İnzibati orqanların vətəndaşlara fərqli yanaşması eyni ərazidə yaşayanların bir hissəsini evsiz qoyur

 

Mübariz Aslanov/AZADİNFORM. ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi (Environmental Performance İndex) hazırlanıb. 132 ölkə arasında 2 istiqamət üzrə qiymətləndirmə aparılıb: ölkənin ekoloji vəziyyəti və ətraf mühitin mühafizəsi ilə bağlı son 10 ildəki fəaliyyətin nəticələri. Mövcud ekoloji vəziyyətə görə Azərbaycan 111-ci, ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətə görə isə 2-ci yerdədir. Bu barədə məlumatı “Azadinform”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Həbibə/AZADİNFORM. Regionlarda daimi məşğulluğun təmin edilməsi əhalinin iş ardınca mərkəzə və xaricə axınının qarşısını ala və yoxsulluğun səviyyəsini aşağı sala bilər. Sovetlərin  dağılmasından sonra bir çox sahələrdə olduğu kimi, iqtisadiyyatın balıqçılıq sahəsində də ciddi tənəzzül olub və ölkənin xüsusən də cənub bölgəsi üçün ənənəvi məşğulluq sahəsi olan bu sahə sıradan çıxıb. Bu dövrdə balıq istehsalı kəskin surətdə azalıb: sənaye tullantıları, həddən artıq balıq tutulması və Mnemiopsis meduzalarının hücumu Xəzər dənizində balıqçılığa ağır zərbə vurub. Torpaqların özəlləşdirilməsi, torpaq istifadəsində məhdudiyyətlər, torpaqlara sahibolmada qeyri-müəyyənlik fermerlərin balıq istehsalından imtina etmələrinə səbəb olub.

Babalarımızın and yerinə çevirdiyi çörəyin bu aqibəti yaşamasının obyektiv səbəbləri də var


Atif Eyvazov/AZADİNFORM. Uşaqların fiziki-psixoloji, intellektual inkişafının təmin edilməsində, onların dünyagörüşünün formalaşmasında məktəbəqədər təhsilin mühüm rolu var.

 

 

Mübariz Aslanov/AZADİNFORM. Əvvəllər (hərdən elə indi də) onlar yalnız fala baxmaları və ictimai yerlərdə özlərinə məxsus klassik formada şou göstərmələri ilə diqqəti cəlb edirdilər. Hətta Sovet İttifaqı dövründə belə onlara Azərbaycanda bu fəaliyyətləri ilə rast gəlmək mümkün idi...
Qaraçılar və onların həyat tərzi ilə biz elə uşaq yaşlarında Süleyman Sani Axundovun “Qaraca qız” əsərində ətraflı tanış oluruq. Əsərdən də hiss olunurdu ki, sosial bərabərliyi təbliğ edən SSRİ vaxtında belə onlar daim ayrıca təbəqə kimi təqdim olunurdu. İnsanlar arasında fala baxmaq, əhliləşdirilmiş heyvanlarla (əsasən ayı və meymunla) kənd və qəsəbələrdə şoular göstərməklə onlar bizim təxəyyüldə daimi olaraq qaraçı deyilən bir təbəqəni yaradıblar. Lakin çox maraqlıdır ki, son illər qaraçılar ilə bağlı gördüklərimiz eşitdiklərimiz ilə üst-üstə düşmür.

 

Atif Eyvazov/AZADİNFORM. Azərbaycan təhsili və elminin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində son illər əməli tədbirlər həyata keçirilir.

18.01.2012
Kiçik ölüm

Batareyaların torpağa atılması sağalmaz xəstəliklərə səbəb olur

 

Həbibə/AZADİNFORM. Bakı şəhərində ekoloji mühitin qorunması sahəsində iki mühüm problem mövcuddur. Bunlardan birincisi neft-qaz hasilatı nəticəsində çirklənmiş torpaqlar, ikincisi isə şəhərin çoxmilyonlu əhalisinin atdığı məişət tullantılarıdır. Artıq bir neçə onillikdən bəridir ki, paytaxt üçün ən ağrılı nöqtələrə çevrilən bu problemlərin köklü həlli mümkün olmur. Hələ də paytaxtda məişət tullantılarının çeşidlənməsi məsələsi öz həllini tapmayıb. Bu isə son nəticədə bir çox fəsadlara səbəb olur. Məsələn, texnologiyanın inkişafı ilə əlaqədar gündəlik həyatımızda istifadəsi artan batareyaları digər tullantılarla birlikdə atmağımız bizə adi görünə bilər. Amma məsələ ondadır ki, etinasızlıqla “daş” adlandırdığımız bu xırda elementlər böyük zəhərləmə qabiliyyətinə malikdir.

 

Həbibə/AZADİNFORM. “Daşınmaz Əmlak” jurnalı konkret layihə əsasında Azərbaycanda şadlıq evinin tikintisinin qiymətini hesablayıb.

Ayxan/AZADİNFORM. Qış mövsümü başlayandan dəm qazından zəhərlənənlərin sayı hər gün artır. Aparılan maarifləndirmə, görülən tədbirlərə baxmayaraq, zəhərlənmə hallarının sayı azalmır. Bu il mətbuatda yayılan məlumatlara görə, ən çox zəhərlənmələr Sumqayıtda olub. Dəm qazından zəhərlənmələr daha çox gecə saatlarında olduğu üçün onların böyük bir hissəsi dünyasını dəyişir. Maraqlıdır, bu qədər təbliğat aparılmasına və tədbirlər görülməsinə baxmayaraq, dəm qazından zəhərlənmələr nə üçün azalmır?

Azərbaycanda yerli özünüidarə qurumlarının fəaliyyətinin effektivliyini ölçən konkret meyarlar yoxdur

Həbibə/AZADİNFORM. “Daşınmaz Əmlak” jurnalı tikinti materialları və əmək bazarındakı qiymətlər əsasında yeni tikililərin təmiri xərclərini hesablayıb. “Azadinform” jurnala istinadən xəbər verir ki, son bir il ərzində təmir xərcləri 2,8 faiz artıb.

Dövlət bu uşaqların gələcək taleyinə nəzarət mexanizmlərini özündə saxlamalıdır

 

Mübariz Aslanov/AZADİNFORM. İndi demək olar ki, hamı narkotikin necə ziyanı olduğu barədə bilir, hər gün bunu görür, eşidir və sair. Buna baxmayaraq, onun toruna düşənlərin sayı da çox sürətlə artır.

Nazir Quliyev: «Yerli icra orqanlarında fəaliyyət göstərən azyaşlılar komissiyalarının fəaliyyəti qənaətbəxş deyil»

 

İnternet dələduzlarının əməllərindən ziyan çəkənlərin sayı getdikcə artır

 

Mübariz Aslanov/AZADİNFORM. Bu, ancaq Azərbaycandadır ki, erkən yaşlarda, hətta ondan sonrakı dövrdə də siqaret çəkən kişilər arasında belə bir deyim var: “Atam çəkdiyimi bilməsə yaxşıdır”, “Özümdən böyük qardaşımın yanında hələ də siqaret çəkməmişəm”, “Evdə “papiros” çəkdiyimi bilsələr...” və sair.

Boykot, döyülmə, cinsi zorakılığa məruz qalma, romantik sevgi uşaq və yeniyetmələri intihara sürükləyə bilər

Ayxan/AZADİNFORM. Son vaxtlar Azərbaycanda da intihar hallarının sayı artmaqdadır. İntihar faktlarının dəqiq statistikası aparılmasa da, mətbuat orqanlarında az qala hər gün bir neçə nəfərin intihar etməsi barədə məlumatlar oxuyuruq.

Həbibə/AZADİNFORM. Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə iyun ayının 20-dən başlayan və 3 həftə müddətində davam edən monitorinqlərin nəticələri bəlli olub.

Bu sahənin inkişafı üçün subsidiya, güzəştli kredit verilməsinə və məhsulun minimum dəyərinin müəyyənləşdirilməsinə ehtiyac var

 

 
1 səhifə 3-dən (dan) 1 2 3 > >>
 Xəbər lenti
22.02.2012
 Arxiv
«Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo