Seymur Əliyev/AZADİNFORM. AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start verilib.

Mübariz Aslanov/AZADİNFORM. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekosport” İdman Klubunun üzvlərinin Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu ilə birgə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşü uğurla başa çatıb. Bu barədə məlumatı “Azadinform”a ETSN-nin mətbuat xidmətindən veriblər.


Aytən İmanova/AZADİNFORM. Bu gün “Şahin” hərbi oyunlarının  Respublika finalı keçirilib. Oyun general Cümşüd Naxçıvanskinin 40 illik yubileyinə təsadüf edib. “Azadinform” xəbər verir ki, final Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirliklərinin təşkilatçılığı ilə 1998-ci ildən həyata keçirilir.

Elvin Xəzər/AZADİNFORM. Ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sayokan döyüş sistemi üzrə II açıq Respublika Turnirinə Binəqədi İdman Kompleksində yekun vuruldu.

AZADİNFORM. Mayın 12-də Azərbaycan jurnalistləri ilə Milli Məclisinin deputatları arasında futbol oyunu keçiriləcək. Mətbuat Şurasından “Azadinform”a verilən məlumata görə, matç saat 16.30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Seymur Əliyev/AZADİNFORM. Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar sabah Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə (3751 metr)  növbəti yürüş başlayacaq. Bu barədə məlumatı “Azadinform”a Hava və Ekstremal İdman Növləri Federasiyasından veriblər.

Aytən İmanova/AZADİNFORM. Azərbaycan, Gürcüstan, Litva və İran komandalarının qatıldığı “Böyük Qafqaz” beynəlxalq velosiped turnirinə mayın 10-u start veriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci il dönümünə həsr olunan “Grand Caucases” beynəlxalq velosiped turniri keçiriləcək.


Mübariz Aslanov/AZADİNFORM. Bu gün Milli Məclisdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan futbol üzrə “Parlament kuboku-2011” yarışmasının püşk atması keçirilib. “Azadinform” xəbər verir ki, kubokda bir sıra dövlət qurumlarını təmsil edən 11 komanda iştirak edir.
Bura Milli Məclis, Prezident Administrasiyası, Xarici İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Vergilər, İqtisadi İnkişaf, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Konstitusiya Məhkəməsi daxildir.

Seymur Əliyev/AZADİNFORM. AZAL Peşəkar Futbol Klubu tərəfindən stadion inşa olunmasını AFFA yüksək qiymətləndirib. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

Seymur Əliyev/AZADİNFORM. Avqustun 10-da Bakıda Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Futbol üzrə UEFA Çempionlar Liqasının ilk finalçısı bəlli oldu. “Azadinform” xəbər verir ki, Avropanın ən nüfuzlu klub turniri 2 illik əvvəlki finala doğru gedir.
Söhbət “Barselona”-“Mançester Yunayted” görüşündən gedir. Artıq İspaniyanın “Barselona” klubu əzəli rəqibi “Real Madrid”i yarımfinal mərhələsində mübarizədən kənarlaşdırıb.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycanın ən köklü klubu "Neftçi" PFK-nın Premyer Liqanın 2010/11 mövsümündə vaxtından qabaq qızıl medallar qazanması təkcə ölkəmizdə deyil, bütün dünyada əks-səda doğurub.

Seymur Əliyev/AZADİNFORM. Mayın 7-dən 21-ə qədər Moldovanın Kişinyov şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. 2011-2012-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almaq məqsədilə AFFA-nın Lisenziyalaşma qrupuna müraciət etmiş klubların – AZAL, “Bakı”, ‘İnter”, “Neftçi”, “Qarabağ”, ‘Qəbələ”, “Xəzər Lənkəran”ın – müraciətinə AFFA-nın Lisenziyalaşdırma komissiyasının iclasında baxılıb.

Seymur Əliyev/AZADİNFORM. Mayın 7-8-də Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Futbol üzrə Azərbaycan Premyer-Liqasının 2010-2011-ci il mövsümünün qalibi "Neftçi" klubu olub. “Azadinform” xəbər verir ki, bazar günü Azərbaycan Premyer Liqasının XXIX turunda AZAL-"Neftçi" oyununda "ağ-qaralar" 1:3 hesabıyla qalib gəlməklə çempionata bir neçə tur qalmış çempionluğu təmin ediblər.


Hacı Murad/AZADİNFORM. Cənubi Koreya Respublikasının Gyonqju şəhərində taekvondo üzrə dünya çempionatına start verilib. Yarışda Azərbaycanla yanaşı, 149 ölkədən 1050-dək idmançı iştirak edir. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. 

Atif Eyvazov/AZADİNFORM. Bu gün Təhsil Nazirliyində şahmat məktəbliləri üçün hazırlanan “şahmat dünyası” multimedia sisteminin təqdimat mərasimi keçirildi. “Azadinform” xəbər verir ki, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, multimedia sistemində verilən mövzular peşəkar şahmatçılar və beynəlxalq dərəcəli məşqçilər tərəfindən yazılıb.

Seymur Əliyev/AZADİNFORM. “Xəzər Lənkəran” Futbol Klubunun rəhbərliyi futbolçu Elnur Allahverdiyevin komandanın əsas heyətinə qaytarılması haqqında qərar qəbul edib. “Azadinform” klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bu qərar baş məşqçimizin iştirakı ilə rəhbərliyin dünən keçirdiyi iclasda qəbul olunub.

 
421 səhifə 424-dən (dan) << < 417 418 419 420 421 422 423 424 > >>
 Xəbər lenti
17.12.2017
16.12.2017
 Arxiv
Dek.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo