AZADİNFORM. Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş futbol üzrə beynəlxalq turnirin püşkatma mərasimi keçiriləcək. “Azadinform” xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” klubunun da qatılacağı yarış Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

AZADİNFORM. “Barselona”nın Argentinalı ulduzu Lionel Messi dünyaca məşhur “Time” dərgisinə qapaq olan ilk futbolçu oldu.  

AZADİNFORM. Yanvarın 28-29-da İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək.

AZADİNFORM. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirəcək.

AZADİNFORM. Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir.

AZADİNFORM. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 25 ilin ən yaxşı futbol hakimlərinin siyahısını açıqlayıb. “Azadinform” xəbər verir ki, siyahıya 191 xalla italiyalı Pyerluici Kollina başçılıq edir.

AZADİNFORM. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotunun adının müəyyənləşdirilməsi ilə bağlı müsabiqə elan olunub. AFFA-dan “Azadinform”a verilən məlumata görə, müsabiqəyə təkliflərini göndərənlər arasında “Parni iz Baku” Şən və Hazırcavablar Klubunun üzvü Bəhram Bağırzadə də var.

AZADİNFORM. Yanvarın 28-29-da Türkiyənin İstanbul şəhərində Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək.

AZADİNFORM. Azərbaycan və Andorra milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Dünyanın aparıcı araşdırma şirkətlərindən olan TNS Globalın apardığı rəy sorğusu Azərbaycan əhalisinin 95%-nin Bakı şəhərinin 2020 Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyini dəstəklədiyini aşkar edib. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın Marketinq-Məşvərət Komitəsinin iclası keçiriləcək.

AZADİNFORM. AFFA-nın prezidenti Rövnəq Abdullayev ilə FİFA-nın prezidenti Yozef Blatter arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib.

AZADİNFORM. Bu gündən yanvarın 25-dən Ukraynanın Zaporojye şəhərində Yevgeni Truxinin xatirəsinə həsr olunmuş Respublika turniri keçiriləcək. Güləş Federasiyasından “Azadinform”a verilən məlumata görə, yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın üzvləri turnirdə iştirak etmək üçün Ukraynaya yola düşüb.

AZADİNFORM. Bu gün Sankt-Peterburq şəhərində Rusiya Futbol İttifaqının 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. Futbol üzrə İngiltərə milli komandasının sabiq kapitanı Devid Bekhem ABŞ-ın “Los-Anceles Qalaksi” klubu ilə müqaviləsini uzadıb. “Azadinform” xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi daha 2 il MLS Liqasında oynayacaq.

AZADİNFORM. Fevralın 1-də və 3-də Antalya şəhərində 19 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. Bu gün İsmayıllı rayonunda Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun sədrliyi  ilə «Bölgələrdə cudo idman növünün hərtərəfli dəstəklənməsi və paralimpiya hərəkatının genişlənməsində birgə səylərin artırılması» mövzusunda geniş tərkibli seminar keçirilib. Bu barədə məlumatı “Azadinform”a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən veriblər.

AZADİNFORM. FİFA 2012-ci ildə milli komandaların ilk reytinq cədvəlini açıqlayıb.

AZADİNFORM. Yeniyetmə qızlardan ibarət yığma komandamız təqvim planına əsasən, beynəlxalq yarışlara daha yaxşı hazırlıq məqsədilə 22 yanvar – 02 fevral 2012-ci il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində birgə təlim-məşq toplanışında iştirak edəcək.

AZADİNFORM. Bu axşam İspaniyada “Santiaqo Bernabeu” stadionunda növbəti “El Klassiko” baş tutacaq. “Azadinform” xəbər verir ki, əzəli rəqiblər – “Real Madrid” və “Barselona” bu dəfə İspaniya kubokunun 1/4 final mərhələsində üz-üzə gələcək.

 
490 səhifə 513-dən (dan) << < 486 487 488 489 490 491 492 493 494 > >>
 Xəbər lenti
21.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo