AZADINFORM. Əfqanıstandakı koalisiya qüvvələrinin komandanlığı yerli qiyamçı dəstələrin ən nüfuzlu şəxslərindən birinin aradan götürüldüyünü bəyan edib. Əbu Həfsə əl-Nədci adlı Səudiyyə Ərəbistanından olan terrorçunun aprelin 13-də Kunar vilayətinin bombalanması zamanı qətlə yetirildiyi xəbər verilir.

AZADINFORM. Liviya lideri Müəmmar Qəddafinin oğlu Seyf əl-islam Qəddafi NATO-nu atasını öldürmək cəhdində günahlandırıb. Onun sözlərinə görə, Tripolinin hakimiyyət orqanları Qərbin diktəsi ilə oturub durmayacaq. Bu barədə «Azadinform» «MIGnews.com» istinadən məlumat yayıb.

AZADINFORM. Yerevan meriyası Erməni Milli Konqresinə Azadlıq meydanında mitinq keçirməyə icazə verib. EMK-nin mətbuat xidmətinin yaydığı xəbərə görə, müxalifətin aksiyası aprelin 28-də Yerevanda keçiriləcək.

AZADINFORM. Kompyuter arxasında həddən artıq çox oturmaq bağırsaq xərçənginə tutulmaq riskini artırır. 10 il gün ərzində bütün günü kompyuter arxasında oturan şəxs bu xəstəliyə düçar olmaq şansını artırmış olur.

AZADINFORM. İran, Türkiyə, Suriya və İraq Avropa ölkələri arasında mövcud olan «Şengen» tipli viza sistemini öz aralarında yaratmaq niyyətindədirlər. «Armenia Today»in məlumatına görə, bunu İranın turizm nazirinin müavini Şahbaz Yezdi bildirib. Onun sözlərinə görə, vahid vizaların verilməsi qaydaları üzərində iş aparılır.

AZADINFORM. Misirin sabiq prezidenti Hüsnü Mübarəkin şəriki 100 çemodan qızıl ilə tutulub. Misirin sabiq prezidenti Hüsnü Mübarəklə yaxın əlaqələrinin olduğu deyilən Hüseyn Saləm Qahirə Beynəlxalq Hava limanında içi qızıl və gümüşlə dolu olan 100 çemodanla saxlanılıb.

AZADINFORM. Xorvatiyada adalardan biri məşhur sosial şəbəkə - Facebook adlandırıla bilər. Bu barədə «Azadinform» RİA «Novosti»yə istinadən məlumat yayıb.

Günel Əbilova/AZADİNFORM. Rusiya prezidenti Dmitri Medvedyev Kremldəki postundan ayrılandan sonra karyerasına müəllim kimi davam edəcək. Azadinform xəbər verir ki, Moskavda yayımlanan Dojd televiziyasına qonaq olan D.Medvedyev ikinci dəfə prezident seçilməyi ilə bağlı ona çoxlu suallar verildiyini, niyə Kremldən sonra nə işlər görəcəyim barədə keç kimin maraqlanmadığını soruşub.

AZADINFORM. Venesuela prezidenti Uqo Çaves ölkədə minimum əmək haqqının üç dəfə artırılması barədə qərar verib. Bundan sonra minimum əmək haqqı 360 dollar təşkil edəcək.

AZADINFORM. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obamanın hansı səbəbdən qondarma soyqırımı ifadəsini dilinə gətirmədiyini açıqlayıb.

AZADINFORM. İndiki siyasi vəziyyət davam edərsə, onda ilin sonuna kimi Ermənistanı 300 minə yaxın insan tərk edə bilər. «Azadinform» bu barədə məlumatı «Aykakan Jamanak» qəzetinə istinadən yayıb.

AZADINFORM. Misirin sabiq prezidenti Hüsnü Mübarəkin yüzlərlə tərəfdarı Qahirənin mərkəzinə toplaşıb. Onlar siyasi liderlərindən ittihamların götürülməsini tələb ediblər.

AZADINFORM. ABŞ Dövlət Departamenti öz vətəndaşlarını Özbəkistana getməməyə çağırıb. Departamentin yaydığı bəyanatda bu ölkədə terror aktlarının baş vermə ehtimalının yüksək olduğu bildirilib.

AZADINFORM. Suriyanın təhlükəsizlik qüvvələri aprelin 26-na keçən gecə bütün ölkə boyu həbslər həyata keçirib. Məlumata görə, ən azı 500 nəfər həbs edilib.

AZADINFORM. «Virciniya ştatının penitensiar sistemi həbsdə saxlanılan müsəlmanların saqqal saxlamamaq barədə qərarı ilə onların dini hüquqlarını pozmur». Bu, ştatın məhkəmə orqanlarının çıxardığı qərarda öz əksini tapıb.

AZADINFORM. Türkmənistanın ümumtəhsil məktəblərinin məzunları bundan sonra «Ruhnamə»dən imtahan verməli olmayacaqlar. Eks-prezident Saparmurad Niyazovun müəllifi olduğu bu kitabdan imtahanın qadağan olunması barədə qərarı Təhsil Nazirliyi qəbul edib.

AZADINFORM. Birləşmiş Ştatların keçmiş dövlət katibi Kondoliza Rays indi də özünü aktyor kimi sınamaq qərarına gəlib. O, Amerikanın populyar seriallarından birində rol alıb.

AZADINFORM. Ermənistanda əhalinin 54 faizi yaşamaq üçün mübarizə aparır. 34 faiz əzab çəkdiyini, cəmi 12 faizi həyatının firavan keçdiyini bildirib.

AZADINFORM. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İnterpol tərəfindən axtarışda olan cinayətkarı həbs ediblər. Qərbi Avropada bir sıra qətllər həyata keçirmiş bu şəxs 42 yaşlı Tiqran Arutyunyandır. İnterpol əməkdaşları il yarım idi ki, erməni killerin axtarışında idilər və yalnız bu yaxınlarda onun izinə düşməyə müvəffəq olublar.

AZADINFORM. Suriya prezident Bəşər Əsəd ölkənin quru və dəniz sərhədlərinin qapadılması barədə əmr verib. İlk növbədə Suriyanın İordaniya ilə sərhədləri bağlanıb.

 
1343 səhifə 1350-dən (dan) << < 1339 1340 1341 1342 1343 1344 1345 1346 1347 > >>
 Xəbər lenti
24.05.2019
 Arxiv
May.2019
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2019 All right reserved www.azadinform.az Powered by Danneo