AZADİNFORM. Misir Daxili İşlər Nazirliyi üzünü qırxmaqdan imtina edib, işə saqqallı çıxan bir neçə polisi işindən azad edib.

AZADİNFORM. Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kan yenidən həbs olunub.

AZADİNFORM. ABŞ dövlət katibi Hillari Klinton Suriyaya təzyiqlərin artırılacağını söyləyib. “Azadinform” CNN-ə istinadən xəbər verir ki, Meksikanın Los Cabos şəhərində G-20 ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında çıxış edən Klinton Tunisdə keçiriləcək “Suriyanın dostları” konfransıyla Əsəd rejiminin daha da yalnızlaşacağını söyləyib. Rusiya və Çinin səhv qərarlar verdiyini bildirən dövlət katibi bu ölkələrlə Suriya ilə bağlı müzakirələri davam etdirəcəyini bildirib.

AZADİNFORM. Əfqanıstanda beynəlxalq qüvvələrə komandanlıq edən amerikalı general Con Allen üzrxahlıq edib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, üzrxahlığa səbəb NATO hərbi qulluqçularının müsəlmanların dini kitablarını, o cümlədən “Quran”ı təhqir etməsi ilə bağlı yeni məlumatlardır.

AZADİNFORM. Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, ABŞ onun ölkəsinə ərazilərin qorunması məsələsində kömək edəcək. 

AZADİNFORM. Avrozonaya daxil olan ölkələrin maliyyə nazirləri Yunanıstanın defoltdan qurtulması proqramı çərçivəsində bu ölkəyə beynəlxalq maliyyə yardımı verməklə bağlı razılığa gəliblər.

AZADİNFORM. Monako şahzadəsi 24 yaşlı Pierre Kasiraqi Nyu-Yorkdakı gecə klublarından birində dava etdikdən sonra xəstəxanaya yerləşdirilib.


AZADİNFORM. Beynəlxalq Qırmızı Xaç Komitəsi Suriya rəsmiləri ilə humanitar yardım çatdırmaqdan ötrü atəşi kəsməsi üçün danışıqlar aparır.

AZADİNFORM. Pakistanda Amerika əleyhinə növbəti etiraz aksiyası keçirilib. “Azadinform” RİA “Novosti”yə istinadən xəbər verir ki, paytaxt İslamabadda baş tutan aksiyada yüzlərlə etirazçı iştirak edib.

21.02.2012
Belqradı su basıb

AZADİNFORM. Dunay çayında buzun əriməsi nəticəsində Belqradda qayıqlar, üzən gəmi-restoranlar və ponton körpülər dağılıb. Son həftələr ərzində kəskin soyuq hava şəraiti nəticəsində Avropanın ən böyük çayını qalın buz örtüyü bağlamışdı. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, temperaturun artması nəticəsində buz sürətlə əriməyə başlayıb. Paytaxt Belqradda qayıqlar biri-birinə çırpılıb, xəsarət alanlar barədə xəbər yoxdur.

AZADİNFORM. Qazaxıstanın Yanaozen şəhərində ötən ilin dekabrındakı toqquşmalara görə tutulan fəallar hələ də həbsdədirlər.

AZADİNFORM. İran nüvə obyektlərinə mümkün hücumların qarşısını almaq üçün 4 günlük hərbi təlimlərə başlayıb.

AZADİNFORM. Gürcü milyarder Bidzini İvanişvilinin arvadı Yekaterina Xvedelidze prezident Mixail Saakaşvilini məhkəməyə verib. O, prezidentdən 20 min lari (12 min dollar) mənəvi təzminat tələb edir. İttihamın səbəbi Mixail Saakaşvilinin əmri ilə İvanişvili və arvadının Gürcüstan keçən il Gürcüstan vətəndaşlığından məhrum edilməsidir.

AZADİNFORM. İsveçdə 2 aya yaxın qar altında qalmış 45 yaşlı kişi xilas edilib. Söz deməyə taqəti olmayan 45 yaşlı kişi bildirib ki, o, qarın altında avtomobilində dekabrın 19-dan qalıb.

AZADİNFORM. Gürcüstan polisi keçmiş parlament üzvü Valeri Qelbaxianini dörd il əvvəl ölkədə çevriliş cəhdi göstərmək ittihamı ilə həbs edib. “Azadinform” xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi xəbər verib. Siyasətçi hökuməti güclə devirmək planında iştirakda ittiham olunur.

AZADİNFORM. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) ekspertləri nüvə proqramı ilə bağlı danışıqları davam etdirmək üçün bu gün İrana gedib.

AZADİNFORM. ABŞ-ın Vaşinqton ştatında baş verən qar uçqunu nəticəsində 3 adam ölüb, 8 nəfər itkin düşüb. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, yerli polisin verdiyi məlumata görə, hadisə Stivens-Pass dağ kurortunda baş verib.

AZADİNFORM. Koreya yarımadasında vəziyyət yenidən gərginləşir.

AZADİNFORM. “Nabucco” konsorsiumu “Nabucco” qaz kəmərinin gücünün və uzunluğunun azaldılması imkanlarını nəzərdən keçirir. 

AZADİNFORM. ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Martin Dempsi “CNN” telekanalına bildirib ki, İsrailin İrana zərbə endirmək imkanı var. Ancaq  İrana hərbi müdaxilə Yaxın Şərq regionunda qeyri-sabitlik yarada bilər.

 
900 səhifə 1048-dən (dan) << < 896 897 898 899 900 901 902 903 904 > >>
 Xəbər lenti
20.02.2018
 Arxiv
Fev.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728    
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo