Seymur Əliyev/AZADİNFORM. Bu gün Lənkəran şəhər mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Azercell Telekom” MMC arasında bağlanmış sponsorluq müqaviləsi daha 1 il müddətinə artırılıb.

Aytən İmanova/AZADİNFORM. Rusiya Olimpiya Komitəsinin prezidenti, Rusiya baş nazirinin müavini Aleksandr Jukov Azərbaycandadır. “Azadinform” xəbər verir ki, Jukov səfərinin məqsədinin hər iki ölkəni maraqlandıran idman sahəsindəki kompleks məsələləri müzakirə etmək olduğunu söyləyib.

Seymur Əliyev/AZADİNFORM. Dünya və olimpiya çempionu Yamaykalı atlet Usain Bolt Almaz Ligin (Diamond League) üçüncü ayağı olan Roma Grand Prisində 100 metrədə köhnə dünya rekortmeni Asafa Powellı arxada qoyaraq birinci oldu.

Seymur Əliyev/AZADİNFORM. İyunun 6-da Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə tədbirlər keçiriləcək. Tədbirlərə FİFA və UEFA-nın, həmçinin beynəlxalq futbol qurumlarının üzvü olan milli assosiasiyaların rəhbərliyi dəvət olunub.

Hacı Murad/AZADİNFORM. Sabah Bakı şəhəri Tofiq Bəhrəmov adına Respublika stadionunda ağır atletika üzrə Azərbaycan kuboku keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Azərbaycan Cümhuriyyətinin ildönümü - mayın 28-də siyasi partiyaların gənclər təşkilatları arasında Respublika gününə həsr olunmuş mini futbol turniri keçiriləcək. Bu barədə məlumatı “Azadinform”a Vətəndaş Həmrəyliyi Partiyasından veriblər.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə bu ilin əvvəlindən başlayaraq AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilməkdədir. Bu barədə məlumatı “Azadinform”a AFFA-dan veriblər.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Bakıya gəlir.

Seymur Əliyev/AZADİNFORM. Türkiyənin “Qalatasaray” futbol klubu növbəti transferini reallaşdırıb. “Azadinform” klubun rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, “Qalatasaray”  “Trazbonspor”un yarımmüdafiəçisi Selcuk İnanın transferi ilə bağlı razılıq əldə edib.

Seymur Əliyev/AZADİNFORM. Mayın 27-29-da  Dağıstanın Şamil rayonunda  sərbəst güləş üzrə yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək. Yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi Vahid Məmmədov, məşqçilər Əsgərxan Novruzov və Elşad Abdullayevin rəhbərliyi altında 14 güləşçimiz turnirdə qüvvəsini sınayacaq. Bu barədə məlumatı “Azadinform”a Güləş Federasiyasından veriblər.

Seymur Əliyev/AZADİNFORM. Sabah Almaniyanın Münhen şəhərində akademik avarçəkmə üzrə kişi və qadınlar arasında Dünya Kubokunun I mərhələsi start götürəcək. Nüfuzlu yarışda Azərbaycanı ilk dəfə 4 avarçəkən təmsil edəcək. Bu barədə məlumatı “Azadinform”a Milli Avarçəkmə Federasiyasından veriblər.

Seymur Əliyev/AZADİNFORM. Mayın 31-də, saat 18:00-da, Lənkəran şəhər Mərkəzi stadionunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Moldova yığma komandaları arasında keçiriləcək yoldaşlıq oyununu işıqlandırmaq istəyən KİV nümayəndələrinə (hər KİV-dən 2 nəfər olmaqla – televiziyalardan 1 müxbir, 1 operator, qəzet və agentliklərdən 1 müxbir, 1 fotoqraf) AFFA tərəfindən şərait yaradılacaq.

Seymur Əliyev/AZADİNFORM. Mayın 20-də Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı başlayıb.

Seymur Əliyev/AZADİNFORM. Mayın 27-28-də Almaniyanın Plauen şəhərində sərbəst güləş üzrə gənclər arasında Dünya Kuboku yarışları keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Sabah UEFA tərəfindən Kütləvi Futbol Günü elan olunub. Bununla əlaqədar AFFA tərəfindən bir neçə tədbir təşkil olunacaq.

Seymur Əliyev/AZADİNFORM. Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə iyunun 6-da, saat 20:00-da, “Buta Palace”da təntənəli mərasim keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Xəbər verdiyimiz kimi, 2011-ci il iyunun 6-da, saat 20:00-da, Buta Palace-da Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçiriləcək.

Seymur Əliyev/AZADİNFORM. Bu gün saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda “İnetr” və “Xəzər Lənkəran” komandaları arasında NBC Bank Azərbaycan kubokunun final oyunu keçiriləcək.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün Azərbaycanın kamandan ox atma üzrə komandasının 6 üzvü Fransanın Boe şəhərində təşkil olunmuş “Avropa Qran -Pri” turnirinə yollanır. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

 
27 səhifə 32-dən (dan) << < 23 24 25 26 27 28 29 30 31 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo