Taksim meydanında keçirilən “Duran adam” aksiyasının yeni bir etiraz şəkli olmadığı aşkarlanıb. Belə ki, Türkiyənin tanınmış aktyoru, detektivdən tarixi filmlərə, komediyadan macəra filmlərinə qədər çəkildiyi 310-a yaxın kinoda özünü müxtəlif janrlarda nümayiş etdirən Cüneyd Arkın sən demə 34 il əvvəl Taksim meydanında ilk “Duran adam” olub. 

İyunun 19-da ABŞ prezidenti Barak Obama ölkəsinin və Rusiyanın nüvə arsenalını üçdə birədək azaltmağa təklif edib.

Amerika Birləşmiş Ştatları və Rusiya kibertəhlükəsizlik paktını imzalayıb. Ağ Evin açıqladığı birgə bəyanatda Birləşmiş Ştatlar prezidenti Barak Obama və rusiyalı həmkarı Vladimir Putin paktı, iki ölkənin təhlükəsizliyinin təminatı üçün mühüm əhəmiyyət kəsb edən sənəd adlandırıb.

AZADİNFORM. Əfqanıstanın paytaxtı Kabilə 50 kilometrlik məsafədə yerləşən Bagram hərbi aeroportuna edilən hücum nəticəsində 4 Amerikalı əsgər həlak olub. “Azadinform” xəbər verir ki, bu barədə məlumatı Amerika mətbuatı yayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Həmas” hərəkatının siyasi bürosunun baş katibi Xalid Məşal və Fələstinin Qəzza zolağındakı hökumətinin başçısı İsmayıl Həniyəni qəbul edib.

Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton Yaxın Şərq səfərinə Livandan başlayıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Livan səfəri çərçivəsində Eşton bu ölkənin prezidenti Mişel Süleyman və parlament sədri Nəbih Berri ilə görüşüb. 

Əfqanıstan hökuməti Qətərdə "Taliban"la danışıqlar aparmağa razıdır. Bunu Əfqanıstan dövlət başçısı şəxsən bəyan edib. 

AZADİNFORM. Böyük 8-lər ölkələrinin Şimali İrlandiyada keçirilən sammitində Suriya məsələsindəki fikir ayrılıqlarının aradan qaldırılması və ümumi mövqe gəlinməsində razılıq əldə olunub. "Azadinform" xəbər verir ki, sammitin yekununda qəbul edilən sənəddə münaqişənin siyasi danışıqlar yolu ilə həll edilməsi, Suriya rejiminin kimyəvi silah işlətməsinin mümkünlüyü ilə bağlı istintaq aparılması və Suriya xalqına 1,5 milyard dollar yardım ayrılması nəzərdə tutulur.

İranın xarici işlər nazirinin I müavini Abbas Əraqçı “Gəzi parkı” hadisələrinin Türkiyənin daxili işi olduğunu və digər dövlətlərin bu olaylara müdaxilə etmək haqqının olmadığını söyləyib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o ümid edib ki, Ankara tezliklə yaranan problemi sülh yolu ilə həll edəcək.

“Mən utanıram. Ona görə ki, məhdudlaşdırılmış maliyyələşmə üzündən bu il xaricə oxumaq üçün cəmi 30-40 nəfər göndərə bilmişəm”. Halbuki əvvəlki illərdə hökumətimiz xaricə minlərlə tələbə göndərirdi. ANS PRESS-in gürcü mətbuatına istinadən yaydığı məlumata görə, bu sözləri tələbələrlə görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib. İvanişvili hökumətinin təhsil siyasəti ilə razı olmadığını deyən prezident istənilən halda islahatların davam etdirilməsinin vacibliyini vurğulayıb. 

İran və Suriya arasında iqtisadi sahədə iki əməkdaşlıq sazişi imzalanıb. 

Rusiya prezidenti Vladimir Putin İranda yeni dövlət başçısı seçilməsinin ölkənin nüvə probleminin həllinə səbəb olacağına ümid edir.

"Əl-Qaida" silahlı qruplaşma yüksək rütbəli komandirlərindən birinin həyatını itirdiyini təsdiqləyib. ANS PRESS-in “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, qrupun bəyanatında Əbdülhəmid Əbu Zeydin Malinin şimalında Fransa və Çad qüvvələri ilə döyüş zamanı həlak olduğu deyilir. Bəyanatda həmçinin başqa bir Əl-Qaida lideri Abdullah Əl-Çinqittinin həlak olduğu da bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Türkiyəyə getməməyi tövsiyə edib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya XİN sözçüsü Aleksandr Lukaşeviç keçirdiyi mətbuat konfransında açıqlama verib.

Çexiya hökumətinin başçısı Petr Neças yaxın ətrafı ilə bağlı qalmaqalın fonunda ölkə prezidenti Miloş Zemana istefa ərizəsi ilə rəsmi müraciət edib. APA-nın xəbərinə görə, bu barədə ÇTK agentliyi məlumat yayıb.

Son zamanlar Türkiyədə baş verən hadisələr baş nazir Rəcəb Tayyib Ərdoğanın reytinqinə təsir edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə keçirilən rəy sorğuları zamanı AK partinin reytinqi 35,3 faiz geriləyib.Bununla belə Əpdoğanın partiyası siyahıya liderlik edir.

İranın yeni seçilmiş prezidenti Həsən Ruhani iyunun 27-də yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib.

Türkiyədə 20 gündür davam edən Gezi parkı hadisələrinin ölkə iqtisadiyyatına verəcəyi zərərin 25 milyard dollar olacağı təxmin edilir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkədəki sahibkarlar zərərlə işlədiklərini açıqlayıblar.

Dünya ölkələrinin əksəriyyəti Türkiyəni güclü görmək istəmir. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

ABŞ Milli Təhlükəsizlik Agentliyi 2009-cu ildə Rusiya prezidenti Dmitri Medvedevin “G20” sammitinə qatılmaq məqsədilə Londona səfəri zamanı onun telefon danışıqlarını dinləməyə cəhd göstərib.

 
716 səhifə 1087-dən (dan) << < 712 713 714 715 716 717 718 719 720 > >>
 Xəbər lenti
22.04.2018
21.04.2018
 Arxiv
Apr.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo