AZADİNFORM. Ötən gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha 2 oyun keçirilib. “Azadinform” xəəbər verir ki, fərqli saatlarda baş tutan oyunlar gərgin, maraqlı mübarizə şəraitində keçib. “Real” şaxtalı Moskvada qələbəyə daha yaxın olduğu halda, bunu son saniyələrdə əldən verib.

AZADİNFORM. Fevralın 22-də və 23-də, Gürcüstanın paytaxtı Tbilisidə UEFA tərəfindən təşkil olunmuş Financial Fair Play İT təqdimat keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Unibank Premyer Liqasının XXI turu çərçivəsində bu gün keçiriləcək «İnter» – «Sumqayıt» oyununu və sabah – fevralın 21-də keçiriləcək «Qəbələ» – «Xəzər Lənkəran» qarşılaşmasını stadionda izləyəcək.

AZADİNFORM. Fevralın 24-26-da İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Güləş Federasiyasından veriblər.

AZADİNFORM. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən güclü milli futbol çempionatlarının siyahısını açıqlayıb. “Azadinform” xəbər verir ki, yalnız Avropa ölkələrinin yer aldığı siyahıya İngiltərə başçılıq edir. Premyer-liqa 12619 xalla birincidir. Adalıları İspaniya və İtaliya izləyir.

AZADİNFORM. Nazim Süleymanov Azərbaycan milli komandasının fevralın 22-dən martın 1-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışında baş məşqçinin köməkçisi kimi iştirak edəcək.

AZADİNFORM. Fevralın 22-dən martın 1-ə qədər Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində fevralın 24-də Sinqapur, fevralın 27-də Hindistan, fevralın 29-da isə Fələstin yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb:

AZADİNFORM. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Buta Palace-da Azərbaycan Gənclər Gününə həsr olunmuş mərasim keçirilib.

AZADİNFORM. Bu gün Avroliqada 1/16 final mərhələsinin ilk oyunlarına yekun vurulub. “Azadinform” xəbər verir ki, Türkiyə təmsilçisi “Trabzonspor”un qitənin 2-ci dərəcəli klub turnirində öz evində azarkeşlərini sevindirə bilməyib. Belə ki, Trabzon təmsilçisi PSV ilə ev oyununun 11-ci dəqiqəsinədək buraxdığı 2 qolun şokundan ayıla bilməyib. Meydan sahiblərinin gücü hələ ilk hissədə hesab arasındakı fərqi azaltmağa çatıb və bu məğlubiyyətdən sonra Hollandiyadakı cavab oyununda mərhələ adlamaq çox çətin olacaq.

AZADİNFORM. 15-16 fevral 2012-ci il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb. Güləş Federasiyasından “Azadinform”a verilən məlumata görə, turnirdə iştirak edən həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımızın üzvləri ümumilikdə 4 qızıl və 7 bürünc medal əldə edib.

AZADİNFORM. Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir keçirilir. Turnirdə həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımız iştirak edir. Bu barədə məlumatı “Azadinform”a Güləş Federasiyasından veriblər.

AZADİNFORM. Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkət ölkəmizdə keçiriləcək FIFA U-17 Qadınlararası Dünya Çempionatını dəstəkləyən ilk Azərbaycan şirkəti olub. 14 fevral 2012-ci il tarixində Sürix şəhərində yerləşən FİFA qərargahında Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer sertifikatın təhvil verilməsi mərasimində iştirak edib.

AZADİNFORM. FİFA-nın Sürixdəki mənzil-qərargahında bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı ilə bağlı daha bir görüş keçirilib.

AZADİNFORM. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AZADİNFORM. “Simurq” PFK yarımmüdafiəçi İqor Tarasovu heyətinə qatıb. Bu barədə məlumatı “Azadinform”a klubdan veriblər. Klub 24 yaşlı futbolçu ilə mövsüm sonunadək müqavilə imzalayıb.


AZADİNFORM. Fevralın 18-də Mexikoda “Foro Polanso” arenasında Mexico City Guerreros və Baku Fires komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB) müntəzəm mövsümünün yekun 10-cu turunun qarşılaşması baş tutacaq. “Azadinform” xəbər verir ki, artıq komandaların heyətləri məlumdur:

 

AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Unibank Premyer Liqasının XX turu çərçivəsində bu gün keçiriləcək «Sumqayıt» – «Neftçi» oyununu izləyəcək.

AZADİNFORM. Bu gün İsveçrənin Sürix şəhərində FIFA U-17 qadınlararası dünya çempionatının FIFA Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.


AZADİNFORM. “Simurq” PFK hücumçu Anatoli Doroşla rəsmi müqavilə imzalayıb. Klubdan “Azadinform”a verilən məlumata görə,  Moldavalı futbolçu mövsümün sonunadək Zaqatala klubunun şərəfini qoruyacaq.

AZADİNFORM. Almaniyanın Hamburq şəhərində keçirilən peşəkar boks üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndəsi, IBF, TWBA, IBO – beynəlxalq, IBO-Inter-Continental versiyaları üzrə çempion Azad Əzizov öz döyüşünü Xocalı soyqırımının 20-ci ildönümünə həsr edib.

 
1 səhifə 27-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
22.02.2012
 Arxiv
«Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo