AZADİNFORM. Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Bakıda (AFFA Futbol Mərkəzi, «Dalğa Arena») Avstriya, oktyabrın 11-də isə İstanbulda (Türk Telekom Arena) Türkiyə yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti müəyyənləşib. AFFA-dan “Azadinform”a verilən məlumata görə, millinin yekun heyətinə aşağıdakı futbolçular cəlb edilib:

 

AZADİNFORM. Oktyabrın 6-da, saat 21:30-da, AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da Avstriya yığmasının oyunqabağı mətbuat konfransı, saat 22:00-da isə həmin stadionda ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək.

AZADİNFORM. Oktyabrın 1-2-si tarixlərində Rusiya Federasiyasının Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

AZADİNFORM. Almaniyada yaşayan müxtəlif millətlərin futbol komandaları arasında mini futbol üzrə turnirdə azərbaycanlılardan ibarət komanda qalib gəlib.

AZADİNFORM. Sentyabrın 22-də Kiprin Limassol şəhərində UEFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. “Azadinform” UEFA-nın saytına istinadən xəbər verir ki, burada Azərbaycan  Bolqarıstan, Xorvatiya və San Marino ilə birlikdə hakimlərin təhsilini artırılması Konvensiyasına qəbul edilib.

AZADİNFORM. Danimarkanın Kopenhagen şəhərində velosiped idman növü üzrə keçirilən Dünya çempionatında Azərbaycan yığma komandasının üzvü Çalax Yelena 27.8 km məsafədə 38.08.22 nəticə göstərərək 13-cü yerə layiq görülüb.

AZADİNFORM. «Bakıda keçiriləcək Boks üzrə dünya çempionatı zamanı  Ermənistan və Rusiya yığmaları (tərkibində erməni familiyalı olan iki boksçu var) digər komandalarından ayrı yerdə – xüsusi qorunan idman bazasında yerləşəcəklər».

AZADİNFORM. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

AZADİNFORM. Azərbaycan milli komandasının daha bir beynəlxalq yoldaşlıq oyunu keçirməsi ilə bağlı AFFA tərəfindən aparılmış danışıqlar müsbət yekunlaşıb. AFFA-dan “Azadinform”a verilən məlumata görə, əldə olunmuş razılığa əsasən, millimiz noyabrın 11-də, Albaniyada bu ölkənin milli komandası ilə yoldaşlıq oyunu keçirəcək.

AZADİNFORM. Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə dünya çempionatında yekunlar müəyyənləşib. Azərbaycan millisi başa çatan dünya çempionatını lisenziya sayında dördüncü yerdə bitirib.

AZADİNFORM. Bu gün və sabah Kiprdə UEFA-nın üzvü olan milli assosiasiyaların baş katiblərinin iştirakı ilə seminar təşkil olunacaq.

AZADİNFORM. Azərbaycan idmançılarının London-2012 olimpiadasına qazandıqları lisenziyaların sayı 16-ya çatıb.

AZADİNFORM. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionu olan güləşçilərimizə Toyota Prado avtomobili hədiyyə ediləcək.

AZADİNFORM. Ötən gecə UEFA Avropa Liqasında qrup mərhələsinin ilk oyunlarına start verilib. Azərbaycan futbolsevərləri üçün günün ən maraqlı oyunlarından biri Türkiyədə keçirilib. Burada “Beşiktaş” Avroliqanın ikinci təsnifat mərhələsində “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdıran İsrailin “Makkabi” (Təl-Əviv) klubunu qəbul edib. “Azadinform” xəbər verir ki, pirinsipial qarşılaşmada "Beşiktaş" rəqibini darmadağın edib - 5:1.

AZADİNFORM. Türkiyənin İstanbul şəhərində keçirilən qadın güləşi üzrə dünya çempionatında Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına növbəti lisenziya qazanıb. “Azadinform” xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində yarışan Mariya Stadnik ölkəmiz üçün London olimpiadasına qazanılan 12-ci lisenziyanı daha bir medalla əldə edib.

AZADİNFORM. Ötən gecə UEFA Çempionlar Liqasında daha 8 qarşılaşma baş tutub. “Azadinform” xəbər verir ki, Azərbaycan futbolsevərləri üçün böyük maraq doğuran Türkiyənin "Trabzonspor" klubu yerli "İnter"in qonağı olub. Qarşılaşmada "İnter" favorit hesab edilsə də, "Trabzonspor" İtaliyanı şoka salıb. “İnter”ə 1:0 hesabı ilə qalib gələn "Trabzonspor" sensassiyaya imza atıb.

 

AZADİNFORM. Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və Kapital Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov arasında görüş keçirilib.


Mübariz Aslanov/AZADİNFORM. Bakıdakı “Green Rock” süni Qayayadırmanma Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən İdman Qayayadırmanması üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb. Bu barədə məlumatı “Azadinform”a federasiyanın mətbuat xidmətindən veriblər.

AZADİNFORM. Ötən gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilib. “Azadinform” baş tutan oyunları və nəticələri təqdim edir:

 

AZADİNFORM. Yunan-Roma güləşi üzrə İstanbulda keçirilən dünya çempionatının ikinci günü Azərbaycan idmançısı Saman Təhmasibi (84 kiloqram) ikinci olimpiya lisenziyasını qazanıb. “Azadinform” xəbər verir ki, dörddə bir finalda idmançımızın məğlubiyyətinə baxmayaraq onun olimpiya lisenziyası qazanmaq imkanı yaranıb.

 
428 səhifə 443-dən (dan) << < 424 425 426 427 428 429 430 431 432 > >>
 Xəbər lenti
22.02.2018
21.02.2018
 Arxiv
Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo