AZADİNFORM. Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross-Kan Fransanın Lill şəhərində polis tərəfindən saxlanılıb.

AZADİNFORM. Türkiyə və Çin kompaniyaları 1,38 mlrd. dollarlıq sazişə imza atacaqlar. “Azadinform” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan İstanbulda keçirilən Çin-Türkiyə biznes forumunda bildirib.  Onun sözlərinə görə, bu vəsaitin 308 mln-u energetikaya investisiyaları əhatə edir.

AZADİNFORM. İtaliyanın baş naziri Mario Monti hökumətinin üzvləri maliyyə vəziyyətləri barədə məlumatları açıqlamağa başlayıblar. Bu addım maliyyə şəffaflığının təmin edilməsi kampaniyası çərçivəsində atılıb.

AZADİNFORM. İsrail Qəzza zolağında daha 500 ev tikmək planını təsdiq edib. Bundan başqa, icazəsiz tikilmiş 200 ev qeydiyyata alınıb.

AZADİNFORM. Fransada rəsmi sənədlərdə “madmuazel” müraciət forması, həmçinin “qızlıq soyadı” və “nikahdakı soyadı” kimi formulların istifadəsi qadağan edilib. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə müvafiq göstərişi baş nazir Fransua Fiyonun dəftərxanası yayıb. Bundan sonra sənədlərdə “madam” müraciət forması, həmçinin “ailə soyadı” və ya “hazırkı soyad” söz birləşmələrindən istifadə olunacaq. Göstərişdə qeyd olunur ki, iqtisadi səbəblərlə əlaqədar qadağa dərhal deyil, köhnə formulların istifadə olunduğu rəsmi blanklar başa bitdikdən sonra qüvvəyə minəcək. 

AZADİNFORM. Mühacirətdə olan Suriya Milli Şurası bu gün Rusiyaya müraciət edib. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, Şura Rusiya hakimiyyətindən Homs, İdlib və Deraa şəhərlərinə “humanitar dəhliz” açılması ilə bağlı Suriya hakimiyyətinə müraciət etməsini xahiş edib.

AZADİNFORM. Rusiya prezidenti Dmitri Medvedyev bu səhər sui-qəsd cəhdinə məruz qalmış qondarma Abxaziya Respublikasının başçısı Aleksandr Ankvabla telefon danışığında bu cinayətin araşdırılmasında Rusiyanın köməyini təklif edib.

AZADİNFORM. ABŞ Suriyadakı vəziyyətə silahlı müdaxiləni istisna etmir. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi təmsilçisi Viktoriya Nuland söyləyib.

AZADİNFORM. Suriyanın mərkəzindəki Homs şəhərində iki xarici jurnalistin öldürüldüyü xəbər verilir. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, onlardan birinin amerikalı, digərinin isə fransız jurnalist olduğu bildirilir.

AZADİNFORM. İran silahlı qüvvələri komandanının müavini Məhəmməd Hecazi ölkənin milli maraqlarına təhlükə olacağı təqdirdə düşmənlərə qarşı önləyici addım atacağını bildirib. 

AZADİNFORM. Bu gün Qahirədə keçmiş prezident Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb. 83 yaşlı Mübarək korrupsiyada və etiraz aksiyalarına çıxmış çoxsaylı adamların ölümündə ittiham olunur.

AZADİNFORM. Əfqanıstanda üç gürcü hərbçi həlak olub. “Azadinform”  “Rossiyskaya qazeta”ya istinadən xəbər verir ki, Əfqanıstanda sülhyaratma missiyasını yerinə yetirdikləri zaman kaprallar Valiko Beraya, Ruslan Meladze və Paaça Kaçarava həlak olublar. Onlar taliblərin hücumu zamanı döyüş tapşırığını yerinə yetirərkən həlak olublar.

AZADİNFORM. Qondarma Abxaziya Respublikasının prezidenti Aleksandr Ankvaba qarşı sui-qəsd cəhdi olub. “Azadinform” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, Aleksandr Ankvabın olduğu avtomobil atəşə tutulub.

AZADİNFORM. Suriyada Homs və İdlib əyalətlərində hökumət qoşunları ilə müxalifətçilər arasında baş verən atışmada azı 100 adam ölüb.

AZADİNFORM. Əfqanıstanda Baqram bazasında Quran nüsxələrinin yandırılmasına etiraz olaraq dünəndən başlayan aksiyalar bu gün də davam edir. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, Kabildəki bugünkü aksiyada polislə etirazçılar arasında qarşıdurma olub. Yaralılar var.

AZADİNFORM. MAQATE nümayəndələrinin Tehranda apardıqları danışıqlar nəticəsiz olub.

AZADİNFORM. BMT soyuqdan əzab çəkənlərə kömək üçün Ukraynaya 100 min dollar yardım verib.

AZADİNFORM. Venesuela prezidenti Uqo Çaves yenidən əməliyyat olunacaq.

AZADİNFORM. Çinin vitse-prezidenti Tsu Jinpinq Türkiyədədir. Üç gün sürəcək görüşlər zamanı qarşılıqlı, regional məsələlər yer alacaq. Gündəlikdə əsas məsələ isə Suriyada davam edən iğtişaşlardır.

AZADİNFORM. ABŞ Dövlət Departamenti Türkmənistanda keçirilən prezident seçkilərinin qeyri-azad və ədalətsiz olduğunu bildirib. “Azadinform” “İTAR TASS”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.

 
1 səhifə 147-dən (dan) 1 2 3 4 5 > >>
 Xəbər lenti
22.02.2012
 Arxiv
«Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
© 2012 All right reserved www.danneo.com Powered by Danneo