AZADİNFORM. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə respublikamızın Özbəkistandakı səfirliyinin təşkilatçılığı ilə aprelin 27-də, Daşkənd şəhərində Özbəkistan və Azərbaycanın futbol veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. 


 

AZADİNFORM. Azərbaycan milli komandası mayın 29-da Doha şəhərində Qətər yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

28 may 2013-cü il tarixində keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşib. "Rekord.az" xəbər verir ki, Peşəkar Futbol Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən “Neftçi” klubu Azərbaycan Kubokunun final oyununda nominal ev sahibi olacaq.

Çempionlar Liqasının yarımfinalının ilk matçında "Bavariya"ya 0:4 hesablı məğlubiyyətə baxmayaraq, Tito Vilanova növbəti mövsümdə "Barselona"nın baş məşqçisi vəzifəsində qalacaq.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, Mançester Yunayted klubunun əfsanəvi hücumçusu Duayt York Bakcell və Mançester Yunayted arasındakı müqavilə çərçivəsində Bakıya səfər edəcək.

Avropa Liqasında ilk yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” tarixində ilk dəfə qitə miqyaslı turnirdə finala çıxmaq üçün “Benfika” ilə münasibətlərinə aydınlıq gətirib. 

Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Borussiya"ya 1:4 hesabı ilə məğlub olan "Real" klubunun baş məşqçisi oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Real”la görüşdə poker edən Robert Levandovski bombardirlər siyahısında ikinci yerə yüksəlib. "Rekord.az" xəbər verir ki, matçın 8, 50, 55 və 67-ci dəqiqələrində fərqlənən Polşa milli komandasının hücumçusu qollarının sayını 10-a çatdırıb.

Bu gün Çempionlar Liqasında ikinci Almaniya – İspaniya qarşıdurması odu. "Rekord.az" xəbər verir ki, ilk yarımfinalda “Bavariya” - “Barselona” dueli ardından, ikinci yarımfinalda "Borussiya" "Real"la qarşılaşdı. Matç "Borussiya"nın 4:1 hesablı qələbəsi ilə başa çatdı.

AZADİNFORM. Türkiyənin Konya şəhərində 23 ölkədən 290 idmançının iştirak etdiyi Beynəlxalq Rumi Uşaq İdman Oyunları başa çatıb.

AZADİNFORM. Beynəlxalq İdman Dırmanması Federasiyasının (İFS) Avropa Komissiyasının Prezidenti Volfgang Vebel Bakıya işgüzar səfərə gəlib.

ARDNŞ-in törəmə müəssisəsi olan “SOCAR Georgia”nın Tiflisdəki ofisində ARDNŞ və Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) arasında memorandum imzalanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, memorandumu ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstan MOK-un sədri Leri Xabelov imzalayıblar.

AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkə kubokunun 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununu izləyəcək.


AZADİNFORM. Almaniyada "Heydər Əliyev kuboku-2013” beynəlxalq mini futbol turniri çərçivəsində ölkə üzrə milli seçim turlarına yekun vurulub. 

Bu gün Çempionlar Liqasında (ÇL) ilk yarımfinal oyunu keçirilib.

23 aprel

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 4:0 

Qol: Müller, 25; 82, Qomes, 49, Robben, 73

AZADİNFORM. Aprelin 28-dən mayın 7-ə qədər Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. 

AZADİNFORM. Mayın 1-də, Bayıl stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş veteran futbolçular arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək. “Azadinform” xəbər verir ki, qarşılaşma saat 20:00-da başlayacaq. 

İngiltərənin futzal üzrə çempionatında çıxış edən "Odlar Yurdu" Təşkilatının "Baku United" adlı futzal klubu yerli futzal ictimaiyyətini təəcübləndirməkdə davam edir. 

AZADİNFORM. Moldovanın Kişinyov şəhərində 16-21 yaşlılar arasında keçirilən  Avropa çempionatında taekvondoçumuz Fəridə Əzizova  qızıl medal qazanıb. “Azadinform” xəbər verir ki, Fəridə birinci döyüşdə rəqibi olan Reacq Kim (HOL) 07-03 hesabı ilə yenərək ¼ finala yüksəlib. 

AZADİNFORM. Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə “Sumqayıt şəhər açıq çempionatı” keçiriləcək.

 
481 səhifə 549-dən (dan) << < 477 478 479 480 481 482 483 484 485 > >>
 Xəbər lenti
16.01.2019
 Arxiv
Yan.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo