Leyla Məhərrəmova/AZADİNFORM. Taekvondo üzrə Azərbaycan millisi İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında daha bir bürünc medal qazanıb. 

Adəm Abbaslı/AZADİNFORM. İndoneziyanın Palembanq şəhərində təşkil edilən 3-cü İslam Həmrəyliyi Oyunlarına qatılan taekvondo üzrə milli komandamızın üzvləri Günay Ağakişiyeva (-57 kg) gümüş, Mikayıl Əliyev (-54 kg) və Türkanə Tahirli (-46 kg) isə bürünc medal qazanıblar.

FİFA Ukrayna milli komandasını sərt şəkildə cəzalandırıb. Fanat.az xəbər verir ki, buna səbəb DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən San Marino ilə maçtda azarkeşlərin irqçi şüarlar səsləndirməsi olub.

Samir Soltanov/AZADİNFORM. İndoneziyanın Palembanq şəhərində 3-cü İslam Həmrəylik Oyunları çərçivəsində Palembanqın Aryaduta mehmanxanasında Bakı-2017 Təşkilat komitəsi tərəfindən 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olunmuş Azərbaycan günü təşkil edilib. 

Leyla Məhərrəmova/AZADİNFORM. Gənclərdən ibarət seçmə komandamız Avropa birinciliyin ilk günü uğurlu çıxış edib. 

Samir Soltanov/AZADİNFORM. Bolqarıstanın Albena şəhərində boks üzrə gənc və yeniyetmə qızlar arasında dünya birinciliyi keçirilir. 

Türkiyə mətbuatı “Qalatasaray”a yeni baş məşqçi "tapıb". ANS PRESS-in məlumatına görə, “Cim-Bom” rəhbərliyi “Mançester Siti”nin sabiq çalışdırıcısı Roberto Mançini ilə anlaşa bilər. 

Samir Soltanov/AZADİNFORM. 3-cü İslam Həmrəyliyi Oyunlarının ağırlıqqaldırma yarışlarında - idmançımız Silviya Angelova (48 kq) birdən qaldırmada 73, təkanla 90 kq çəkini qaldıraraq, ümumi hesabda 163 kq çəkinin öhdəsindən gəlib.

Leyla Məhərrəmova/AZADİNFORM. Azərbaycan velosipedçiləri Çində təşkil edilən “Tour of China” çoxgünlük beynəlxalq velosiped yarışında növbəti uğura imza atıblar. AZADİNFORM xəbər verir ki, 6 mərhələdən ibarət olan yarış Azərbaycanın “Synergy Baku Cycling Project” komandasının zəfəri ilə yekunlaşıb. Belə ki, komandamın velosipedçisi Kiril Pozdnyakov 6-cı mərhələnin qalibi olmaqla bərabər, həm də ümumi nəticələrə əsasən “Tour of China 1” yarışının qalibi elan edilib.

Samir Soltanov/AZADİNFORM. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim klubun ona təklif etdiyi 2 illik müqaviləni rədd edib. 

Samir Soltanov/AZADİNFORM. Üçüncü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazanıb. 

Leyla Məhərrəmova/AZADİNFORM. İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında daha bir Azərbaycan karateçisi Rəfael Ağayev də qızıl medal qazanıb. Əslində Rəfael Ağayevin qələbəsinə təkcə onun pərəstişkarları deyil, elə rəqibləri də şübhə etmirdilər. 

Leyla Məhərrəmova/AZADİNFORM. İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Oyunlarının ilk günündə Azərbaycan karateçisi uğurlu çıxış edib. 

Samir Soltanov/AZADİNFORM. Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırımın daha bir övladı dünyaya gəlib. 

Samir Soltanov/AZADİNFORM. Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. AZADİNFORM  xəbər verir ki, yarışların son günündə yunan-Roma güləşi üzrə 66, 74 və 120 kq çəkidə idmançılar mübarizəyə qoşulub. 

Samir Soltanov/AZADİNFORM. UEFA-nın prezidenti Mişel Platini Azərbaycanda səfərdə olub. AZADİNFORM  xəbər verir ki, UEFA prezidentinin ölkəmizə səfərini yerli mətbuatla yanaşı, xarici KİV-lər də diqqət mərkəzində saxlayıb. Aşağıdakı linklərdən istifadə etməklə müxtəlif ölkələrin mətbu orqanlarında səfərlə bağlı öz əksini tapmış məlumatlarla tanış ola bilərsiniz:

 

Leyla Məhərrəmova/AZADİNFORM. Bu gün İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunlarına start veriləcək. 

“Qələbə qazandığımız üçün şadam. Erkən qol vurmağımız bizi daha da ruhlandırdı". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-la qarşılaşmadan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.

Samir Soltanov/ AZADİNFORM. UEFA Bakını 2020-ci il Avropa çempionatını keçirməyə namizəd şəhər kimi təsdiqləyib. 

Samir Soltanov/AZADİNFORM. Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Dünya çempionatı davam edir. AZADİNFORM  xəbər verir ki, yarışların dördüncü günündə qadın güləşi üzrə 55, 59 və 63 kq çəkidə güclülər müəyyənləşib. Azərbaycan güləşçiləri iki çəkidə mübarizə aparıb. 

 
449 səhifə 539-dən (dan) << < 445 446 447 448 449 450 451 452 453 > >>
 Xəbər lenti
10.12.2018
 Arxiv
Dek.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo