Həbibə/AZADİNFORM. “Təkcə ipoteka kreditlərinin verilmə qaydalarının sadələşdirilməsi deyil, gənclərin mənzil təminatı ilə bağlı dövlət proqramının qəbuluna ehtiyac var”. “Azadinform”un məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
|
Rövşən Ağayev: “Bir neçə qurum ixtisar olunmalı, Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyətləri genişləndirilməlidir”
|
Ayxan Kazımlı/AZADİNFORM. Son vaxtlar respublikamızda bıçaqlanma hadisələrinin sayı artıb. Bir-biri ilə adi mübahisə zəminində də gənclər bıçağa əl atır. Bu isə ölüm və ya ciddi xəsarət almaqla nəticələnir. Nəticədə hər iki tərəf bunun əzabını yaşamalı olur.
|
AZADİNFORM. Dünyada qızıl bahalaşır. Artıq bir unsiyanın (31 qram) qiyməti 1500 ABŞ dollarına çatıb. Qızılın bahalaşması tələbatın artması ilə əlaqəlidir. Çünki «əbədi metal» sərmayəçilər tərəfindən etibarlı alternativ hesab edilir.
|
Həbibə Abdulla/AZADİNFORM. “Müəllimlərin və həkimlərin dövlət qulluqçusu statusu alması ilə bağlı təkliflər xeyli müddət idi ki, vətəndaş cəmiyyəti institutları tərəfindən səsləndirilirdi”. Bunu “Azadinform”a son günlər müzakirə olunan müəllim və həkimlərin dövlət qulluqçusu hesab edilməsi məsələsini şərh edərkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib.
|
Nailə İsmayılova/AZADİNFORM. Uşaq Hüquqları üzrə QHT Alyansı təhsillə bağlı hazırladığı alternativ hesabatı çapa göndərib. Hesabat nəşr ediləndən sonra Azərbaycanın müxtəlif dövlət qurumlarına və BMT-nin Uşaq Hüquqları Komitəsinə göndəriləcək. Bu barədə «Azadinform»a alyansın təhsil üzrə işçi qrupunun rəhbəri, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzinin sədri Ülviyyə Mikayılova məlumat verib. O bildirib ki, hesabatda təhsildəki problemlərə toxunulub və mütəxəssislərin tövsiyələri verilib.
|
Həbibə Abdulla/AZADİNFORM. “Kənd ərazilərinin landşaftı, klimatoloji, balneoloji, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən əvəzsiz vasitələrdir”. “Azadinform”un məlumatına görə, bunu Azərbaycanda kənd turizminin inkişaf səviyyəsi və perspektivləri mövzusunda danışarkən Turizm İnstitutunun turizm biznesinin və texnologiyasının təşkili kafedrasının müəllimi Qəhrəman Yusupov deyib.
|
Həbibə Abdulla/AZADİNFORM. “Ölkədə, xüsusən də kənd yerlərində yaşayış evlərinin inventar dəyərinin olmaması onların vergiyə cəlb edilməsi imkanlarını məhdudlaşdırır. Nəticədə bələdiyyələr bu obyektlərdən əmlak vergisi toplaya bilmir. Ona görə hökumət təcili olaraq kütləvi qiymətləndirməyə başlamalıdır”.
|
Sadıq Murtuzayev: «Kənd təsərrüfatına yararlı torpaqlar təyinatı üzrə istifadə olunmalıdır»
|
Nailə İsmayılova/AZADİNFORM. «Axilles dabanı». Dünya iqtisadiyyatının maliyyə sektorunun hazırkı durumu bu kəlmə ilə ifadə edilir. Beynəlxalq Valyuta Fondunun hesabatında qeyd edilir ki, dünya maliyyə sistemi qeyri-stabil dövrünü yaşayır və bu da ümumilikdə iqtisadiyyatın bərpa olunmasına maneçilik yaradır.
