Aytən İmanova/AZADİNFORM. Bu ildən Gürcüstanda yaşan azərbaycanlı uşaqlar da yay düşərgələrində dincələ biləcək. Bu barədə “Azadinform” gürcü mətbuatına istinadən xəbər verir.

AZADİNFORM. «Əl-Qaidə» terror təşkilatının lideri Ayman əl-Zəvahiri videomüraciətində Suriyada etiraz aksiyası keçirənləri dəstəkləyib. «Azadinform»un məlumatına görə, bu barədə «France-Presse» agentliyi SITE - terror resurslarının monitorinqini aparan xidmətə istinadən xəbər yayıb. 7 dəqiqəlik videomüraciətdə Zəvahiri adi türban və ağ paltarda olub.

AZADİNFORM. Mahaçqala şəhərində Dağıstan prezidentinin informasiya siyasəti və mətbuat xidmətinin rəhbəri Qarun Qurbanov öldürülüb. «Azadinform»un məlumatına görə, bu barədə məlumatı RİA «Novosti» respublikanın hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən yayıb. Naməlum şəxslər Qurbanovun avtomobilini atəşə tutublar. Nəticədə Qurbanovla yanaşı, onun sürücüsü də həlak olub. İlkin məlumatlara görə, Qurbanov evindən çıxıb avtomobilə yaxınlaşan zaman öldürülüb.

AZADİNFORM. Norveçdə iyulun 22-də törədilmiş terror aktlarını araşdırmaq üçün xüsusi komissiya yaradılıb. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Yens Stoltenberq bildirib.

AZADİNFORM. Suriyada insan hüquqları fəallarının dediyinə görə, təhlükəsizlik qüvvələri paytaxt Dəməşqdə səkkiz nəfəri öldürüb. Fəallar reydin bu gün Kanakerdə baş verdiyini deyiblər.

AZADİNFORM. Çinin cənub-qərbində yüzlərlə adam maşınları çevirib və polisə hücum edib. İğtişaşlar təhlükəsizlik qüvvələri küçə satıcısını ölənədək döydükdən sonra baş verib. «Azadinform» Çin mediasına istinadən xəbər verir ki, insident Quijou vilayətindəki Anşun şəhərində baş verib. «Şinxua» xəbər agentliyi zorakılıqlarda 30-a yaxın nümayişçinin və 10 polisin yaralandığını bildirib.

AZADİNFORM. İran prezidenti Mahmud Əhmədinejad İnqilab Qvardiyasının komandirlərindən biri Rüstəm Qasimini neft sənayesi naziri təyin edib.

AZADİNFORM. Rusiyanın Omsk vilayətində valideynləri yeni doğulan qız uşağını ölkə prezidenti Dmitri Medvyedevin şərəfinə adlandırıblar. Uşağa Medmiya adı verilib.

AZADİNFORM. Norveç polisi bu gün paytaxt Oslodakı mərkəzi dəmir yol stansiyasında avtobusda şübhəli çemodan aşkar edib. «Azadinform» «Lenta.ru»ya istinadən məlumat yayıb ki, buna baxmayaraq, heç bir təhlükə olmadığı bildirilib.

AZADİNFORM. Məşhur maliyyəçi Corc Soros qiymətli kağızlar fonduna rəhbərlik karyerasını bitirir və fonda yatırılmış bütün vəsaitləri investorlara geri qaytarmağa hazırlaşır.

AZADİNFORM. Daha bir konqresmen seks qalmaqalı üzündən istefaya getməyə məcbur olub. Oreqon ştatından olan Tayvan əsilli konqresmen Devid Vu elan edib ki, 18 yaşlı qadının onunla istəmədən seksual münasibətə girməsi ilə bağlı dedikləri onu istefaya məcbur edib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, 56 yaşlı Devid Vunun bəyanatında deyilir ki, bu ittihamlara qarşı özünün müdafiəsini qurmaq üçün istefaya gedir.

AZADİNFORM. Rusiyanın baş naziri Vladimir Putin deyib ki, Moskva ordunun modernləşməsi və müasir silahlarla təmin olunması üçün hərbi xərcləri artıracaq.

AZADİNFORM. Prezident Barak Obamanın administrasiyası Rusiyada həbsdə ölən vəkil Sergey Maqnitskinin işi ilə bağlı məmurlara ABŞ-a viza verilməsinə qadağanı qəbul edib.

AZADİNFORM. Misirin dövlət xəbər agentliyi MENA məlumat verir ki, hospitalda olan və gələn həftə məhkəmə qarşısına çıxarılacaq keçmiş prezident Hüsnü Mübarək zəifləyib və yeməkdən imtina edib.

AZADİNFORM. Gürcüstanın ən iri ticarət tərəfdaşı Türkiyə, Azərbaycan və Ukraynadır. «Azadinform» «Armenia Today» ə istinadən xəbər verir ki, Türkiyə ilə ticarətin həcmi - 671 mln. dollar, Azərbaycanla 442, Ukrayna ilə isə 425 mln. dollardır. Bu sözləri hökumətin yarımillik fəaliyyətinə həsr olunmuş iclasda baş nazir Nika Qilauri bildirib.

AZADİNFORM. Senatın Beynəlxalq Münasibətlər Komitəsi ermənipərəst senator Robert Menendezin xahişi ilə ABŞ prezidenti tərəfindən Ermənistana səfir vəzifəsinə irəli sürülmüş Con Heffernin namizədliyi ilə bağlı qərarın çıxarılmasını təxirə salıb. «Azadinform» «News.am»a istinadən xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin (ANKA) yaydığı məlumata görə, iclasa sədrlik edən komitə sədri Con Kerri bildirib ki, bu, qərar senatorlara Heffernin namizədliyi ilə bağlı daha ətraflı tanış olman üçün atılıb. Bu səbəbdən də onun nominasiyası başqa vaxta salınıb.


AZADİNFORM. Əfqanıstanın ikinci böyük şəhəri hesab edilən Qəndəhar şəhərinin meri öldürülüb. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, Qulam Heydər Həmidi sui-qəsd nəticəsində qətlə yetirilib. İlkin məlumatlara görə, partlayıcı qurğu kamikadze tərəfindən işə salınıb. O, həmin partlayıcını çalmasında gizlədibmiş.

AZADİNFORM. Birləşmiş Ştatların Birminhem şəhər məhkəməsi prezident Barak Obamanı öldürməklə hədələməsinə görə Özbəkistan vətəndaşı 22 yaşlı Uluqbəy Kodirova qarşı ittiham irəli sürüb.

AZADİNFORM. İran saytları məlumat verir ki, keçmiş prezident Məhəmməd Xatəmiyə ölkəni tərk etmək qadağan olunub. «Azadinform» un məlumatına görə, «Jahan-News» saytı adını açıqlamadığı mənbələrə istinadən xəbər verir ki, Xatəmi Avropaya uşaqlarının yanına getməyi planlaşdırıb. O həm də İrlandiyada keçiriləcək siyasi seminara qatılacaqmış. Mənbənin məlumatına görə, yerli hakimiyyət Xatəmiyə ölkəni tərk etməyə icazə verməyib. Saytın məlumatı rəsmi təsdiqlənməyib.

AZADİNFORM. Norveç polisi bəyan edib ki, 76 adamı öldürən Anders Bering Breyvikin kirayə etdiyi və bomba gizlədilən fermanı tapıb zərərsizləşdiriblər.

 
1136 səhifə 1185-dən (dan) << < 1132 1133 1134 1135 1136 1137 1138 1139 1140 > >>
 Xəbər lenti
23.09.2018
22.09.2018
 Arxiv
Sen.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo