AZADİNFORM. Çinin cənub-qərbində yüzlərlə adam maşınları çevirib və polisə hücum edib. İğtişaşlar təhlükəsizlik qüvvələri küçə satıcısını ölənədək döydükdən sonra baş verib. «Azadinform» Çin mediasına istinadən xəbər verir ki, insident Quijou vilayətindəki Anşun şəhərində baş verib. «Şinxua» xəbər agentliyi zorakılıqlarda 30-a yaxın nümayişçinin və 10 polisin yaralandığını bildirib.
|
AZADİNFORM. İran prezidenti Mahmud Əhmədinejad İnqilab Qvardiyasının komandirlərindən biri Rüstəm Qasimini neft sənayesi naziri təyin edib.
|
AZADİNFORM. Rusiyanın Omsk vilayətində valideynləri yeni doğulan qız uşağını ölkə prezidenti Dmitri Medvyedevin şərəfinə adlandırıblar. Uşağa Medmiya adı verilib.
|
AZADİNFORM. Norveç polisi bu gün paytaxt Oslodakı mərkəzi dəmir yol stansiyasında avtobusda şübhəli çemodan aşkar edib. «Azadinform» «Lenta.ru»ya istinadən məlumat yayıb ki, buna baxmayaraq, heç bir təhlükə olmadığı bildirilib.
|
AZADİNFORM. Məşhur maliyyəçi Corc Soros qiymətli kağızlar fonduna rəhbərlik karyerasını bitirir və fonda yatırılmış bütün vəsaitləri investorlara geri qaytarmağa hazırlaşır.
|
AZADİNFORM. Daha bir konqresmen seks qalmaqalı üzündən istefaya getməyə məcbur olub. Oreqon ştatından olan Tayvan əsilli konqresmen Devid Vu elan edib ki, 18 yaşlı qadının onunla istəmədən seksual münasibətə girməsi ilə bağlı dedikləri onu istefaya məcbur edib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, 56 yaşlı Devid Vunun bəyanatında deyilir ki, bu ittihamlara qarşı özünün müdafiəsini qurmaq üçün istefaya gedir.
|
AZADİNFORM. Rusiyanın baş naziri Vladimir Putin deyib ki, Moskva ordunun modernləşməsi və müasir silahlarla təmin olunması üçün hərbi xərcləri artıracaq.
|
AZADİNFORM. Prezident Barak Obamanın administrasiyası Rusiyada həbsdə ölən vəkil Sergey Maqnitskinin işi ilə bağlı məmurlara ABŞ-a viza verilməsinə qadağanı qəbul edib.
|
AZADİNFORM. Misirin dövlət xəbər agentliyi MENA məlumat verir ki, hospitalda olan və gələn həftə məhkəmə qarşısına çıxarılacaq keçmiş prezident Hüsnü Mübarək zəifləyib və yeməkdən imtina edib.
|
AZADİNFORM. Gürcüstanın ən iri ticarət tərəfdaşı Türkiyə, Azərbaycan və Ukraynadır. «Azadinform» «Armenia Today» ə istinadən xəbər verir ki, Türkiyə ilə ticarətin həcmi - 671 mln. dollar, Azərbaycanla 442, Ukrayna ilə isə 425 mln. dollardır. Bu sözləri hökumətin yarımillik fəaliyyətinə həsr olunmuş iclasda baş nazir Nika Qilauri bildirib.
|
AZADİNFORM. Senatın Beynəlxalq Münasibətlər Komitəsi ermənipərəst senator Robert Menendezin xahişi ilə ABŞ prezidenti tərəfindən Ermənistana səfir vəzifəsinə irəli sürülmüş Con Heffernin namizədliyi ilə bağlı qərarın çıxarılmasını təxirə salıb. «Azadinform» «News.am»a istinadən xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin (ANKA) yaydığı məlumata görə, iclasa sədrlik edən komitə sədri Con Kerri bildirib ki, bu, qərar senatorlara Heffernin namizədliyi ilə bağlı daha ətraflı tanış olman üçün atılıb. Bu səbəbdən də onun nominasiyası başqa vaxta salınıb.
|
AZADİNFORM. Əfqanıstanın ikinci böyük şəhəri hesab edilən Qəndəhar şəhərinin meri öldürülüb. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, Qulam Heydər Həmidi sui-qəsd nəticəsində qətlə yetirilib. İlkin məlumatlara görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. O, həmin partlayıcını çalmasında gizlədibmiş.
|
AZADİNFORM. Birləşmiş Ştatların Birminhem şəhər məhkəməsi prezident Barak Obamanı öldürməklə hədələməsinə görə Özbəkistan vətəndaşı 22 yaşlı Uluqbəy Kodirova qarşı ittiham irəli sürüb.
|
AZADİNFORM. İran saytları məlumat verir ki, keçmiş prezident Məhəmməd Xatəmiyə ölkəni tərk etmək qadağan olunub. «Azadinform» un məlumatına görə, «Jahan-News» saytı adını açıqlamadığı mənbələrə istinadən xəbər verir ki, Xatəmi Avropaya uşaqlarının yanına getməyi planlaşdırıb. O həm də İrlandiyada keçiriləcək siyasi seminara qatılacaqmış. Mənbənin məlumatına görə, yerli hakimiyyət Xatəmiyə ölkəni tərk etməyə icazə verməyib. Saytın məlumatı rəsmi təsdiqlənməyib.
|
AZADİNFORM. Norveç polisi bəyan edib ki, 76 adamı öldürən Anders Bering Breyvikin kirayə etdiyi və bomba gizlədilən fermanı tapıb zərərsizləşdiriblər.
|
AZADİNFORM. Norveçin ədliyyə naziri Storberget 76 adamı öldürən Breyvikin həbsi zamanı polisin gördüyü işi fantastik adlandırıb. Nazir bununla da polisin ünvanına səslənən tənqidlərə cavab verib.
|
AZADİNFORM. Mərakeşdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində 78 nəfər ölüb. Təyyarədəki sərnişinlərin dəqiq sayı açıqlanmır. Hadisə yerinə gələn xilasedicilər cəmi 4-5 nəfəri sağ tapıblar. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, C-130 hərbi nəqliyyat təyyarəsi Qulimin şəhəri yaxınlığında dağa çırpılıb.
|
AZADİNFORM. BMT-nin Dünya Ərzaq Proqramı bildirib ki, bu gün təyyarələrlə Somaliyə ərzaq göndərilməyə başlanacaq. «Azadinform» BBC-yə istinadən xəbər verir ki, ehtimala görə, Somalidə 3 milyon 700 min adam aclıq keçirir. Bu da əhalinin üçdə biridir. Somalidə aclıq Şərqi Afrikada son 60 ildə baş verən ən güclü quraqlıqla bağlıdır.
|
AZADİNFORM. Ermənistan hakimiyyətinin və müxalifətinin nümayəndələri bu gün dialoqa başlayırlar. Bu, ilk belə dialoqdur.
|
AZADİNFORM. ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisi Maykl Müllen ölkəsinin PKK terror təşkilatı ilə mübarizədə Türkiyəyə dəstəyinin hər zaman davam edəcəyini bildirib.
|
|
|