|
Həbibə Abdulla/AZADİNFORM. Bu gün “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının təşkilatçılığı ilə “Azərbaycanda bələdiyyələr: çətinliklər və inkişaf imkanları” mövzusunda konfrans keçirilib. “Azadinform” xəbər verir ki, konfransda dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.
|
Həbibə Abdulla/AZADİNFORM. 2011-ci ilin birinci rübündə inflyasiya 1,1 faiz artıb. AZADİNFORM bildirir ki, Beynəlxalq Valyuta Fondu (BVF) da cari ildə Azərbaycanda inflyasiya səviyyəsi üzrə proqnozunu pisləşdirib. Belə ki, 2010-cu ilin oktyabrında fond Azərbaycanda inflyasiyanı 5 faiz proqnozlaşdırırdısa, aprel icmalında inflyasiya üzrə proqnoz 10,3 faiz təşkil edib.
|
Nailə İsmayılova/Azadinform. Bu günə qədər ucuz işçi qüvvəsi sayəsində dünyaya ucuz mal ixrac edən Çində vəziyyət dəyişir. Çin malının dəyəri artır. Türkiyənin «Milliyyət» qəzeti yazır ki, dünyadakı bahalaşma ilə əlaqədar bu ölkədə işçi qüvvəsinin, parçadan elektrikə qədər hər şeyin qiyməti artıb.
|
Bakı sakinlərinin əksəriyyəti müxalifətin keçirdiyi mitinqlərin əleyhinədir.
|
İçməli su ekologiyanın ən başlıca komponentlərindən biridir. İçməli su ilahi varlığın insanlara verdiyi ən qiymətli nemətdir. Bu isə təbii ki, tükənmək üzrədir. Bunun qarşısını almaq üçün ilk növbədə şirin yeraltı sulardan içmək və məişətdə işlətmək üçün istifadə olunmalıdır. İnsanlar əsrlər böyü bizə gəlib çatmış bu neməti dəyərləndirməli və gələcək nəsillər üçün qoruyub saxlamalıdılar. Bu gün təbii nemətlərin qorunması və balanslaşdırılmış istifadəsi üçün güclü ictimai nəzarətə ehtiyac duyulur. Lakin respublikada istismarda olan yeraltı suların 70-75% suvarma üçün istifadə edilir. Bundan başqa, təəssüf ki, Bakı şəhəri və qəsəbələrdə içməli su ilə avtomobil yuyulur. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.
|
Son illər planetimizi narahat edən problemlərdən biri də dünyada ekoloji gərginliyin artması, ekoloji tarazlığın pozulmasıdır. Qlobal problemə çevrilən mövcud durum dünyanın düşünən beyinlərini olduqca diqqətli və həssas olmağa çağırır. Müharibələrin mənfi təsiri, sənaye, nəqliyyat tullantıları və digər bu kimi zəhərli kimyəvi maddələrin atmosferi çirkləndirməsi nəticəsində pozulmuş ekoloji tarazlıq indi bəşəriyyət qarşısında həlli çətin olan problemə çevrilib. Məhz bu səbəbdən də ötən ilin 7-18 dekabrında Danimarkanın paytaxtı Kopenhagen şəhərində 100-dən artıq ölkənin siyasi liderləri, o cümlədən 60-dan çox prezident və Baş nazirin iştirakı ilə keçirilən sammit mövzunun aktuallığından xəbər verirdi. Sammitin əsas məqsədi BMT tərəfindən 1997-ci ildə qəbul olunmuş Kiot protokolunu əvəz edən beynəlxalq razılaşmanı işləyib hazırlamaqdır. İştirakçı ölkələrin heç birinin atmosferə atılan karbon qazlarının miqdarının azaldılması ilə bağlı öz üzərinə öhdəlik götürməmələri ortaq məxrəcin formalaşmamasına səbəb oldu. Çətin də olsa Kopenhagen sammitində 5 ölkə öz aralarında temperaturun 2 dərəcə azaldılması haqqında razılığa gəldilər.
|
|
|