AZADİNFORM. Oğuz rayonunda Açıq Əyləncəli Futbol Məktəblərinin məşqçiləri üçün seminar keçirilib. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. “Azadinform” xəbər verir ki, keçirilən 38 qarşılaşmalarda xeyli gözlənilməz nəticələr qeydə alınıb.

 

AZADİNFORM. Avqustun 22-dən 24-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. AFFA-dan “Azadinform”a verilən məlumata görə, toplanışa aşağıdakı futbolçular cəlb olunub:

AZADİNFORM. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 22-dən 28-ə qədər Litvanın Palanqa şəhərində təşkil olunacaq ənənəvi beynəlxalq turnirdə iştirak edəcək.

Aytən İmanova/AZADİNFORM. Çinin Şenjen şəhərində XXVI Yay Universiadasında iştirak edən Azərbaycan taekvondoçularının rəqibləri məlum olub.

AZADİNFORM. UEFA Çempionlar Liqasında "pley-off" mərhələsində növbəti oyunlar keçirilib. “Azadinform” xəbər verir ki, ötən gecə daha 5 oyun keçirilib.

AZADİNFORM. Lənkəran şəhər Mərkəzi stadionunun ot örtüyü qənaətbəxş vəziyyətdə olmadığına görə, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan – Qazaxıstan oyununun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi üçün AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanlayıb.

AZADİNFORM. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Belçika oyununun biletləri satışa çıxarılıb.

AZADİNFORM. Bu gün Azərbaycanın alpinizm üzrə milli komandası Pamirin ən hündür zirvələrindən biri olan Lenin zirvəsinə qalxmağa başlayıb.

Mübariz Aslanov/AZADİNFORM. Londonda 2012-ci il XXX Yay Olimpiya Oyunlarına həsr olunmuş ilk “Şef de Mission” (idman nümayəndə heyətlərinin rəhbərləri) seminarı keçirilib.

AZADİNFORM. Polşanın paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı başa çatıb.

AZADİNFORM. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan - Qazaxıstan oyunu sentyabrın 6-da Lənkəran şəhər Mərkəzi stadionunda keçiriləcək. Stadionun ot örtüyünün hazırda qənaətbəxş vəziyyətdə olmamasını nəzərə alan AFFA rəhbərliyi “Xəzər Lənkəran” klubunun rəhbərliyi ilə danışaraq Böyük Britaniyanın STRİ şirkətinin mütəxəssislərini Lənkərana dəvət edib. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

AZADİNFORM. 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması İsveçrədə təlim-məşq toplanışındadır. AFFA-dan “Azadinform”a verilən məlumata görə, yığmamız bu gün Bakı vaxtı ilə saat 18:30-da «Kolovre» stadionunda isveçrəli həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın üzvü olan milli assosiasiyaların baş katiblərinin iştirakı ilə keçiriləcək tədbirdə iştirak etmək üçün İsveçrənin Nyon şəhərinə gedib.

AZADİNFORM. İspaniya futbolçuları klub rəhbərliklərinin maliyyə öhdəliklərini yerinə yetirməmələrinə bağlı narazılıqlara söykənən etiraz tətili qərarı alıblar. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, İspaniyalı Futbolçular Birliyinin iclasında alınan və qurumdan mətbuata açıqlanan qərar ölkə çempionatında ilk iki həftəyə planlaşdırılan görüşləri təxirə salıb.

AZADİNFORM. Polşanın paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı davam edir. Güləş Federasiyasından “Azadinform”a verilən məlumata görə, avqustun 11-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Qızlarımız 1 gümüş və 1 bürünc medal qazanıb.

AZADİNFORM. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də İstanbul şəhərində keçiriləcək Türkiyə–Azərbaycan oyununun stadionu müəyyənləşib. AFFA-dan “Azadinform”a verilən məlumata görə, qarşılaşma Ali Sami Yen Spor Kompleksi Türk Telekom Arenada keçiriləcək.

AZADİNFORM. Polşanın paytaxtı Varşavada güləş üzrə yeniyetmələrin Avropa çempionatı keçirilir. Turnirin ikinci günündə sərbəst güləş yığmamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla Avropa çempionatında yeni tarix yazıblar. Bu barədə məlumatı “Azadinform”a Güləş Federasiyasından veriblər.

AZADİNFORM. Monakoda UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə 2010/11 mövsümündə Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun ikinci mərhələsində ölkəmizi Rasim Mövsümov təmsil edəcək.

AZADİNFORM. Bu gün saat 20:00-da AFFA-nın Futbol Mərkəzindəki (Mərdəkan qəsəbəsində) “Dalğa Arena”da Azərbaycan–Makedoniya yığma komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.

AZADİNFORM. Türkiyənin “Qalatasaray” klubunun kapitanı Arda Turan İspaniyanın  Atletiko Madrid klubuna transfer olub. “Azadinform” “Qalatasaray”ın rəsmi internet saytına istinadən xəbər verir ki, Arda Turanın A.Madridə keçidi ispanlara 12.000.000 avroya başa gəlib.

 
432 səhifə 444-dən (dan) << < 428 429 430 431 432 433 434 435 436 > >>
 Xəbər lenti
24.02.2018
 Arxiv
Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo