AZADİNFORM. Monakoda UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə 2010/11 mövsümündə Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun ikinci mərhələsində ölkəmizi Rasim Mövsümov təmsil edəcək.

AZADİNFORM. Bu gün saat 20:00-da AFFA-nın Futbol Mərkəzindəki (Mərdəkan qəsəbəsində) “Dalğa Arena”da Azərbaycan–Makedoniya yığma komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçiriləcək.

AZADİNFORM. Türkiyənin “Qalatasaray” klubunun kapitanı Arda Turan İspaniyanın  Atletiko Madrid klubuna transfer olub. “Azadinform” “Qalatasaray”ın rəsmi internet saytına istinadən xəbər verir ki, Arda Turanın A.Madridə keçidi ispanlara 12.000.000 avroya başa gəlib.

AZADİNFORM. Bu gün Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, SSRİ çempionatları dövründə uzun illər «Neftçi»nin heyətində çıxış etmiş Valeri Hacıyevin 70 yaşı tamam olur.

AZADİNFORM. Bu gün “Aeroport” oteldə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts mətbuat konfransı keçirib.

AZADİNFORM. Bu gün Tallinn şəhərindəki “A.Le Coq Arena”da 21 yaşadək futbolçulardan ibarət Estoniya və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Adəm Abbaslı/AZADİNFORM. Cari ilin 9-14 avqust 2011-ci il tarixdə Polşanın paytaxtı Varşavada güləşin hər üç növü üzrə yeniyetmələrin Avropa çempionatı keçiriləcək.


AZADİNFORM. Böyük Britaniyanın Eton şəhərində akademik avarçəkmə üzrə yeniyetmələr arasında dünya çempionatına yekun vurulub.

AZADİNFORM. Bu gün Avroliqada son təsnifat mərhələsinin püşkatması keçirilib. “Azadinform” xəbər verir ki, Türkiyənin “Beşiktaş” klubu Rusiyanın I divizion təmsilçisi “Alaniya” ilə görüşəcək. Türkiyənin digər komandalarından “Bursaspor”la “Trabzonspor” isə çətin rəqiblərə düşüb.

AZADİNFORM. Bu gün Çempionlar Liqasının (ÇL) sonuncu təsnifat mərhələsinin püşkü atılıb. “Azadinform” xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında saat 15:00-da başlayan mərasimdə həm çempionlar, həm də qeyri-çempionlar arasında cütlər müəyyənləşib.
Püşkatmanın nəticəsinə görə aşağıdakı cütlüklər qarşılaşacaqlar:  
 

AZADİNFORM. Bu gün AFFA-nın Futbol Akademiyasında  yığma komandaların məşqçilərinin  görüşü keçirilib. “Azadinform” xəbər verir ki, görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək ölkəmizdə futbolun inkişaf etdirilməsi üçün assosiasiyanın nəzərdə tutduğu 3 əsas prioritetin – kütləvilik, infrastruktur və təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərin nəticəsi barədə ətraflı məlumat verib.

AZADİNFORM. AFFA-nın  prezidenti Rövnəq Abdullayev Avropa Liqasının “Qarabağ” – “Brügge” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. “Azadinform” xəbər verir ki, R.Abdullayev bildirib ki, birinci hissədə daha sürətli oyun gedib. Amma fasilədən sonra oyunun sürəti aşağı düşdü. “Qarabağ” qolu birinci hissədə vursaydı, bəlkə də nəticə ayrı cür olardı. Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın. Təəssüf ki, bu baş vermədi”-deyə AFFA prezidenti vurğulayıb.

AZADİNFORM. İstanbul polisi danışılmış oyunlarla bağlı “Qalatasaray” futbol klubunun Florya Mətin Oktay Təsislərində axtarış aparır.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan alpinistləri MDB və Rusiya çempionatlarında iştirak ediblər. Bu barədə məlumatı “Azadinform”a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından veriblər.

AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts köməkçiləri ilə birlikdə "Qarabağ"ın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Brügge" ilə keçirəcəyi oyunu izləyəcək.

AZADİNFORM. UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" bu gün saat 21.00-da Tofiq Bəhramov adına Respublika stadionunda "Brügge" ilə qarşılaşacaq.

AZADİNFORM. Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb. AFFA-dan “Azadinform”a verilən məlumata görə, futzal üzrə UEFA kubokunun birinci seçmə mərhələsi çərçivəsində  avqustun 13-dən 16-dək Bolqarıstanda keçiriləcək D qrupunun oyunlarında hakim-inspektor vəzifəsini Murad Məmmədov yerinə yetirəcək.


AZADİNFORM. Britaniyanın ölkəmizdəki səfirliyi gələn il Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarını Azərbaycanda təbliğ etmək məqsədi ilə ‘BİR İL‘’ kampaniyası çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Paralimpiya Komitəsi ilə bir sıra tədbirlər həyata keçirir.

AZADİNFORM. Sentyabrın 12-18-də Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya çempionatı keçiriləcək. Güləş Federasiyasından “Azadinform”a verilən məlumata görə, çəki dərəcələri üzrə I-V yer qazanmış idmançılar 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. 

 

AZADİNFORM. Braziliyanın Rio-de-Janeyra şəhərində 2014-cü ildə bu ölkədə təşkil olunacaq Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

 
316 səhifə 327-dən (dan) << < 312 313 314 315 316 317 318 319 320 > >>
 Xəbər lenti
19.02.2017
18.02.2017
 Arxiv
Fev.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728     
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo