AZADİNFORM. Serbiyada müxalifətdə olan Tərəqqipərvər Partiyasının lideri Tomislav Nikoliç rəqibi Boris Tadiçi mayın 6-da keçirilmiş prezident seçkilərini saxtalaşdırmaqda ittiham edib.

AZADİNFORM. Böyük Britaniyada dövlət sektorunun işçiləri 24 saatlıq tətilə çıxıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, onlar pensiya fondu da daxil olmaqla hökumətin kəskin iqtisadi tədbirlər planına etiraz edirlər. Həmkarlar İttifaqının məlumatına görə, aksiyada 400 min adam iştirak edəcək.

AZADİNFORM. Türkiyə baş nazir Rəcəb Tayyib Ərdoğan Fransanın yeni prezidenti Fransua Ollanda zəng edib. Ərdoğan Ollandı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Baş nazir Türkiyənin ən çox əhəmiyyət verdiyi ölkələr arasında yer alan Fransayla əlaqələr baxımından yeni dövrdən ümidli olduğunu bildirib.

AZADİNFORM. Misirdə prezident seçkiləri kampaniyasında ölkə tarixində ilk hal yaşanıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, prezidentliyə iki güclü namizəd - Abdümunim Əbu Əl Fütuh və Amr Musa iki ayrı televiziya kanalının canlı yayımladığı debatda qarşı-qarşıya gəlib. İki namizəd debatda onlara verilən 24 suala (hər bir suala 2 dəqiqə olmaqla) cavab verib, daha sonra isə bir-birilərinə suallar ünvanlayıblar.

AZADİNFORM. Bu gün Əlcəzairdə parlament seçkisi keçirilib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, seçkidə mötədil islamçıların qalib gələcəyi gözlənilir.

AZADİNFORM. Ermənistanın hərbi hissələrindən birində Samvel Avetisyan adlı hərbçi öz avtomatı ilə boğazına atəş açıb. Bəzi məlumatlara görə, adıçəkilən şəxsi başqa bir adam güllələyib.

AZADİNFORM. İndoneziyada qəzaya uğramış Rusiya təyyarəsində 45 nəfər olub. “Azadinform” “İTAR TASS”-a istinadən xəbər verir ki, bu barədə Moskvada jurnalistlərə “Suxoy mülki təyyarələr” şirkətinin prezidenti Vladimir Prisyanyuk məlumat verib. Onun sözlərinə görə, onlardan 8-i Rusiya, 1-i Fransa, 1-i ABŞ, 2-si İtaliya, 33-ü isə İndoneziya vətəndaşıdır.


AZADİNFORM. Beynəlxalq Qızıl Xaç Komitəsi Pakistanın Pişəvar və Karaçi şəhərlərində fəaliyyətini dayandırıb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, qərar təşkilatla əməkdaşlıq edən britaniyalı həkimin bu günlərdə Pakistanda öldürülməsindən sonra qəbul edilib.

AZADİNFORM. Yunanıstanın Peloponnes yarımadasında bu yay Londonda keçiriləcək Olimpiya oyunlarının alovu götürülüb. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin sədri Jak Roq və London Olimpiya komitəsinin rəhbəri Sebastiyan Koe iştirak ediblər. Koe çıxışında Olimpiya ənənələrini qoruyub saxlayacağını vəd edib. Jak Roq isə çıxışında bunun dostluq, qardaşlıq və sülh rəmzi olduğunu deyib.

AZADİNFORM. Bu gün Kreml rəsmi olaraq təsdiqləyib ki, Rusiyanın yeni seçilmiş prezidenti “Böyük Səkkizlər”in Vaşinqtonda bu ayın sonuna gözlənilən sammitində iştirak etməyəcək.


AZADİNFORM. Ermənistan Milli Konqresinin izdihamlı mitinqində çıxış edən partiya funksioneri Qrant Baqdasaryan bildirib ki, hakimiyyət seçkilərin saxtalaşdırılması üçün 25 milyon dollar pul xərclənib:

AZADİNFORM. ABŞ-da eyni cinsdən olanların nikaha girmələrinə icarə verilməlidir.  “Azadinform”  “Lenta.ru”ya istinadən xəbər verir ki, bu bəyanatla Birləşmiş Ştatlar prezidenti Barak Obama ABC telekanalının efirində çıxış edib.

AZADİNFORM. Misirin inzibati məhkəməsi mayı 23-24-də keçirilməli olan prezident seçkilərinin dayandırılması barədə qərar qəbul edib.

 
AZADİNFORM. Yunanıstanda yeni hökumətin formalaşdırılmasına dair növbəti danışıqlar da uğursuzluqla nəticələnib. “Azadinform” “Lenta.ru”ya istinadən xəbər verir ki, mayın 6-da keçirilən parlament seçkisinin nəticələrinə əsasən yeni hakim koalisiyanı yaratmaq istəyən "SİRİZA" Partiyasının lideri Aleksis Çipras digər partiyalarla razılığa gələ bilməyib.

AZADİNFORM. “Anonymous” qrupu Kremlin və Rusiya Prezident Administrasiyasının internet səhifələrinə hücum edib. Mayın 7-də and içərək vəzifəsinin icrasına başlayan Vladimir Putinə etiraz edən hakerlərin hücumundan sonra rəsmi qurumların saytlarına bir saat ərzində daxil olmaq mümkün olmayıb.

 
AZADİNFORM. Amerika mətbuatında gedən xəbərlərə əsasən, “ Əl-Qaidə”nin Yəməndə fəaliyyət göstərən qrupundan ABŞ-a uçan təyyarəni partlatmaq tapşırığı alan şəxs iki ölkə üçün işləyən məxfi agent olub.

AZADİNFORM. Serbiyada prezident Boris Tadicin Liberal Demokrat Partiyası ilə sosialistlər koalisiya haqqında razılığa gəliblər. Yeni hökumətin strateji məqsədi Avropa Birliyinə üzv olmaqdır.

AZADİNFORM. Polşa prezidenti Bronislav Komorovski Ukrayna hakimiyyətini siyasi qərarlara görə həbs cəzası nəzərdə tutulan qanunu tezliklə ləğv etməyə çağırıb.

AZADİNFORM. İndoneziyada qəzaya uğramış “Superjet” 100 təyyarəsinin axtarışı hələlik heç bir nəticə verməyib.

AZADİNFORM. Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun müalicəsi azı 1 ay sürəcək. Bunu almaniyalı həkim Lutz Harms Xarkov xəstəxanasında Timoşenkonu müayinə etdikdən sonra jurnalistlərə açıqlamasında deyib. “Azadinform” “Rosbalt”a istinadən xəbər verir ki, o, artıq müalicənin təyin edildiyini və hazırda Timoşenkonun aclıq vəziyyətindən çıxarıldığını bildirib.

 
5 səhifə 193-dən (dan) << < 1 2 3 4 5 6 7 8 9 > >>
 Xəbər lenti
18.05.2012
 Arxiv
«May.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
© 2012 All right reserved www.danneo.com Powered by Danneo