AZADİNFORM. FİFA-nın İntizam Komitəsinin “Xəzər Lənkəran” klubunun aktivindən 6 xal silinməsi ilə bağlı çıxardığı qərarından sonra 18 aprel 2012-ci il tarixindən etibarən AFFA ilə FİFA arasında aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və “Xəzər Lənkəran” klubunun hesabından silinmiş xalların geri qaytarılması ilə bağlı qərar qəbul etmişdir.

«Qəbələ» üçün yaranan fürsət

Natiq Muxtarlı/AZADİNFORM. Həftəiçi Azərbaycan kuboku uğurunda yarışda finalçıların müəyyənləşməsi Premyer-Liqadakı mübarizəyə də birbaşa təsir etdi. Nə ilə? Öncə onu deyək ki, «Bakı» finala adlamaqla Premyer-Liqadakı iddialarından əl çəkdi. Çünki «zolaqlılar»ın finaldakı rəqibi «Neftçi» olduğundan, «Bakı»nın finalda məğlub olacağı təqdirdə belə, Azərbaycanı Avrokuboklarda təmsil etmək şansı var.  «Neftçi» çempion olsa, «zolaqlılar» Avropaya yollanacaqlar. «Ağ-qaralar»ın çempion olmaması üçün isə heç bir əsas yoxdur. Düzdür, nəzəri cəhətdən Böyükağa Hacıyevin yetirmələri hansısa təhlükə ilə üzləşə bilərlər. Amma onlar bu təhlükəni adlamağa qadirdirlər. Necə? Tələsməyin, bunun da izahını verəcəyik.

AZADİNFORM. Azərbaycan milli komandasının iyunun 5-də Minsk şəhərində Belarus yığması ilə keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub.

AZADİNFORM. FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri tanış olmaq üçün tərkibi Oliver Vogt, Nerico Digues, Kim Yew, Monika Huser, Mathew Harding, Dietmar Eufingerdən ibarət FİFA nümyəndə heyəti Bakıda səfərdədir.

AZADİNFORM UEFA Çempionlar Liqasının 2-ci finalçısının adı müəyyənləşib. “Azadinform” xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələn İspaniya “Real”ı ilə Almaniya “Bavariya”sı finalçının adına aydınlıq gətirib.

AZADİNFORM. Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün saat 17:20-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək “Neftçi” – “İnter” oyununu izləyəcək.

AZADİNFORM. Aprelin 27-29-da Çinin Tayuan şəhərində London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya təsnifat turniri keçiriləcək.

AZADİNFORM. UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Mübariz Aslanov/AZADİNFORM. Bu gün gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli atlet Kolin Jekson (Colin Jackson),  İngiltərə Futbol Assosiasiyasının sabiq icraçı direktoru, tanınmış idman jurnalisti Devid Devis (David Davies)  və “Beynəlxalq İdman Həyəcanı” proqramının regional rəhbəri Elayas Musanqeyi qəbul edib. Bu barədə məlumatı “Azadinform”a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.

AZADİNFORM. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 28-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq «Prezident kuboku» turnirində iştirak edəcək. Yığmamızın heyəti açıqlanıb. 

AZADİNFORM. AFFA ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən, mayın 23-də Şizuoka şəhərindəki «Ekopa» stadionunda Yaponiya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

AZADİNFORM. Azərbaycanın London Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların sayı 39-a çatıb. “Azadinform” xəbər verir ki, bu günə kimi Olimpiadaya 37 vəsiqə qazanan yığmamızın növbəti 2 lisenziyası üzgüçülük növündə əldə edib.

Natiq Muxtarlı/AZADİNFORM. Azərbaycan Premyer-Liqası sona yaxınlaşdıqca gərginlik də artır. Düzdür, çempionluğun taleyinə böyük ölçüdə aydınlıq gəlib. Amma Avropaya vəsiqə verən gümüş və bürünc medallar uğurunda mübarizədə inanılmaz «tıxac» yaranıb. Bu tıxacın yaranmasında əsas «günahkar» isə FİFA-dır.

AZADİNFORM. Özbəkistan Futbol Federasiyasının dəvəti ilə futzal üzrə Azərbaycan milli komandası mayın 3-dən 7-dək Daşkənd şəhərində təlim-məşq toplanışında olacaq.

AZADİNFORM. Bu gündən Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürür.

AZADİNFORM. Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. “Az»dinform" xəbər verir ki, ilk oyun günü İspaniyanın  iki klubu “Atletiko” (Madrid)  ilə “Valensia”ya üz-üzə gəlib.

AZADİNFORM. Çempionlar Liqasında (ÇL) yarımfinal oyunlarının ilk turu başa çatıb. “Azadinform” xəbər verir ki, Londonda oynanılan son maçda İngiltərənin “Çelsi” klubu  İspaniyanın “Barselona” klubuna qalib gəlib.

AZADİNFORM. Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Azadinform” xəbər verir ki, ilk oyun günündə “Bavariya” və “Real” Münhendəki “Alyans Arena”da qarşılaşıb.
 

AZADİNFORM. UEFA tərəfindən Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq,  futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirilir.

AZADİNFORM. Ağır atletika üzrə Azərbaycan milli komandası 2012-ci il London Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Azərbaycan Ağır Atletika Federasiyasından “Azadinform”a bildiriblər ki, Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən qadın atletlərimiz bu imkanı əldə ediblər. Lisenziya yarışında bütün rəqiblərini üstələyən qadın komandamız 1-ci pilləni tutub və bu il Londonda keçiriləcək Olimpiya Oyunlarına millimizin ümumilikdə 6-cı vəsiqəsini rəsmiləşdirib.

 
2 səhifə 32-dən (dan) << < 1 2 3 4 5 6 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo