AZADİNFORM. İtaliya polisi Siciliyada fəaliyyət göstərən məşhur mafiya başçısı 79 yaşlı Qaetano Rinini həbs edib.

AZADİNFORM. İngiltərənin «Çelsi» futbol klubunun sahibi Roman Abramoviç Londonun «Under The Bridge» gecə klubuna 20 mln. funt-sterlinq investisiya yatırıb. 

AZADİNFORM. Türkiyənin hakim partiyası parlament sədrliyinə namizədini müəyyənləşdirib. Ədalət və İnkişaf Partiyasının namizədi Ankara millət vəkili Cəmil Çiçək olub. «Azadinform» TRT-yə istinadən xəbər verir ki, Çiçək partiyanın 19 millət vəkilinin imzasıyla Türkiyə Böyük Millət Məclisi sədrliyinə namizəd göstərilib. Müraciət AK Partiyanın baş katibi İdris Naim Şahin və fraksiya rəhbəri Bəkir Bozdağ tərəfindən parlamentin katibliyinə təqdim olunub.
Qeyd edək ki, daha öncə CHP Cəmil Çiçəyin namizədliyini qəbul edəcəyini bildirmişdi. Bu səbəbdən Çiçəyin rekord səslə seçiləcəyi gözlənilir.

“The Guardian”: “Sosial sahənin etirazları sərt sözlər və yüksək gərginlikli qarışıq bir atmosfer yaratdı”

 

AZADİNFORM. Əfqanıstanda sərnişin avtobusunun minaya düşərək partlaması nəticəsində ən azı 18 nəfər ölüb. Hadisə bu səhər Nimroz əyalətində baş verib. Daha 30 nəfərin xəsarət aldığı bildirilir. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, onların arasında qadın və uşaqlar da var. 18 nəfərin vəziyyəti ağırdır.


AZADİNFORM. Amerikanın MSNBC telekanalının siyasi icmalçısı Mark Halperi ABŞ prezidenti Barak Obamanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə işdən qovulub. «Azadinform» əlumatı «New York Times» qəzetinə istinadən yayıb. Mark Halperi həftəlik “Morning Joe» verilişi zamanı Obamanın son mətbuat konfransını lağa qoyub və təhqiramiz ifadələrlə şərh edib.

AZADİNFORM. Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünü şərh etməkdən boyun qaçırıb. Erməni müxalifətinin mitinqində çıxış edən eks-prezident bildirib ki, mitinqdə bu məsələyə toxunmağı planlaşdırırdı: «Lakin məndə belə bir təsəvvür yaranıb ki, görüşün təfərrüatları məxfi saxlanılır».

AZADİNFORM. Tayvanın keçmiş prezidenti Denxuey Li rüşvət almaqda və dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılıb. Denxueyin dövlət xəzinəsini 1988-2000-ci illərdə talan etdiyi bildirilib. Prokurorluq onun ölkənin milli müdafiə nazirliyinin büdcəsindən 7,79 mln. dollar mənimsədiyini üzə çıxarıb.

1.07.2011
Obama Twitter-də

AZADİNFORM. ABŞ prezidenti Barak Obama gələn həftə “Twitter”-də müzakirələr keçirməklə yeni texnologiyaya olan marağını bir daha nümayiş etdirəcək. Gələn çərşənbə günü keçiriləcək müzakirələrin diqqət mərkəzində iqtisadiyyat və iş yerləri olacaq. Obama iqtisadi siyasətinə görə ciddi tənqidlər altındadır. Məlumata görə, Ağ Evin “Twitter” hesabına suallar göndəriləcək. Barak Obama suallara canlı cavab verəcək. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, ABŞ dövlət başçısının 8,9 milyon izləyicisi var.

AZADİNFORM. Yunanıstanın qənaət paketi son əngəli də aşdı. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, xalqın şiddətli etirazlarına və dövlət orqanlarına etdiyi dağıdıcı hücumlarına baxmayaraq, yunan parlamenti baş nazir George Papandreonun qənaət paketinə dəstək verib.

AZADİNFORM. İspaniya rəsmilərinin bildirdiyinə görə, bir zamanlar Argentinanın sabiq birinci xanımı İva Perona məxsus olan cəvahirat ələ keçirilib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, tarixi kolleksiya İtaliyanın Milan şəhərindəki mehmanxanada İtaliya polisinin yardımı ilə aşkar edilib. İşlə bağlı 6 serb nəzarət altına alınıb.
9 milyon dəyəri olan zinət əşyaları 2009-cu ildə İspaniyanın Valensiya şəhərində oğulanmışdı. Oğurlanan digər əşyalar hələ tapılmayıb.

AZADİNFORM. İraqda 3 Amerika əsgəri həlak olub. ABŞ ordusınun bəyanatında bundan əlavə məlumat verilmir. Lakin Qərb xəbər agentlikləri əsgərlərin döyüşlər zamanı öldürüldüyünü bildirir.

AZADİNFORM. Cinsi təcavüzdə günahlandırılan və haqqında istintaq işi açılan Fransanın sosial xidmətlər naziri George Tron istefa verib. Azadinform Le Figaro-ya istinadən xəbər verir ki, onun istefasının qəbul edilməsi ilə bağlı xəbəri baş nazir Fransua Fiyon açıqlayıb. Lakin baş nazir heç kim haqqında qərəzli və əsassız iddia irəli sürmək istəmədiyini və məhkəmənin qərarını gözlədiyini bildirib. Məlumat üçün bildirək ki, keçmiş nazirin istefa qərarından iki gün əvvəl xarici işlər naziri Alan Juppe cənab Tronu istefaya çağırmışdı.
AZADİNFORM. Almaniya parlamentinin aşağı palatası ölkədəki bütün atom elektrik stansiyalarının 2022-ci ilədək bağlanmasıyla bağlı hökumətin planını təsdiqləyib. Azadinform RİA Novostiyə istinadən xəbər verir ki, yuxarı palata isə qanun layihəsinə gələn həftə baxacaq. Yaponiyanın Fukusimo AES-də baş vermiş qəzadan sonra ölkədə 8 köhnə nüvə reaktorunun fəaliyyəti dayandırılıb.

AZADİNFORM. Avropa Komissiyasının 2014-2020-ci illərdə Avropa Birliyinin büdcəsinin təxminən 5% artırılması təklifinə Almaniyadan “belə məsuliyyətsiz artım tələbi olmaz” cavabı gəlib. “Azadinform” BBC-yə istinadən xəbər verir ki, İngiltərə baş naziri Devid Kameronun verdiyi açıqlamada büdcə artımı təklifini “həqiqətdən kənar” adlandırıb.

AZADİNFORM. Sabah Monako knyazı 53 yaşlı Albert əslən Cənubi Afrikadan olan 33 yaşlı üzgüçülük üzrə dünya çempionu Çarli Vitstokla ailə həyatı quracaq.

AZADİNFORM. Türkiyədə parlament böhranı güclənməkdə davam edir. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar və eləcə də kürdlərin dəstəklədiyi müstəqil deputatlar and içməkdən imtina edərək parlamentin iclasında iştirakdan imtina edirlər. CHP yeni seçilən deputatları - Mehmet Haberal və Mustafa Balbayın həbsdən azad olunmasını tələb edir.

AZADİNFORM. Qəddafi rejimi üzərində qələbə qazanmaq üçün Liviya üsyançılarının silaha ehtiyacı var. «Azadinform» «Miqnyus»a istinadən xəbər verir ki, bunu Avstriyaya səfəri zamanı üsyançıların liderlərindən biri, müxalifətin Milli Keçid Şurasının nümayəndəsi Mahmud Cibril deyib.

AZADİNFORM. Macarıstanın paytaxtı Budapeştdə ABŞ-ın keçmiş prezidentlərindən olan Ronald Reyqanın heykəlinin açılışı olub. «Azadinform» BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, açılış mərasimində Macarıstanın baş naziri Viktor Orban və ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays iştirak edib.
Qeyd edək ki, bu il Ronald Reyqanın 100 illiyidir.

AZADINFORM. Tbilisi şəhər məhkəməsi ölkənin keçmiş müdafiə naziri İrakli Okruaşvilinin həbsinə dairə sanksiya çıxarıb. Bu yaxınlarda silahlı birləşmə yaratmaqda ittiham olunan müxalif siyasətçi barədə məhkəmə iki aylıq həbs qərarı çıxarıb. Azadinform Qruziya-onlayna istinadən xəbər verir ki, məhkəmənin qərarı formal xarakter daşıyır.

 
1122 səhifə 1158-dən (dan) << < 1118 1119 1120 1121 1122 1123 1124 1125 1126 > >>
 Xəbər lenti
15.08.2018
 Arxiv
Avq.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo