Samir Soltanov/AZADİNFORM. “Sheraton Baku Airport Hotel”də Azərbaycan milli komandasının məşqçiləri Nazim Süleymanov və Aslan Kərimovun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya milli komandaları arasında keçiriləcək oyuna həsr olunmuş mətbuat konfransı keçirilib.

Samir Soltanov/AZADİNFORM. Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında “Hünər meydanı” Respublika seçim turniri start götürüb. 

Samir Soltanov/AZADİNFORM. Bu gün Azərbaycan və Rusiya milli komandalarının azarkeşləri arasında yoldaşlıq oyunu keçiriləcək. 

"Bleacher Report" idman saytı 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunlarda mübarizə aparan ən yaxşı 50 futbolçunun adını açıqlayıb.

Futbol üzrə yığma komandamız Dünya çempionatı-2014-ün seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb. ANS PRESS-in məlumatına görə, "Bakcell Arena"da Şimali İrlandiya kollektivini qəbul edən komandamız rəqibini 2:0 hesabı ilə məğlub edib. 

Samir Soltanov/AZADİNFORM. "Qalatasaray" qış transferlər siyahısına Fransa millisinin hücumçusu Kərim Benzemanın adını salıb. 

Samir Soltanov/AZADİNFORM. 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan və Şimali İrlandiya milli komandaları qarşılaşacaq. 

Samir Soltanov/AZADİNFORM. Dünya Çempionatı 2014-ün seçmə mərhələsi çərçivəsində bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan-Şimali İrlandiya oyunu canlı yayımlanacaq. 

Moskvanın “Spartak” klubunun baş məşqçisi Valeri Karpin Rusiya yığmasının Lüksemburq və millimizlə keçirəcəyi görüş barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yerli mətbuata danışan 44 yaşlı mütəxəssis rusların hər iki oyunda da qalib gəlməyə borclu olduğunu deyib.

AZADİNFORM. Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. AZADİNFORM xəbər verir ki, tədbirdə AMPK-nın prezidenti İlqar Rəhimov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, Milli Məclisin deputatı Rauf Əliyev və milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev çıxış edərək sənədin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Samir Soltanov/AZADİNFORM. Topaz Premyer Liqasında sentyabr ayında vurulan ən gözəl 5 qol müəyyənləşib.

Samir Soltanov/AZADİNFORM. Yakutsk şəhərində keçmiş SSRİ, Rusiya və Saxa Respublikasının əməkdar məşqçisi Dmitri Korkinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq turnir başa çatıb. AZADİNFORM  xəbər verir ki, turnirdə sərbəst güləş üzrə yığma komandamızın 6 üzvü ölkəmizi təmsil edib. Güləşçilərimiz turniri 2 gümüş və 1 bürünc medalla başa vurub.

Samir Soltanov/AZADİNFORM. “Qalatasaray” klubu uğursuz çıxışı ilə diqqət çəkir. 

Samir Soltanov/AZADİNFORM. Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. AZADİNFORM  xəbər verir ki, Latviyanın 1-ci Divizionunda çıxış edən "Tukums" klubu ilə qarşılaşan yığmamız Ruslan Nəsirli və Orxan Əliyevin vurduğu qollar sayəsində qələbə qazanıb – 2:0.

Azərbaycan Premyer Liqasında 8-ci turun rəmzi komandası açıqlanıb. Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, statistik göstəricilərə əsasən 8-ci turun ən yaxşıları aşağıdakılardır:

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Trend-in məlumatına görə, püşkün nəticəsinə əsasən C qrupunda yer alan millimiz İtaliya və Sloveniya yığmaları ilə qarşılaşacaq:

 

Məmmədsan Həsənov/AZADİNFORM. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov mötəbər beynəlxalq yarışlarda yüksək nəticələr göstərən yeniyetmə və gənc cüdoçularla görüşüb. 

AZADİNFORM. UEFA kuboku çərçivəsində "Baku United" növbəti oyununu keçirib. “Bakililar”ın komandası Kiprdə baş tutan oyunda yerli Omonia komandası ilə qarşılaşıb.

Çempionlar Liqasında qrup mərhələsinin oyunları keçirilib. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 oyun keçirilib.

Samir Soltanov/AZADİNFORM. Bu gün Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının açılış mərasimi keçirilib. AZADİNFORM xəbər verir ki, açılışda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti Anar Məmmədov, idmançılar və digər qonaqlar iştirak edib.

 
393 səhifə 484-dən (dan) << < 389 390 391 392 393 394 395 396 397 > >>
 Xəbər lenti
24.06.2018
23.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo