyi» nəticəsində heç bir nəticə yoxdur. Əksinə, rəsmi Bakının hövsələsi bitmək üzrədir. Prezident İlham Əliyevdən başlayaraq onun Administrasiyasının rəsmilərinə kimi hamı danışıqların danışıqlar xatirinə davam etdirilməyəcəyini bəyan edib. Yəni İrəvan konstruktivlik nümayiş etdirməsə, rəsmi Bakı danışıqları davam etdirməyəcək.
|
Mübariz Aslanov/AZADİNFORM. “Rusiya baş naziri Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsi Partiyasını təsis etməklə gələcək parlament seçkilərində tərəfdarlarının sayını artırmağı planlaşdırır.
|
C.Əsgərov/AZADİNFORM. Qafqaz ölkələrinə aid olan məsələləri dərindən təhlil etmək tez-tez lazım olur, lakin region haqqında bütövlükdə söhbət nadir hallarda gedir. Qafqazın Avropa və Asiya arasında yerləşməsi, başqa sözlə, regionun bu strateji mövqeyinin sayəsində o, bir sıra məsələlərdə əhəmiyyətli rola malikdir. Təkcə Azərbaycan və Gürcüstan ərazisi birlikdə Xəzər dənizindən Qara dənizə kimi uzanır. Digər tərəfdən, Azərbaycan və Gürcüstan iki transkontinental ölkədir, çünki onların şimal əraziləri Avropada, cənub əraziləri isə Asiyadadır. Məhz Qafqazın strateji coğrafiyası bir sıra ölkələri və qüvvələri regiondakı siyasi vəziyyətə təsir etməyə, regiondaxili münasibətləri idarə etməyə sövq edir. Regionda siyasətin və ittifaqların müəyyənləşdirilməsində birbaşa iştirak etməyə can atan ölkələrin sayı çoxdur. Lakin onları əsasən dörd bloka bölmək olar: ABŞ, Avropa Birliyi, Türkiyə və Rusiya.
|
Mübariz Aslanov/AZADİNFORM. “Bütün təkidlərə və tələblərə baxmayaraq, İranın Ermənistanla əməkdaşlığı artan templə davam edir. Çünki Tehranın İrəvanla isti münasibətlərinin səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır”. Bu barədə “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
|
AZADİNFORM. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama mayın 27-28-də Polşaya səfər edəcək və bu səfər zamanı ABŞ hərbi hava qüvvələrinin F-16 qırıcılarının İtaliyadan bu ölkəyə köçürülməsini elan edəcək. “Azadinform”un məlumatına görə, bu haqda bu gün durmadan Polşa mətbuatı yazır.
|
C.Əsgərov/AZADİNFORM. Dünyanın bir nömrəli terrorçusu Üsəma bin Ladenin ölümündən 1 həftə keçməsinə baxmayaraq, indiyə kimi bir çox suala olduğu kimi cavab tapılmayıb:
|
AZADİNFORM. “Nabukko” qaz kəmərinin tikintisi növbəti dəfə təxirə salındı. Bu dəfə qaz kəmərinin tikintisi 2013-cü ilə təyin olunub. “Nabucco Gas Pipeline International”ın icraçı direktoru Reynhard Mitçek bu «xoş» xəbəri açıqlayarkən bildirib ki, Mərkəzi Asiya və Yaxın Şərqdəki hasilatın müddətini nəzərə alaraq “Nabukko” konsorsiumu layihənin həyata keçirilmə tarixini dəyişdirib. Qaz kəmərinin tikintisi 2013-cü ildə gözlənilir, həmin boru ilə tədarük isə 2017-ci ildə start götürəcək.
|
Atif Eyavazov/AZADİNFORM. Üsəma bin Ladenin öldürülməsi Amerikanın başı üzərindən “qara buludları” apardımı, yaxud onun zərərsizləşdirilməsi Birləşmiş Ştatları potensial təhlükədən sığortaladımı? “Azadinform” bu sualla politoloqlara müraciət edib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini Elman Nəsirli:
|
Mübariz Aslanov/AZADİNFORM. “ABŞ-ın Cənubi Qafqazdakı hadisələrə, xüsusilə Qarabağ məsələsinə yanaşmasını vaxtilə Qərbi Balkanlardakı hadisələrə olan yanaşması ilə heç vaxt qarışdırmaq olmaz. Vaşinqtonun heç vaxt Qərbi Balkan ölkələrində strateji marağı olmayıb”. Bu barədə “Azadinform” müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “ABŞ-Azərbaycan münasibətlərində Pentaqon daim Azərbaycanla əməkdaşlıqda maraqlı olub. İndiyə qədər olan səfərlər, birgə layihələr, Azərbaycanın daim regionda ilk olaraq ABŞ-a hərbi dəstək verməsi və s. buna misaldır. Bu isə o deməkdir ki, hərbi əməkdaşlığın bundan belə də davam etdirmək üçün iki ölkə arasında böyük stimullar var”. Bunları “Azadinform”-a müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin indiyə qədər keçən görüşləri heç bir ümidlər oyatmasa da, yay aylarında gözlənilən görüş Qarabağla bağlı kifayət qədər ümidlər verir.” Bu barədə “Azadinform”a müsahibəsində politoloq Rüstəm Məmmədov bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Bu gün ABŞ-ın başı Yaxın Şərqə, ərəb ölkələrinə qarışdığı üçün Cənubi Qafqaz, o cümlədən də Dağlıq Qarabağ və yaxud da Azərbaycanla nəzərdə tutulan təlimlər onun üçün ikinci plana keçib”. Bu barədə “Azadinform”a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “ABŞ-Azərbaycan hərbi təlimlərinin gecikməsinə səbəb olan bir yox, bir neçə amil var”. Bunları “Azadinform”a müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
|
R.QARAXANLI/AZADİNFORM. İyunun 12-də Türkiyədə keçiriləcək növbəti parlament seçkiləri ölkə tarixindəki son illərin ən dramatik, həlledici və taleyüklü siyasi aksiyalarından biri olacaq. Bu seçkilərin əvvəlkilərdən başlıca fərqi ondan ibarətdir ki, parlamentdə çoxluqda hansı partiyanın olacağı və müvafiq olaraq hökuməti təşkil edəcəyi ilə deyil, sistemlərin mübarizəsi ilə yadda qalacaq.
|
Mübariz Aslanov/AZADİNFORM. “Çox təəssüf ki, hazırkı şəraitdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəinki pozitiv hal müşahidə olunmur, hətta demək olar ki, vəziyyət danışıqların dayanmasını xatırladır”.
|
Mübariz Aslanov/AZADİNFORM. “BMT kimi təşkilatların Dağlıq Qarabağla bağlı qətnamələrinin reallaşmamasının günahını təmin təşkilatda yox, artıq onu yönəldən dövlətlərdə axtarmaq vaxtı gəlib çatıb”.
|
Mübariz Aslanov/AZADİNFORM. “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) çıxışında sərt üslubunu əvvəlcədən planlaşdırıb”.
|
Mübariz Aslanov/AZADİNFORM. “Əgər həqiqətən İctimai Palatanın aprelin 17-də təşkil etmək istədiyi mitinqdə ölkədəki bir qrup dini təşkilatlarla birləşmək və dini faktordan istifadə etmək amili varsa, bu, qətiyyən xoşagələn deyil”. Bu barədə AZADİNFORM-a müsahibəsində politoloq Qabil Hüseynli bildirib.
|
Mübariz Aslanov/AZADİNFORM. “Bu gün Cənubi Qafqazdakı geosiyasətdə aktiv formada Rusiya- Ermənistan-İran üçbucağı mövcuddur”. Bunu AZADİNFORM-a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib.
|
Son iki ildə ABŞ özünün Cənubi Qafqazda nüfuzunu bir növ ixtisara salıb.
|
|
|