AZADİNFORM. Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin yeni seçkilərdən sonra ilk iclası keçirilib. “Azadinform” xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub: Rauf Əliyev AFFA-nın I vitse-prezidenti, Elşad Nəsirov isə vitse-prezidenti seçilib. AFFA-nın baş katibi Elxan Məmmədovla müqavilənin müddəti 4 il uzadılıb. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilib:

AZADİNFORM. Bu gün AFFA-da növbəti hesabat-seçki konfransı keçirilir. “Azadinform”  xəbər verir ki, assosiasiyanın inzibati binasında başlayan konfransda Rövnəq Abdullayevin daha 4 il müddətinə prezident seçilməsi gözlənilir.

AZADİNFORM. UEFA Region kubokunun ilkin və ikinci seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

AZADİNFORM. Bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı başlayır. Güləş Federasiyasından “Azadinform”a verilən məlumata görə, çempionatın proqramına əsasən, ilk gün 66 və 96 kq çəkidə sərbəst güləşçilər, 48 kq çəki dərəcəsində qadın güləşçilər mübarizə aparacaq.

AZADİNFORM. Aprelin 4-də, Helsinki şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Finlandiya yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

AZADİNFORM. Martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çimərlik futbolu üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Andre Villaş-Boaş istefaya göndərilib. “Azadinform” xəbər verir ki, istefaya səbəb komandanın qeyri-qənaətbəxş nəticələri olub.
Komandada baş məşqçi səlahiyyətlərini mövsümün sonunadək italiyalı Roberto Di Matteo yerinə yetirəcək. Di Matteo bunadək Villaş-Boaşın köməkçisi olub.

AZADİNFORM. Dünya futbolunun tanınmış simalarından biri, futbolçu karyerası ərzində Xorvatiyanın «Dinamo» (Zaqreb), İtaliyanın «İnter» və «Milan», həmçinin Fransanın «Monako» klubunda çıxış etmiş, Xorvatiya millisinin heyətində DÇ-98-in bürünc mükafatçısı olmuş Dario Şimiçin 2012-ci ildə Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə ölkəmizə səfəri başlayıb. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. Martın 5-dən 9-dək AFFA-nın Futbol Akademiyasında AFFA tərəfindən UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarının imtahanlarının birinci mərhələsi – praktikanın qiymətləndirməsi  keçiriləcək.

AZADİNFORM. Bu gün saat 17:30-da, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki «The Sevens» stadionunda Azərbaycan və Fələstin milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. AFFA-dan “Azadinform”a verilən məlumata görə, qarşılaşmanı Birləşmiş Ərəb Əmirliklərindən olan hakimlər idarə edəcək:

AZADİNFORM. Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında London Yay Olimpiya Oyunlarına seçilən hakimlərin I nəzəri-praktiki seminarı ilə bağlı toplantı təşkil edilib. “Azadinform” xəbər verir ki, Dünya Taekvondo Federasiyasının (WTF) baş katibi Jan Mari Ayer çıxışdan sonra, o ATF prezidenti Kəmaləddin Heydərovun WTF prezidenti doktor Çunq Vo Çonun təşəkkür diplomunu ATF-nin I vitse-prezidenti Füzuli Musayevə təqdim edib.

AZADİNFORM. Bu il sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda təşkil olunacaq FİFA U-17 qadınlararası dünya çempionatına dəstək olmaq məqsədilə dünya futbolunun tanınmış simalarından biri, xorvatiyalı veteran futbolçu Dario Şimiç martın 2-də Bakıya gələcək.

AZADİNFORM. Fevralın 27-də keçirilmiş Azərbaycan – Hindistan oyunundan sonra hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan Unibank Premyer Liqası klublarının baş məşqçiləri və mətbuat nümayəndələri Azərbaycan milli komandası ilə birgə şam yeməyində iştirak ediblər.

AZADİNFORM. Yıldırım Dəmirörən Türkiyə Futbol Federasiyasının (TFF) 41-ci prezidenti seçilib. “Azadinform” xəbər verir ki, bu gün TFF-nin növbədənkənar iclası olub.

AZADİNFORM. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində bu gün saat 17:30-da «The Sevens» stadionunda Azərbaycan və Hindistan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bəzi mətbu orqanlarda onunla bağlı yayılan dezinformasiyalarla əlaqədar affa.az saytına fikirlərini bildirib.

AZADİNFORM. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində Azərbaycan milli komandası bu gün Sinqapur yığması ilə yoldaşlıq oyunu keçirəcək.

AZADİNFORM. Azərbaycan taekvondoçuları Las Veqasda ABŞ-ın açıq çempionatında (“US Open”) uğurla iştirak ediblər. Bu barədə məlumatı “Azadinform”a Azərbaycan Taekvondo Federasiyasından veriblər.

AZADİNFORM. Bu gün Avroliqada 1/16 final mərhələsinin cavab oyunlarına yekun vurulub “azadinform” xəbər verir ki, Türkiyə təmsilçilərindən “Beşiktaş” Avroliqanın son finalçısı “Braqa”ya 2:0 hesabı ilə qalib gələndən sonra öz meydanında minimal hesabla məğlub olsa da 1/8 finala yüksəlib. Əvəzində “Trabzonspor” Çempionlar Liqasının ardınca bu turnirdə də çıxışını dayandırıb.

 

AZADİNFORM. Bu gün Şəmkir rayon Olimpiya İdman Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə rayon birinciliyi keçirilib və qaliblərə mükafatlar verilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, yarışın açılışında iştirak edən Azərbaycan Cudo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi böyük diqqət və qayğının uğurlu bəhrələrindən söz açaraq, 2012-ci ilin respublikamızda «İdman ili» elan olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı sərəncamın ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu vurğulayıb.

 
5 səhifə 32-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo