AZADİNFORM. Gürcüstanda qeyri-ənənəvi seksual oriyentasiyalı iki alman turistini döyüblər. «Azadinform» «Qruziya Online»a istinadən xəbər verir ki, almanları Omalo kəndində süfrə arxasına dəvət ediblər.

AZADİNFORM. İraqın şimalında törədilən terror aktında 8 əsgər ölüb. Polisdən verilən açıqlamada paytaxt Bağdadın 190 kilometr şimal-qərbindəki Hadita qəsəbəsində silahlı şəxslərin bir avtomobilə atəş açdığı, daha sonra isə avtomobili yandırdığı bildirilib. Hücumda bir əsgər də ağır şəkildə yaralanıb. «Azadinform» RİA «Novosti»yə istinadən xəbər verir ki, ABŞ təhlükəsizlik qüvvələrinin bu ilin  sonunadək çəkilməyi planlaşdırdığı İraqda əsgər və polis qüvvələri hücumların hədəfi olur.

AZADİNFORM. İranda prezident Mahmud Əhmədnejadı tənqid edən məqalələri yayan iki nəşrin fəaliyyəti dayandırılıb. «Azadinform» «İRNA» agentliyinə istinadən xəbər verir ki, həftəlik xəbərlər jurnalı “Shahrvand-e Emrouz” media qanununu pozduğu üçün bağlanıb. Gündəlik "Rouzegar"ın isə təbliğatla məşğul olduğu üçün müvəqqəti bağlandığı bildirilir.
Hər iki nəşrin fəaliyyəti əvvəl də dayandırılmışdı. Bu nəşrlər islahatları dəstəkləmələri ilə tanınırlar.

AZADİNFORM. Britaniyanın ədliyyə naziri Kennet Klark deyib ki, ötən ay İngiltərədə müşahidə olunan iğtişaşlar “uğursuz cəza sistemi”nin nəticəsidir. Onun fikrincə, bu sistem cinayətə meyilli adamların hərəkətlərini cilovlaya bilmir. «Azadinform»un məlumatına görə, nazir «Guardian» qəzetində bildirib ki, cəza sistemində islahatlara ehtiyac var.

AZADİNFORM. Türkmənistanda yaxın vaxtlarda xalq üçün yeni mənəvi rəhbərlik buraxılacaq. Bunun müəllifi isə prezident Qurbanqulu Berdıməhəmmədov olacaq. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, bunu «Azattık radiosu» yayıb. Məlumatı radiostansiyaya türkmən ziyalılarından biri bildirib. Radionun mənbəsinin sözlərinə görə, yeni kitab «Ruhnamə»ni əvəzləməlidir. Yeni kitabın «Türkmənnamə» və yaxud «Adamnamə» adlandırılacağı gözlənilir. Adları isə türkmən yazıçı Taçqeldı Qutliev irəli sürüb.

 

AZADİNFORM. Somalinin ən azı 750 min sakinini ölümcül aclıq təhlükəsi gözləyir. Bu barədə BMT-nin nümayəndəsi Qreyin Moloneyin yaydığı məlumatda deyilir.

AZADİNFORM. Dünya Bankının prezidenti Robert Zoellik qlobal iqtisadiyyatın zəif inkişaf etməsi, işsizliyin yüksək həddə qalmasının mümkün olduğunu bəyan edib.

AZADİNFORM. Beyin qanaxması keçirən Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu Rauf Denktaşın əməliyyatı uğurlu keçib.

AZADİNFORM. Liviyanın devrilən rəhbəri Müəmmər Qəddafinin mətbuat katibi diktatorun vəziyyətinin yaxşı olduğunu və hazırda ölkəsini müdafiə etmək üçün plan hazırladığını iddia edib. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, o, Qəddafinin hazırda Liviyada olduğunu bildirib.

AZADİNFORM. Filipp Leforun Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyinatı ilə Qarabağ üzrə danışıqların aktivləşməsini gözləmək olar.

“The Financial Times”: “Köhnə dostların arası dəydi”

 

AZADİNFORM. Rusiyaya məxsus MiQ-31 təyyarəsi Perm vilayətində Böyük Savino aeroportu rayonu ərazisində qəzaya uğrayıb. «Azadinform» «MIGnews.com»a istinadən xəbər verir ki, pilotlar həlak olub.

AZADİNFORM. Avstraliyanın Sidney şəhərində girov dramı yaşanır. Məlumatlara görə, bir kişi gənc qızla tikilən məhkəmə binasına daxil olub. İddialara görə, onun çantasında bomba var. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, o, binada hər kimləsə danışmağı tələb edib.

AZADİNFORM. Əlcəzairin baş naziri Əhmed Ouyahiya ölkəsinin Liviyanın keçmiş rəhbəri Müəmmar Qəddafinin ailəsini müdafiə etmək qərarını dəstəkləyib. Baş nazir deyib ki, ailə üzvləri Əlcəzairin «yüksək nəzarəti altındadırlar».
Qəddafinin arvadı Safiya, qızı Aişə, iki oğlu Məhəmməd və Hannibal avqustun 29-da Əlcəzairə daxil olublar.

AZADİNFORM. Misirdə eks-prezident Hüsnü Mübarəkin məhkəmə prosesi dayanmalı olub. «Azadinform» «Lenta.ru»ya istinadən xəbər verir ki, buna səbəb vəkillərin dalaşması olub. Eks-prezidentin müdafiəsinə duran vəkillərlə ictimaiyyəti təmsil edən vəkillərin əlbəyaxa olması dinləmənin təxirə salınmasına səbəb olub.



Aytən İmanova/AZADİNFORM. Avropa Birləşmiş Ştatları yaradıla bilər. "Azadinform" xəbər verir ki, bu təklifi Almaniyanın eks-kansleri Herhard Şröder irəli sürüb.

AZADINFORM Liviya Milli Keçid Şurasının döyüşçüləri «Xuda - dar ağacı», «yubkada olan cəllad» və «vampir» ləqəbi verdikləri Xudu bin Amer adlı qadını həbs ediblər.

AZADİNFORM. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov eks-prezident Saparmurad Niyazovun müəllifi olduğu «Ruhnamə»nin 10 illiyinin «geniş və təntənəli» şəkildə qeyd olunması barədə tapşırıq verib. «Azadinform» «REGNUM»a istinadən xəbər verir ki, Berdıməhəmmədov bildirib ki, bu kitab türkmən xalqı üçün mənəvi məcəlləyə çevrilib.

“The Financial Times”:Dərinləşən xaos Liviyanın Birləşmiş Krallıqların təhlükəsizlik xidməti ilə əlaqələrinin olduğu iddiasını gündəmə gətirdi”

 

AZADİNFORM. Liviyanın hazırkı rəhbərliyi bəyan edib ki, Müəmmar Qəddafi tərəfdarları ilə danışıqlar kəsilib. Milli Keçid Şurası bildirib ki, Bani Valid şəhərinin təslim olması ilə bağlı danışıqlar başa çatıb.

 
1062 səhifə 1124-dən (dan) << < 1058 1059 1060 1061 1062 1063 1064 1065 1066 > >>
 Xəbər lenti
19.06.2018
18.06.2018
 Arxiv
Iyun.2018
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo