AZADİNFORM. Dünya Çempionatı-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda mübarizə aparan Rusiya yığması fevralın 6-da yoldaşlıq oyunu keçirəcək. 

AZADİNFORM. Yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. "Azadinform" AFFA-ya istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək. Millinin toplanış üçün heyəti açıqlanıb:

AZADİNFORM. Yanvarın 22-dən fevralın 2-dək Rusiyanın paytaxtı Moskva şəhərində təlim-məşq toplanışı keçirəcək futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. 

AZADİNFORM. Bu il may-iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək. “Azadinform” xəbər verir ki, artıq təşkilati işlərə başlanılıb. Turnirdə iştirakla bağlı  Yaponiya Futbol Assosiasiyasından AFFA-ya təsdiq məktubu göndərilib.

AZADİNFORM. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb. “Azadinform” xəbər verir ki, Azərbaycan siyahıda iki klubla təmsil olunub.

AZADİNFORM. Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirin qrup mərhələsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirib.

“Mövsümün birinci yarısı 3 cəbhədə mübarizə apardıq. Oyun qrafikinin sıxlığı səbəbindən komandada yorğunluq hiss olunurdu. Bununla belə qış fasiləsində yaxşı istirahət etdik və artıq məşqlərimizi bərpa etmişik”. 

AZADİNFORM. DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda millimizlə birgə mübarizə aparan Şimali İrlandiya yığmasının öz meydanında keçirəcəyi iki oyunun başlanma vaxtı müəyyənləşib.

AZADİNFORM. Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mübarizə apardığı A qrupunda bu gün son oyununu keçirəcək. “Azadinform” AFFA-ya istinadən xəbər verir ki, yığmamız Ukrayna komandası ilə qarşılaşacaq. 

FİFA 2013-cü ildə dünya yığmalarının reytinq siyahısını açıqlayacağı tarixləri açıqlayıb. 

Rusiyanın nüfuzlu “Sovetskiy sport” qəzetin araşdırmasına görə, İspaniyanın “Atletiko” (Madrid) klubunun oyun forması üzərində yer alan “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) yazısı Avropada ən effektli reklam vasitəsi kimi ilk sırada yer alıb.

Bu gün 2012-ci ilin "ən yaxşı futbolçusu"nun adı açıqlanıb. "Rekord.az" xəbər verir ki, "Qızıl top" uğrunda  mübarizə "Barselona"dan Lionel Messi və Andres İnyesta, "Real"dan isə Kriştiano Ronaldo arasında gedib. Gözlənildiyi kimi, Messi ardıcıl 4-cü dəfə "Qızıl top"u qazanıb.

AZADİNFORM. Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə ikinci oyununu keçirib.

AZADİNFORM. Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnir çərçivəsində bu gün keçiriləcək Azərbaycan-Çexiya oyunu turnirin rəsmi saytı vasitəsilə yayımlanacaq. “Azadinform” AFFA-ya istinadən xəbər verir ki, sayta qoşulacaq www.affatv.az  vasitəsilə azarkeşlər yığmamızın iştirakı ilə keçiriləcək oyunu birbaşa izləyə bilərlər. 

AZADİNFORM. Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu bu gün keçirəcək.

Məşq zamanı futbolçu Mario Balotelli ilə dava edən və bu zaman çəkilən fotoları dünya mətbuatında yayılan “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini olayla bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, italyan mütəxəssis ciddi bir şeyin baş vermədiyini bildirib.

Yaşayan futbol əfsanəsi Aleks Ferqyuson karyerasını başa vuracağı ilə bağlı dedi-qodulara son qoyub. Fanat.az xəbər verir ki, şotland mütəxəssis yayılan xəbərləri təkzib edib.

Milli komndamızın və “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Abışov UEFA-nın diqqət mərkəzinə düşüb.

AZADİNFORM. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Valentin Qranatkinin xatirə turniri üçün heyəti açıqlanıb. "Azadinform" xəbər verir ki, heyət aşağıdakı futbolçulardan ibarətdir:

“Globe Soccer Awards” versiyası üzrə keçirilən sorğuda ən yaxşı baş məşqçinin adı məlub olub. Fanat.az xəbər verir ki, “Real”ın baş məşqçisi Joze Mourinyo digər həmkarlarını qabaqlayaraq birinciliyə layiq görülüb.

 
431 səhifə 483-dən (dan) << < 427 428 429 430 431 432 433 434 435 > >>
 Xəbər lenti
22.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo