Günel Əbilova/AZADİNFORM. Türklərlə ancaq tank vasitəsilə danışmaq lazımdır. Azadinform DHA-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanda müxəlifəti təmsil edən Xalq Partiyasının sədri Tiqran Karapetyan deyib.

AZADINFORM. Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putinin reytinqi ən minimal həddə çatıb. Bu barədə «Azadinform» «Vedemosti»yə istinadən məlumat yayıb.

AZADINFORM. İtaliyanın vergi polisi Roma, eləcə də Kalabriya, Lombardiya və Kamraniyada irimiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində mafioz qruplaşmasının aktivləri həbs edilib.

AZADİNFORM. Adı seksual qalmaqalda hallanan Nevadadan olan senator Con Ensayn vəzifəsindən getdiyini bəyan edib. Azadinform Associated Pressə istinadən xəbər verir ki, senator bu barədə məktubu vitse-prezident Co Baydenə çatdırıb. Məhz bundan sonra da onun istefası rəsmiləşmiş olacaq.

AZADİNFORM. Yaponiya hökuməti gələn ilin dövlət büdcəsinə 50 milyard dollar əlavələr edilməsi barədə qərar qəbul edib. Bu barədə “Azadinform” Yaponiyanın «Kiodo» agentliyinə istinadən xəbər verir.

AZADINFORM. Suriyanın Dövlət televiziyası bu gün rəsmən elan edib ki, prezident Bəşər Əsəd fövqəladə vəziyyətin ləğvi barədə dekret imzalayıb. Bu hal 1963-cü ildən ölkədə qüvvədə idi.

AZADINFORM. Birləşmiş Ştatların dünya şöhrətli «Time» jurnalı 2011-ci ilin ən nüfuzlu şəxslərinin siyahısını dərc edib. Bu dəfə siyahıya Misir inqilabının koordinatoru Vael Qonim də düşüb.

Mübariz Aslanov/AZADİNFORM. Son vaxtlar Dağlıq Qarabağ məsələsində Ermənistana ciddi təzyiqlər var və bu səbəbdən rəsmi İrəvanın mövqeyində yumşalmalar gözlənilir. Lakin beynəlxalq ictimaiyyət unutmasın ki, münaqişənin həlli İrəvanın yox, Xankəndinin mövqeyindən asılı olacaq.

Günel Əbilova/AZADİNFORM. İraq məhkəməsi Səddam Hüseynin 3 yaxın adamını edam etmək qərarı çıxarıb.

AZADINFORM. Bu gün Misir məhkəməsi eks-prezident Hüsnü Mübarək və onun xanımı Suzannanın adının ictimai yerlərdən götürülməsi barədə qərar çıxarıb. “Azadinform” “Əl-Cəzirə”yə istinadən məlumat yayıb ki, qadağa park, küçə, meydan, məktəb, kitabxana və digər obyektlərə şamil olunacaq.

AZADINFORM. Liviyada üsyançılarla döyüşdə məğlub olan hökumət qüvvələrinin əsgər və zabitlərindən ibarət bütöv bir hərbi birləşmə Tunisin hakimiyyət orqanlarına təslim olub.

Günel Əbilova/AZADİNFORM. Ermənistan-Türkiyə sərhəddində radioaktiv toz buludu qorxusu yaşanıb. Azadinform Türkiyənin Milliyət qəzetinə istinadən xəbər verir ki, İrəvanın Türkiyə ilə sərhəddində, İqdırın 30-km-lik məsafəsində Metsamor AES-ində radioaktiv sızıntıların olması İrəvan və qərb bölgələrinin narahatlığına səbəb olub. İrəvan və onun ətrafında bir sıra şəhərlərdə müşahidə olunan toz buludları nəfəs almağı çətinləşdirərək radiaktiv maddələrin olması xəbərlərinin yaranmasına səbəb olub.

AZADİNFORM. Misirin yeni hakimiyyət nümayəndələri eks-prezident Hüsnü Mübarək ailəsinə məxsus olduğu bildirilən 40 daşınmaz əmlak aşkar etdiklərini bildiriblər. Onların ümumi dəyəri 147 milyon dollardır. Bu barədə məlumatı “Azadinform” “mignews.com”a istinadən məlumat yayıb.

Günel Əbilova/AZADİNFORM. ABŞ prezidenti Barak Obama kompüter texnologiyalarının mərkəzi rəmzinə çevrilən ABŞ-ın Silikon (silisium) Vadisində Facebookun yaradıcısı 26 yaşlı Mark Zuckerberglə görüşüb.

AZADINFORM. Sərsəm bəyanatları ilə Rusiyada və dünyada özünə qeyri-ciddi siyasətçi imici qazandıran Liberal-Demokrat Partiyasının lideri, Dumanın vitse-spikeri Vladimir Jirinovskidən növbəti ağılsız bəyanat.

AZADİNFORM. Yaxın vaxtlarda oğru aləminin ən parlaq nümayəndələri Ermənistana təşrif buyuracaqlar. «Azadinform» «GHN»a istinadən xəbər yayıb ki, onlar yeni «qanuni oğru» titulunun verilməsi məsələsini müzakirə edəcəklər.

AZADINFORM. Bu gün Qırğızıstan parlamentinin iclası qeyri-adi qaydada başlayıb. Belə ki, deputatlar iclası şər qüvvələrin qovulması ayini ilə başlayıblar. «Azadinform» «İA «24.kg» istinadən xəbər verir ki, şər qüvvələrin parlament iclasından qovulması üçün deputatlar qurban kəsiblər. Qurban qismində isə 7 qoyun seçilib. Maraqlıdır ki, onların harada kəsildiyinə aydınlıq gətirilməyib. Hər halda yəqin ki, parlament binası olmayıb.

AZADINFORM. Yaponiyanın hakimiyyət orqanları «Fukusima” AES ətrafındakı əraziləri qadağan zonası elan edib. AES ətrafında 20 kilometr əraziyə daxil olmaq qadağandır. «Azadinform» bu barədə məlumatı «Lenta.ru»ya istinadən yayıb. Hökumət belə bir qərara polisin AES ərazisinə yaxın 20 km radiusda 60 ailəni aşkar etməsindən sonra gəlib. Onlar evakuasiya barədə qərara məhəl qoymayaraq öz evlərini tərk etməkdən imtina ediblər.

AZADİNFORM. Liviyada gedən hərbi əməliyyatlar zamanı britaniyalı fotoreportyor və rejissor Tim Heterinqton həlak olub. O, Liviyanın Misrata şəhərində qiyamçılarla hökumət qoşunları arasında döyüş zamanı öldürülüb.

Günel Əbilova/AZADİNFORM. Rusiyanın azalan nüfuzunu nizamlamaq məqsədiylə demoqrafik göstəricilərə diqqət yetirməliyik. “Azadinform” Cihan agentliyinə sitinadən xəbər verir ki, bu sözləri Rusiyanın baş naziri Vladimir Putin deyib.

 
953 səhifə 958-dən (dan) << < 949 950 951 952 953 954 955 956 957 > >>
 Xəbər lenti
20.11.2017
 Arxiv
Noy.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo